Məhkəmə qərarları › İş №2-1(116)-302/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-302/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-302/2020 22.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Cavabdeh 28.03.2019-cu il tarixli Q/05 saylı qərarının ləğv edilməsi və pozulmuş hüququnun bərpa edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 28.03.2019-cu il tarixli Q/05 saylı qərarının ləğv edilməsi və pozulmuş hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci il tarixdə Laçın rayonu Çorman kəndində anadan olmuş və hal-hazırda Göyçay rayonunun Qaraməryəm kəndində məskunlaşmışdır. DSMF-nin Göyçay rayon şöbəsi qanunsuz olaraq 28.03.2019-cu il tarixli, Q/15 saylı qərarı ilə ondan guya artıq aldığı 743,60 manat məbləğində ünvanlı dövlət sosial yardımı aldığına görə pul tələbi ilə icraya yönəldilmişdir. İddiaçı həmin qərardan narazıdır. Belə ki, sözügedən etibarnamənin tərtib olunmasından heç bir xəbəri olmamışdır. Göyçay rayon Notariat kontorunda sosial yardım almazdan əvvəl araşdırma aparılmış və ona məlumat verilmişdir ki, adına heç bir etibarnamə yoxdur. Onun adına etibarnamə olub-olmaması barədə DSMF-nin əməkdaşları yoxlamalı və qanuni qərar qəbul etməli idi. Lakin DSMF-nin öz məsuliyyətsizliyi nəticəsində verdiyi 743,60 manat vəsaiti geri istəyirlər. Cavabdeh etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, ailələrinə ünvanlı dövlət sosial yardım təyin olunması üçün ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvü tərəfindən yalnız fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsəd üçün xüsusi olaraq şəhər və ya rayon Mərkəzi Poçtlarında quraşdırılmış infoköşklərdən istifadə edilməklə müraciət oluna bilər və ailəni təmsil edən şəxs, elektron formada müraciətinin qeydiyyata alınması məqsədi ilə ailəsinin tərkibi, gəlir və əmlakı haqqında məlumatların qeyd olunduğu “Ərizə-bəyannamə”ni dolduraraq “Elektron hökumət” (e-qov.az) və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” (www.sosial.gov.az) portalında yerləşdirilmiş VEMTAS-a (X3 və X5) göndərə bilər. “Ərizə-bəyannamə” ni doldurarkən məlumatların düzgünlüyünə görə məsuliyyət daşıması və sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək halların (ailənin tərkibi, əmlakı və ya gəlirləri dəyişdikdə) biri baş verdikdə, bu barədə 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməli olduğunu, hər hansı yalan məlumata, həmçinin sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyinə görə ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirməsi ilə bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi ilə tanış olur. Vətəndaşların göndərdikləri məlumatlar xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir və VEMTAS tərəfindən on beş iş günü müddətində müvafiq qərar qəbul edilir. İddiaçı 01.12.2018-ci il tarixdən ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili nəzarət və audit şöbəsinin apadığı yoxlama zamanı İddiaçı adına sürücülük etibarnaməsinin olduğu faktı aşkarlanmışdır. Bu səbəblə ƏƏSMN yanında Cavabdeh Laçın rayon Çoraman kəndində qeydiyyatda olub Göyçay rayon Qaraməryəm kəndində məskunlaşan məcburi köçkün İddiaçı, artıq aldığı 743.60 manat məbləğində ünvanlı dövlət sosial yardımın tutularaq ƏƏSMN yanında Dövlət Sosial Fondunun hesabına ödənilməsi barədə 28.03.2019-cu il tarixli Q/05 saylı qərar qəbul edilmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin 20.09.2019- cu il tarixli 140465/2019-61-6 saylı qərarı ilə ƏƏSMN yanında Dövlət Sosial Fondunun 28.03.2019-cu il tarixli Q/05 saylı qərarı icraata başlanmışdır. İddiaçı qərardan 10 gün müddətində heç bir şikayət verməmişdir. Beləliklə Laçın rayon Çoraman kəndində qeydiyyatda olub Göyçay rayon Qaraməryəm kəndində məskunlaşan məcburi köçkün İddiaçı “Ünvanlı dövlət sosial yardım”ı üçün müraciət edərkən əmlakı haqqında məlumatlarını gizlətmiş nəticədə qanunsuz olaraq “Ünvanlı dövlət sosial yardım”ı almış və Göyçay rayon İcra və Probasiya Şöbəsinin 20.09.2019-cu il tarixli 140465/2019-61-6 saylı qərarından 10 gün ərzində şikayət verməməsini nəzərə alaraq “Cavabdeh 28.03.2019-cu il tarixli Q/05 saylı qərarının ləğv edilməsi və pozulmuş hüququnun bərpa edilməsi” barədə iddia tələbinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, ona ödənilən ünvanlı soial yardımın dayandırılmasından 2019-cu ilin may ayında xəbər tutduğunu, buna görə bacısı ilə birlikdə şöbənin müdirinin yanına getdiklərini, adına etibarnamə olmasından xəbəri olmadığını bildirib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin “pozulmuş hüququnun bərpa edilməsi” tələbinin nəyi ehtiva etdiyi barədə sualına cavab olaraq iddiaçı ünvanlı sosial yardımın bərpa edilməsini nəzərdə tutduğunu, qərarı vaxtında mübahisələndirməməsinin səbəbini barədə suala isə hüquqi savadının olmaması ilə izah etdi. Məhkəmənin həmçinin iddiaçıya ona ünvanlı sosial yardımın dayandırılması ilə bağlı qərardan şikayət verib-verməməsi sualına isə şikayət vermədiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan iddiaçıya göndərilən DSMF-nin Göyçay rayon şöbəsinin 28.03.2019-cu il tarixli **********8 nömrəli məktubundan görünür ki, Azərbaycan Rerpublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh, Nazirliyin aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırma zamanı onun adına verilmiş 02.09.2013-cü il tarixdən 30.04.2023-cü il tarixədək olan etibarnaməyə əsasən istifadəsində **-CG-*** dövlət qeydiyyat nişanlı HOWO-ZZ 3257 markalı nəqliyyat vasitəsinin olduğu aşkar edilmiş və bu səbəbdən ailəsinə VEMTAS vasitəsi ilə 01.11.2018-ci il tarixdən hər ay üçün təyin olunmuş 185.90 manat ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, artıq aldığı 743.60 manat ünvanlı sosial yardımı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsini xahiş edilmişdir. İşdə olan Göyçay rayon İcra və Probasiya şöbəsinin 20.09.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Göyçay rayon şöbəsinin 28.03.2019-cu il tarixli, Q/05 saylı qərarına əsasən Laçın rayon Çorman kəndində pasport qeydiyyatında olub hal-hazırda Göyçay rayon Qaraməryəm kəndində məskunlaşan məcburi köçkün İddiaçı, artıq aldığı 743,60 manat məbləğində ünvanlı dövlət sosial yardım tutularaq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə pul tələbi icraya yönəldilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu Göyçay rayon şöbəsinin 28.03.2019-cu il tarixli, Q-05 saylı qərarı ilə icrata başlamışdır. İşdə olan iddiaçının 26.11.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, onun ünvanlı sosial yardımın dayandırılmasından 2013-cü ilin mart ayından xəbəri olmuşdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2019-cu il 28 mart tarixdə qəbul edilmiş, iddiaçının ona ünvanlı sosial yardımın ödənilməsinin dayandırılmasından ən azından may ayından xəbəri olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hətta iddiaçı qeyd olunan qərarı mübahisələndirmək üçün müddəti ötürməmiş olsa idi belə, qərarın ləğvi ona arzuladığı nəticəyə nail olmağa imkan verməyəcəkdi. Belə ki, cavabdehin qeyd olunan qərarı qəbul etməsinin səbəbi iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın dayandırılması barədə qərar olmuşdur. İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “pozulmuş hüququnun bərpa edilməsi” dedikdə ünvanlı sosial yardımın bərpa edilməsini nəzərdə tutduğunu bildirmiş, lakin bu hissədə məhkəmə iddiaçıya tələbinin dəyişdirilməsi və ya düzgün cavabdehə yönəldilməsi barədə yardım edilməsinə zərurət görməmişdir. Belə ki, bu bir icraatda birləşdirilməsi mümkün olmayan və iki müxtəlif cavabdehlərə qarşı yönələn müxtəlif tələbləri bir icraatda birləşdirilməsinə səbəb olardı ki, buna da qanunvericiliyin tələbləri baxımından yol verilmir. Buna baxmayaraq iddiaçıya ünvanlı sosial yardımın dayandırılması barədə qərarı mübahisələndirmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Cavabdeh 28.03.2019-cu il tarixli Q/05 saylı qərarının ləğv edilməsi və pozulmuş hüququnun bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar