Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-301/2023 01.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinin 296 nömrəli, 06 sentyabr 2006-cı il tarixli qərarı ilə Ağdaş şəhəri, 19-cu məhəllə, İstiqlal küçəsi ilə Ağdaş-Qəbələ avtomobil yolu arasından iddiaçıya verilmiş 500 kv.m həyətyanı torpaq sahəsinin xüsusi mükiyyət hüququ əsasında adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinin 296 nömrəli, 06 sentyabr 2006-cı il tarixli qərarı ilə Ağdaş şəhəri, 19-cu məhəllə, İstiqlal küçəsi ilə Ağdaş-Qəbələ avtomobil yolu arasından ona verilmiş 500 kv.m həyətyanı torpaq sahəsinin xüsusi mükiyyət hüququ əsasında adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sorğular verilərək işin faktiki hallarına və mümkünlük şərtlərinə qiymət verilməsi üçün zəruri sənəd və materiallar toplandıqdan sonra iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-675/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması tələb edilən torpaq sahəsi faktiki 490 kv.m olmaqla X1 adına **********41 reyestr nömrəli, MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmiş 0,09 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməklə həmin torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı ilk növbədə X1 adına tərtib olunmuş **********41 reyestr nömrəli, MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışı mübahisələndirməli, daha sonra Ağdaş Bələdiyyəsinin 296 nömrəli, 06 sentyabr 2006-cı il tarixli qərarı ilə verilmiş 500 kv.m həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, artıq mübahisəli torpaq sahəsi üzərində Ə.Bədəlovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından onun adına verilmiş çıxarış ləğv edilmədən həmin torpaq sahəsi üzərində iddiaçının adına yenidən qeydiyyatın aparılması yolverilməzdir. Hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya vaxt verilmiş, poçt xidmətindən əldə olunmuş şifahi məlumata əsasən hüquqi yardım məktubunun iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunduğu müəyyən olunsa da, bu günədək məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə iddiaçı tərəfindən münasibət bildirilməmişdir (poçt izləmə nömrəsi SS840566507AZ). Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi 0,0490 ha torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətinə **********41 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Belə olduğu halda iddiaçı ilk növbədə X1 adına 0,09 ha torpaq sahəsinə dair tərtib olunmuş **********41 reyestr nömrəli çıxarışı mübahisələndirməli, daha sonra Ağdaş bələdiyyəsinin müvafiq qərarı ilə ona verilmiş 500 kv.m həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş və dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə X1 adına 0,09 ha torpaq sahəsinə dair tərtib olunmuş **********41 reyestr nömrəli çıxarışı mübahisələndirərək məhkəmədə iddia qaldırmalı, müvafiq tələb üzrə məqsədinə nail olduqdan sonra torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir. Belə ki, artıq mübahisəli torpaq sahəsi iüzərində başqa şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin çıxarış ləğv edilmədən iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alına bilməz. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinin 296 nömrəli, 06 sentyabr 2006-cı il tarixli qərarı ilə Ağdaş şəhəri, 19-cu məhəllə, İstiqlal küçəsi ilə Ağdaş-Qəbələ avtomobil yolu arasından iddiaçıya verilmiş 500 kv.m həyətyanı torpaq sahəsinin xüsusi mükiyyət hüququ əsasında adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-301/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-301/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver