Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-302/2022 29.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “08.04.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən barəsində verilmiş “09.03.2021-ci il tarixli töhmətin, eləcə də 55 saylı, 08.04.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 30.09.2021-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək həmin Məcəllənin 38.1 və 24-cü maddəsinin tələbləri izah edilmişdir. İddiaçı 01.10.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddia qaldırılması üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmənin 25.10.2021-ci il tarixli 2-1(116)-1452/2021 nömrəli qərardadı ilə “08.04.2021-ci il tarixli, 55 saylı, işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” hissədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmiş, iddia tələbinin “09.03.2021-ci il tarixli töhmətin ləğv edilməsi” hissəsində prossesual müddət üzürsüz səbəblərdən buraxıldığından bərpa edilməmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, iddia tələbinin həcmini azaldaraq “08.04.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.03.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı 23.11.2017-ci il tarixdən Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Zərdab Rayon İHB-nın 09.03.2021-ci il tarixli 55 №-li əmrinə əsasən iddiaçıya, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmiş, daha sonra 08.04.2021-ci il tarixli 55 saylı əmrlə iddiaçı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 08.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Daha sonra cavabdeh həmin əmrdə texniki səhvə yol verdiyini bildirərək iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə eyni tarixli, eyni nömrəli əmr vermişdir. İddiaçı, Zərdab Rayon İHB-nın 08.04.2021-ci il tarixli 55 saylı əmrini mübahisələndirmiş, buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu 08.04.2021-ci il tarixli 55 saylı əmrin qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməsi ilə əsaslandırmış, qeyd etmişdir ki, onun işdən çıxarılması ilə bağlı verilmiş əmr qərəzli olmuş, ümumiyyətlə onun işdən çıxarılması ilə bağlı təqdimat verilməmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın qərarı zəruri olduğu və belə bir qərar mövcud olmadığı halda cavabdeh orqan onun işdən azad edilməsi ilə bağlı qanunsuz əmr vermişdir. Sonradan Zərdab rayon Məhkəməsində mübahisəyə baxılarkən onun barəsində attestasiya komissiyasının rəyinin olmaması aşkar olunduğundan, cavabdeh, onun barəsində tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini texniki səhv adı altında düzəliş edərək “ç” bəndinə dəyişmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Zərdab rayon Məhkəməsində mübahisəyə baxılarkən onun işdən azad olunma əsasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dəyişdirilməsindən sonra həmkarlar təşkilatının rəyinin alınması zərurəti yaranmış və cavabdehin nümayəndəsi bildirmişdir ki, həmkarlar təşkilatının sədri özüdür və onun işdən çıxarılmasına həmkarlar təşkilatı tərəfindən hər hansı razılıq verilməmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli iclasında isə cavabdeh orqanın nümayəndəsi izahatını dəyişərək 1 ay əvvəl həmkarlar təşkilatının sədri vəzifəsindən çıxarıldığı halda bundan xəbərsiz olduğunu, işdən azad edilmə ilə bağlı məsələnin həmkarlar təşkilatının iclasında müzakirə olunaraq rəy verildiyini bildirmişdir. Həmkarlar təşkilatının iclası ümumiyyətlə olmayıb və tərtib edilmiş protokol saxtadır. O, heç bir həmkarlar təşkilatının iclasına çağırılmayıb, bununla bağlı ondan hər hansı izahat alınmayıb. Sonradan məhkəməyə təqdim edilən sənədlər: akt və iclas protokolları cavabdeh tərəfindən geriyə tarixə tərtib edilməklə saxtalaşdırılıb. Həmkarlar təşkilatları olmayan təqdimatı müzakirə edə bilməzdilər. Həmin təqdimat iclasdan 1 gün sonra tərtib edilib və iclasın keçirildiyi iddia olunan gün mövcud deyildi. O, nümayəndəsi olduğu kənddə işin normal ahəngini pozmamış, heç kimin mənafeyinə ziyan vurmamış, qəsdən və ya ehtiyatsızlıqdan hər hansı əmək funksiyasını pozmamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Rayon İHB-nın Yuxarı Seyidlər kənd İƏD üzrə nümayəndəsi olmuş İddiaçı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşmışdır. Rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərməmiş, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planı formal xarakter daşımış, bu plana uyğun ərazidə iş qurulmamışdır. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görülməmiş və ya bununla bağlı rayon icra hakimiyyətinin başçısına təkliflər verilməmişdir. Nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 15 sentyabr 2015-ci il tarixli Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilməmiş, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmamış və icrası üçün lazımi tədbirlər görülməmişdir. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilmişdir. Təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar aşkar edilmişdir. Nümayəndəlikdə əmək intizamına əməl olunmamış, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozmuş, iş yerində olmadıqları müəyyən edilmişdir. Bununla bağlı İddiaçı haqqında 10.03.2021-ci il tarixli 34 nömrəli əmrlə intizam tənbehi tədbirləri görülsə də o, bundan lazımi nəticə çıxarmamışdır. İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol vermiş, bunun nəticəsində nümayəndəliyin və rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirmişdir. O, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görməmişdir. Belə ki, son 4 ildə ərazidə tut bağı salmaq üçün verilmiş minlərlə tut tingləri baxımsızlıq səbəbindən məhv olmuşdur. İddiaçı rayon icra hakimiyyəti başçısı aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər etmiş, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün aparmamış, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törətmişdir. Buan görə də o, 08.04.2021-ci il tarixli 55 nömrəli əmrlə işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddiaçının şəxsiyyətinin mənfi xarakterizə olmasını, iddiaçının özünü iclaslarda düzgün apara bilməməsini, çıxışında əsassız fikirlər səsləndirməsini və əmək intizamını pozmasını qeyd etmiş və qaldırılan iddia tələbini qəbul etmədiyini bildirmişdir. Şahid X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı onun müdürü olmuşdur. İddiaçının işdən çıxarılma səbəbi onun rəftarı və davamiyyəti ilə bağlı idi. Belə ki, iddiaçının rəhbərliklə sözləri düz gəlmirdi. İddiaçı bəzən günortadan sonra işə gəlmirdi. İddiaçı ilə bərabər işə gecikdiyinə görə onun özünə və nümayəndəliyin mühasibinə də töhmət verilmişdir. 07.04.2021-ci il tarixdə Zərdab rayonu İH-nin aparatın işçiləri nümayəndəliyə gələrək təhvil-təslim aktı tərtib etmiş, iddiaçı işdən azad olunandan sonra o, 3-4 ay iddiaçını əvəz etmişdir. Təhvil-təslim aktını icra hakimiyyətinin işçisi Ramiz Məmmədov tərtib etmişdir. İddiaçı təhvil-təslim aktına imza çəkməkdən imtina etmişdir. Təhvil-təslim aktı nümayəndəliyə aid kitabların: əmrlər kitabları, şifahi qəbul kitabı, möhür, ştampın təhvil-təslimi ilə bağlı idi. Aprel ayının təxminən 7-sində həm də kargüzarlıqla bağlı sənədlərə baxılaraq akt tərtib olunmuşdur. Həmin akta İntizam imza etməmişdir. Çünki artıq yox idi. Aşkar edilən nöqsanlar sənədləşmə işləri ilə bağlı idi. Ay ərzində nümayəndəlikdə 2-3 vətəndaş qəbul olunurdu. Müraciətlər adətən şifahi formada və ən çox texnikayla, su arxının qazılması ilə və suvarma ilə bağlı olurdu. İddiaçı adətən tez əsəbiləşirdi. İcra Hakimiyyətindən adətən Xocalı, 20 yanvar tədbirləri ilə bağlı, tədbirlər planının qurulması ilə bağlı sərəncamlar göndərilirdi. İddiaçının işinə səhlənkar yanaşması nəticəsində vətəndaş müraciətləri olmuşdur. Lakin, o həmin müraciət edən şəxslərlə bağlı, o cümlədən müraciətin tarixi və mövzusu ilə bağlı heç bir məlumata malik deyil. Şahid2 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının işdən azad edildiyi vaxt o, həmin nümayəndəlikdə işləməmiş, nümayəndənin müavini olaraq işə 23.04.2021-ci il tarixdə başlamışdır. Buna qədər isə Bıçaqçı kəndində icra nümayəndəsi vəzifəsində işləmişdir. 26-27 aprel 2021-ci il tarixlərdə əmək intizamının yoxlanılması üçün nümayəndəliyə rayon İcra Hakimiyyətinin işçiləri gəlmiş, davamiyyəti yoxlayaraq getmişlər. Şahid X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, 07.04.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclasda 108 nəfərdən 86 nəfər iştirak etmişdir. Gündəlikdə duran məsələ iddiaçının dövlət qulluğuna xitam verilməsi haqqında məsələ olmuşdur. İclasda iddiaçının əmək intizamına riayət etməməsi, dövlət qulluğuna layiq olmayan hərəkətlər etməsi, iclasın gedişini pozması müzakirə edilmişdir. Həmin tarixdən sonra Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının başqa heç bir iclasında iştirak etməmişdir. Şahid X14 məhkəmə iclasında izahat verərək göstərdi ki, 07.04.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclasda rayon İcra hakimiyyəti başçısının sərəncamı müzakirə edilmişdir. İclasda 86 nəfər iştirak etmişdir. İclasda özündən əvvəl çıxış edənlərin çıxışlarını 1 il müddət keçdiyinə görə xatırlamır. İclasda 6 nəfər çıxış etmişdir. O, özü 4-cü çıxış etmişdir, özündən əvvəl 1-ci Oqtay, daha sonra Şamo, Abubəkir çıxış etmişdir. İclasda iddiaçının əmək intizamına riayət etməməsi, dövlət qulluğuna layiq olmayan hərəkətlər etməsi, iclasın gedişini pozması məsələləri müzakirə olunmuşdur. Şahid X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə 2016-cı ildən bəri aralarında şəxsi ədavət vardır. 07.04.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclası Adəm Rəhimli açmışdır, iclasda iddiaçı ilə bağlanmış əmək ilə əmək müqaviləsinin ləvği məsələsi müzakirə olunmuşdur. Şahid X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə təxminən 1 həftə aralarında ədavət yaranmışdır ki, buna da səbəb iddiaçının ona qarşı qərəzli hərəkətləri olmuşdur. 07.04.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmişdir, iclasda 86 nəfər iştirak etmişdir. İclasda müzakirə olunan məsələlərdən iddiaçının əmək intizamını pozması və dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verilməsinin müzakirə edilməsini xatırlayır. Qalan məsələləri isə iclasın keçirilməsindən 1 il ildən artıq müddət keçdiyindən xatırlamır. Şahid X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, müvafiq iclas 07.04.2021-ci il tarixdə İcra Hakimiyyətinin binasında akt zalında 1-ci mərtəbədə keçirilmişdir. İclasda 108 nəfərdən 86 nəfər iştirak edirdi. O, özü 5-ci çıxış etmişdir. İclasda müzakirə olunan məsələlər iddiaçının dövlət qulluqçusuna xas olmayan hərəkətlərə yol verməsi, iclaslarda özbaşına çıxış edib rəhbərliyə cavab qaytarması, əmək intizamını pozması, işə gec gəlib tez getməsi ilə bağlı məsələlər olmuşdur. 07.04.2021-ci il tarixdən sonra o, heç bir iclasda iştirak etməmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh başçısının 14.02.2017-ci il tarixli 21 saylı əmrindən, 25.09.2017-ci il tarixli 191 saylı əmrindən və 23.11.2017-ci il tarixli 227 saylı əmrindən görünür ki, İddiaçı 14.02.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, 25.09.2017-ci il tarixdən 6 (altı) ay staj müddətinin bitməsi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 3 ay sınaq müddətinə Dövlət qulluğuna, 23.11.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş, “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. - Zərdab Rayon İHB-nın 04.02.2019-cu il tarixli, 16 №-li əmrindən görünür ki, iddiaçıya “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinin əsasən töhmət verilmişdir. - Zərdab Rayon İHB-nın 09.03.2021-ci il tarixli 55 №-li əmrindən görünür ki, müvafiq əmrə əsasən iddiaçıya, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmişdir. - Zərdab Rayon İHB-nın 08.04.2021-ci il tarixli 55 №-li əmrinin surətindən görünür ki, Cavabdeh başçısı M.Camalzadənin 08.04.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 08.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir. - 28.04.2021-ci il tarixdə Zərdab Rayon İHB-nın iddiaçıya ünvanladığı 01/566 nömrəli məktubunda 08.04.2021-ci il tarixli 55 №-li işdən azad olunma barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin texniki səhv olaraq “c” kimi göstərildiyi, düzəliş edilmiş əmrin surətinin məlumat üçün göndərildiyi qeyd edilmişdir. - Zərdab Rayon İHB-nın 08.04.2021-ci il tarixli 55 №-li əmrinin surətindən görünür ki, Cavabdeh başçısı M.Camalzadənin 08.04.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir. - Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 01.04.2021-ci il tarixli iclas protokolunda Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X7 təşkilatın sədrinin seçilməsi qeyd edilmişdir. - 06.04.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli məktubdan da görünür ki, cavabdeh, həmin həmkarlar təşkilatına iddiaçı barəsində dövlət qulluğundan azad olunma barədə məsələ ilə bağlı rəy verilməsi üçün müraciət etmişdir. - Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolunda və Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolunda iddiaçı barəsində dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilməsi qeyd edilmişdir. - Azərbaycan dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının respublika Komitəsinin 13.01.2022-ciil tarixli 07 saylı məktubundan görünür ki, Cavabdeh ilk həmkarlar ittifaqı üzvlərinin sayı 41 nəfərdir, Zərdab rayon Yuxarı Seyidlər kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyində çalışan işçilər İƏDN ayrıca ilk həmkarlar ittifaqı təşkilatında tımsil olunurlar. Sözügedən təşkilatda üzvlərin sayı 108 nəfərdir. İƏDN ilk həmkarlar ittifaqı təşkilatının sədri X11r. - Zərdab Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsindən görünür ki, müvafiq qətnaməyə əsasən Cavabdeh başçısı Mərdan Camalzadə tərəfindən iddiaçı barəsində verilmiş töhmətin verilməsinə dair 34 saylı 10.03.2021-ci il tarixli əmrin ləğv edilməsi, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, 08.04.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.09.2021-ci il tarixli 2(107)- 1667/2021 nömrəli qərardadından görünür ki, Zərdab rayon İcra Hakimiyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Tərəflərə (o cümlədən iddiaçıya) hazırki mübahisənin həlli ilə bağlı məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur. Əsaslandırma hissəsi : İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən əmr 09.04.2021-ci il tarixində qəbul edilmiş, Şəki İnzibati Məhkəməsinin 25.10.2021-ci il tarixli 2-1(116)-1452/2021 nömrəli qərardadı ilə müvafiq əmrin mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü hesab edilərək bərpa edilmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsinə nail olmaqdır. Həmçinin iddia əsaslıdır. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-); 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; [66] 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-); 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
32. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (-). Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).
2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (-). Maddə 74 Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları.
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdehin imzaladığı 08.04.2021-ci il tarixli, 55 №-li əmrdə hüquqi əsas kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinə istinad etmişdir. Əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. Yəni, cavabdeh iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinə istinad etmək üçün aşağıda qeyd edilən hallara dair sübutlar təqdim etməlidir:
1. vəzifələrin icrası zamanı kobud pozuntulara yol verilməsi,
2. vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol verilməsi,
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi. İddiaçının, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verməsi şərti ilə əlaqədar olaraq məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü, habelə Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən mübahisəyə Əmək Məcəlləsinin bəzi müddəaları tətbiq edilə bilər. Əmək Məcəlləsinin yuxarıda bəhs olunan müddəalarına görə işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bununla belə əmək qanunvericiliyinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin, 08.04.2021-ci il tarixli əmrində iddiaçının tutduğu vəzifədən azad edilməsinə əsas olaraq – Rayon İHB-nın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X2 08.04.2021-ci il tarixdə Zərdab rayon İHB-na verdiyi təqdimat qeyd edilmişdir. Müvafiq təqdimatda isə iddiaçının yol verdiyi pozuntular olaraq aşağıdakı məsələlər qeyd edilmiş və rayon İHB-nın Yuxarı seyidlər kənd İƏD üzrə nümayəndəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması xahiş edilmişdir: - rayon İHB-nın Yuxarı seyidlər kənd İƏD-si üzrə nümayəndəsi İddiaçı “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının əmr və sərəncamlarının icrasına səhlənkar yanaşır, - rayon İHB-nın əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərmir, - nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perespektiv iş planı formal xarakter daşıyır, bu plana uyğun ərazidə iş qurulmur, - əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görmür və ya bununla bağlı rayon icra hakimiyyətinin başçısına təkliflər vermir, - nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 15.09.2015-ci il tarixli Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilmir, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmır və icrası üçün lazımı tədbirlər görülmür. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilir, - təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısnın aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar vardır. - nümayəndəlikdə əmək intizamına əməl olunmur, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozur, iş yerində olmurlar. Bununla bağlı onlar haqqında intizam tənbehi tədbirləri görülsə də, onlar bundan lazımı nəticə çıxarmırlar, - İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol verir, bunun nəticəsində nümayəndəliyin və rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirir, - o, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görmür. Belə ki, son 4 il ərzində tut bağı salmaq üçün verilmiş minlərlə tut tingi baxımsızlıq səbəbindən məhv olmuşdur, - o, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur, bələdiyyə torpaqlarından kənd sakinlərinə qanunsuz olaraq icarəyə torpaq sahələri verir, - İddiaçı rayon icra hakimiyyəti başçısının aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törədir, - rayon icra hakimiyyətinin başçısının köməkçisi Səməd Cəfərov 08.04.2021-ci il tarixdə rayon rəhbərinin tapşırığını İddiaçı çatdırarkən o, təhqiramiz sözlərlə S.Cəfərovu təhqir etmiş, ona edilmiş müraciətə baxmayaraq zor tətbiq etməklə rayon icra hakimiyyətinin binasına daxil olmağa cəhd göstərmişdir. O, belə hərəkətlərə müxtəlif vaxtlarda müxtəlif yerlərdə, o cümlədən polis şöbəsində də yol vermişdir, - İddiaçı rayon icra hakimiyyəti başçısının nümayəndəsi kimi öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməməklə vaxtaşırı olaraq dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməklə rayon icra hakimiyyətinin və yerli nümayəndəliyin nüfuzuna ciddi xələl gətirir. Cavabdeh, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair (o cümlədən, vətəndaşların qəbulunun həyata keçirilməməsi, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmaması və icrası üçün lazımı tədbirlər görülməməsi və bunun nəticəsində Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilməsi barədə) həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini 08.04.2021-ci il tarixli əmrində əsaslandırmamış, məhkəmənin 06.01.2022-ci il və 25.02.2022-ci il tarixli sorğularında müvafiq əsaslanmanın təqdim edilməsi tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqdimatın məzmunundan da görünür ki, iddiaçı barəsində qeyd edilmiş fikirlər ümumi və subyektiv mülahizə xarakterlidir və iddiaçının rayon İHB-nın əmr və sərəncamlarının icrasına səhlənkar yanaşmasının, icrası ilə bağlı heç bir fəaliyyət göstərməməsinin, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perespektiv iş planına uyğun ərazidə işin qurulmamasının və sadalanan digər halların nədə ifadə olunmasını müəyyən etmək mümkün deyildir. Əksinə, iddiaçının “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıq nümayiş etdirərək, SHÇÜDX-nin Zərdab rayon bölməsinə yaxından köməklik göstərdiyinə və arxa cəbhədə fərqləndiyinə görə Azərbaycan Respublikası SHÇÜDX-nin yaradılmasının 9-cu il dönümü münasibətilə təltif edilməsi ilə bağlı SHXÇÜDX-nin Zərdab rayon bölməsinin 13.02.2021-ci il tarixli Fəxri Fərmanı mövcuddur. Təqdimatda qeyd edilən, “iddiaçının dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər etməsinə”, “iclaslarda özünü düzgün aparmaması və əsassız fikirlər səsləndirməsinə” və sadalalan digər məsələlərə münasibətdə məhkəmə bir daha qeyd edir ki, qeyd edilən hallar işdə mövcud olan sənədlərlə sübut olunmalı və cavabdeh, həmin pozuntuya görə iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsinə dair sübutlar təqdim etməlidir. Sübutlar təqdim etməklə bərabər, cavabdeh həm də əsaslandırmalıdır ki, qeyd olunan pountuları nəyə görə kobud pozuntu hesab edir. Bunun üçün isə cavabdeh qeyd etdiyi pozuntuların iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozması və hər hansı formada ziyan dəyməsinin səbəbli əlaqəsini əsaslandırmalı və buna dair də məhkəməyə sübutlar təqdim etməlidir. Vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol verməsi şərti ilə əlaqədar olaraq məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübutlara gəldikdə isə işdə olan 04.02.2019-cu il tarixli, 16 №-li əmrdən görünür ki, iddiaçıya “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinin əsasən töhmət verilmişdir. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən (intizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi) intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İddiaçı barəsində növbəti intizam məsuliyyətinə cəlb edilmə barədə əmr isə 09.03.2021-ci il tarixdə verilmişdir və müvafiq əmrə əsasən ona, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmişdir. 08.04.2021-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmr verilərkən, 04.02.2019-cu il tarixli əmrlə verilmiş intizam tənbehindən altı aydan artıq müddət keçdiyindən, artıq 04.02.2019-cu il tarixli intizam tənbehi qüvvədə deyildi. Buna görə də 09.03.2021-ci il tarixli əmrə əsasən verilən intizam tənbehi iddiaçı barəsində tətbiq edilmiş yeganə qüvvədə olan intizam tənbehi olduğundan, vəzifələrin icrası zamanı pozuntulara yol verilməsinin mütəmadiliyi şərti də sübuta yetirilmir. Bu isə o deməkdir ki, cavabdehin təqdimatda qeyd etdiyi pozuntuların nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onun təkrarlığını sübut edə bilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi ilə əlaqədar olaraq məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. İşdə olan sənədlərlə də iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 20ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl etmədiyi müəyyən olunmamışdır. Göründüyü kimi “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) hər hansı birinin 08.04.2021-ci il tarixli, 55 №-li əmrin verildiyi zaman mövcud olmasını cavabdeh sübut edə bilməmişdir
Məhkəmə həmçinin işdə olan sənədlərə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində 08.04.2021-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələbləri dəfələrlə və kobud şəkildə pozulmuş, bütövlükdə icraat nöqsanlı aparılmışdır. İş materiallarından göründüyü kimi hazırkı mübahisəyə ilkin olaraq Zərdab rayon Məhkəməsində baxılarkən iddiaçı, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tətbiq olunduğu əmri məhkəmədə mübahisələndirmişdir. Əmək Məcəlləsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. İddiaçı, Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən və iddia ərizəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilə bilməsi üçün peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanının qərarının olmasının vacibliyini və belə bir qərarın olmamasını qeyd etdikdən sonra, cavabdeh texniki səhvə yol verdiyini bildirərək əmrin çıxarılmasından 20 gün sonra (həmçinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra) eyni saylı, eyni tarixli yeni əmr verərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini bildirmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsində həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən, ilk növbədə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması qaydası müəyyən edilmişdir. 08.04.2021-ci il tarixli əmrdə əsas olaraq Rayon İHB-nın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X2 08.04.2021-ci il tarixdə Zərdab rayon İHB-na verdiyi təqdimat qeyd edilmişdir. Zərdab rayon Məhkəməsinin 18.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi (Vasif Məhəmmədov) Zərdab rayon İH-də həmkarlar təşkilatının sədrinin özü olmasını, icra başçısı tərəfindən həmkarlar təşkilatına müraciət olunmamasını, iddiaçının işdən çıxarılmasının həmkarlar təşkilatında müzakirə olunmamasını və həmkarlar təşkilatının müvafiq razılığın alınmamasını bildirmişdir. 19.05.2021-ci il tarixli iclasda isə cavabdehin nümayəndəsi (Vasif Məhəmmədov) özünün 1 ay əvvəl həmkarlar təşkilatının sədri vəzifəsindən azad edildiyini, onun yerinə Nicat Umudovun həmkarlar təşkilatının sədri seçildiyini, iddiaçının işdən çıxarılması məsələsinin həmkarlar təşkilatında müzakirə olunaraq, işdən çıxarılmasına razılıq verildiyini bildirmişdir. 20.05.2021-ci il tarixli iclasda isə Nicat Umudov şahid qismində izahat verərək Vasif Məhəmmədovun öz ərizəsi ilə həmkarlar təşkilatının sədri vəzifəsindən azad edildiyini bildirmişdir. Cavabdeh bu mövqeni, yəni iddiaçının işdən çıxarılması məsələsinin həmkarlar təşkilatında müzakirə olunaraq, işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı mövqeyini 01.03.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsində keçirilən şifahi məhkəmə baxışı iclasınadək müdafiə etmiş, müvafiq əmrdə təqdimata istinad olunmasına baxmayaraq, əslində iddiaçının işdən azad edilməsi məsələsinin Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclasında müzakirə edilərək məsələyə münasibət bildirilməsini göstərmişdir. 01.03.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsində keçirilən şifahi məhkəmə baxışı iclasında işdə mövcud olan sənədlər tədqiq edilərkən iddiaçının Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının üzvü yox, İnzibati Ərazi Dairələri Nümayəndəliklərinin ilk həmkarlar ittifaqı təşkilatının üzvü olduğu bildirilmiş və iddiaçının məhz üzvü olduğu həmkarlar təşkilatında işdən çıxarılması məsələsinin müzakirə olunmasının və işdən çıxarılmasına razılıq verilməsinin zəruriliyi izah olunmuşdur. Bundan sonra məhkəmənin heç bir sorğusu olmadığı halda RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolu 10.03.2022-ci il tarixdə Adəm Rəhimlinin imzası ilə poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir. 17.03.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi müvafiq protokolun məhkəməyə təqdim edilməsinin Adəm Rəhimliyə tapşırıldığını bildirmişdir. Bundan sonra cavabdeh, artıq iddiaçının işdən çıxarılmasının müzakirəsi və buna razılıq verilməsi məsələsinin həm də İnzibati Ərazi Dairələri Nümayəndəliklərinin ilk həmkarlar ittifaqı təşkilatında həll edildiyinə istinad etmişdir. Bu is məhkəmədə o qənaəti yaradır ki, cavabdeh faktiki olaraq iddiaçının işdən azad edilmə əsasını texniki səhv adı altında Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndindən “ç” bəndinə keçirdikdən sonra nəzərə almamışdır ki, müvafiq “ç” bəndinin tətbiqi üçün əvvəlcə iddiaçının işdən çıxarılmasının həmkarlar təşkilatında müzakirə olunması və həmkarlar təşkilatının müvafiq razılığın alınması zəruridir. Məhkəmə proseslərinin gedişatında icraat zamanı yol verdiyi nöqsanları öyrəndikdən sonra, cavabdeh, geriyə tarixlə Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolunu tərtib etmiş, 01.03.2022-ci il tarixli məhkəmə iclasında həmin protokolun yararsız olduğunu bildikdən sonra isə RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolunun tərtib edilərək məhkəməyə təqdim edilməsinə nail olmuşdur. Odur ki, məhkəmə iddiaçının mövqeyi ilə razılaşaraq hesab edir ki, RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli iclası həqiqətən keçirilmiş olsa idi cavabdeh müvafiq protokolu, işə Zərdab Rayon Məhkəməsinə baxılarkən, yaxud Şəki İnzibati Məhkəməsində baxılarkən təqdim edərdi (cavabdehin nümayəndəsi və şahidlər iclasın məhz 07.04.2021-ci il tarixdə eyni binada keçirildiyini bildirdiklərindən cavabdehin həmin iclasdan və onun mövzusundan mütləq məlumatı olmalı idi). Belə ki, cavabdeh orqan 01.03.2022-ci il tarixədək Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokoluna istinad etməklə iddiaçının işdən çıxarılması məsələsinin müzakirə olunduğunu bildirirdi. Bu zaman belə sual yaranır ki, RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli iclası keçirildiyi halda, eyni tarixdə eyni məsələ ilə bağlı Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının iclasının keçirilməsinə hansı zərurət var idi. İşdə olan 06.04.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli məktubdan da görünür ki, cavabdehin, məhz həmin həmkarlar təşkilatına iddiaçı barəsində dövlət qulluğundan azad olunma barədə məsələ ilə bağlı rəy verilməsi üçün müraciətin edildiyi qeyd olunur. Digər tərəfdən diqqətə alınmalı olan hal ondan ibarətdir ki, məhkəmə iclasında izahat vermiş şahidlər RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli iclasının rayon icra hakimiyyətinin akt zalında keçirildiyini və iclasda 86 nəfərin iştirak etdiyini bildirirlər. Həmçinin Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclasında da 34 nəfərin iştirak etdiyi ilə bağlı məlumatlar nəzərə alınsa, ölkə üzrə sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə (34 nəfərin iştirakı ilə müvafiq iclasın keçirilməsinə ümumiyyətlə heç bir zərurət olmadığı halda), 86 və 34 nəfərin iştirakı ilə müvafiq iclasların keçirilməsini məhkəmə inandırıcı hesab etmir. Məhkəmə iclasında izahat vermiş şahidlərin ifadələrinə münasibətdə (onlardan biri uzun müddətdir ki, iddiaçı ilə arasında düşmənçiliyin olmasını, digəri isə bir müddət əvvəl iddiaçı ilə münasibətlərin pisləşməsini etiraf etmişdir) məhkəmə qeyd edir ki, həmin şəxslər cavabdehdən birbaşa asılı olmaqla onun tabeçiliyində əmək fəaliyyəti ilə məşğul olurlar. Şahidlər protokolda qeyd edilmiş məlumatlardan başqa hər hansı digər məlumat verə bilmədiklərindən məhkəmə onların izahatlarının mübahisənin həlli üçün sübut əhəmiyyətinə malik olmaması qənaətinə gəlir. Belə ki, RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli iclasında iştirak etdiklərini bildirən şahidlər protokolda olan sıra nömrələrinə uyğun olaraq neçənci çıxış etmələrini, iclasın tarixini, iclasa çağırılmalı olan və faktiki iştirak edən şəxslərin dəqiqi sayını düzgün xatırlamalarına baxmayaraq, iclasda müzakirə olunan məsələlərlə bağlı suallara yalnız protokolda qeyd edilən məlumatlar çərçivəsində məhdud cavab verirlər və üzərindən 1 ildən artıq vaxt keçdiyinə görə müzakirə olunan digər məsələləri yaxşı xatırlamadıqlarını bildirirlər. Bütün şahidlərin izahatları bir-birini təkrarladığından və protokol məlumatları ilə eyni olduğundan məhkəmə şahidlərin yazılı protokol qeydlərini əvvəlcədən əzbərləyərək izahat verməsi qənaətinə gəlir. Cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi, Yuxarı Seyidlər kənd İƏD üzrə nümayəndəliyində 07.04.2021-ci il tarixdə müvafiq yoxlamanın keçirilməsi ilə bağlı aktda aşkar edilmiş nöqsanlara münasibətdə məhkəmə qeyd edir ki, X1 rayon Məhkəməsinə ilkin olaraq yazılı verdiyi izahatında aparılan yoxlamanın 27.04.2021-ci il tarixdə keçirilməsini (iddiaçı işdən azad olunduqdan sonra), lakin ona 07.04.2021-ci ildə yazılan akta imza çəkdirildiyini bildirmiş, lakin sonradan işə Şəki Apellyasiya Məhkəməsində baxılarkən notarial qaydada təsdiq edilmiş izahat təqdim edərək aktın tərtib edilmə tarixində səhvə yol verdiyini bildirmiş və verdiyi izahatı təkzib etmişdir. Həmçinin hazırkı iş üzrə də şahid qismində izahat verərəkən ilkin izahatında qeyd edilənlərin yanlış olduğunu, yoxlamanın 07.04.2021-ci il tarixdə keçirilməsini və həmin tarixdə də aktın tərtib edilməsini bildirmişdir. Məhkəmə işdə mövcud olan Zərdab rayon Məhkəməsi tərəfindən və cavabdeh tərəfindən təqdim edilən eyni tarixli, eyni nömrəli (06.04.2021-ci il tarixli, 01/464-1 №li) Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən müraciətləri müqayisəli şəkildə təhlil edərək müəyyən edir ki, cavabdeh tərəfindən ilkin olaraq Zərdab rayon Məhkəməsinə təqdim edilmiş Nicat Umudova göndərilən müraciətdə həmkarlar təşkilatının adı və sədri, müraciətin mətni və səlahiyyətli şəxs tərəfindən imza qeyd olunub. Şəki İnzibati Məhkəməsinə təqdim edilən müraciətin məzmununda isə artıq dəyişikliklər edilib, müraciətin adı “təqdimat” göstərilib, qoşma olaraq isə 04 vərəqə əmr, təqdimat və akt qeyd olunub. Bu isə özlüyündə cavabdeh orqanın ilkin sənədlərin məzmununa sonradan müdaxilə etməklə mübahisənin hüquqi həlli ilə bağlı halları öz xeyrinə dəyişilməsi ilə bağlı praktikadan geniş şəkildə istifadə etməsinin növbəti sübutudur. Hər bir halda cavabdeh orqan inzibati icraat zamanı tərtib etdiyi sənədlərə sonradan düzəliş etməməli və müvafiq düzəliş etdiyi halda isə həmin düzəlişləri əsaslandırmalıdır. Hazırkı halda düzəlişin edilməsi ancaq onunla izah oluna bilər ki, məzmunda qoşma olaraq göstərilən sənədlərdən biri ilkin müraciət göndərilən zaman mövcud olmadığından, təqdimat əsaslandırılmadığından və ya təqdimatın əsaslandırılmasına dair sənədlər mövcud olmadığından, cavabdeh sonrakı düzəlişlə həmin sənədlərin mövcudluğu faktına istinad etməyə cəhd etmişdir. Digər tərəfdən iddiaçı barəsində aparılmış inzibati icraata uyğun olaraq cavabdeh, 06.04.2021-ci il tarixdə Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərdiyi müraciətinə 07.04.2021-ci il tarixdə tərtib etdiyi aktı əlavə edə bilməzdi. 07.04.2021-ci il tarixli aktda iştirak edən şəxs olaraq Nicat Umudov, Yuxarı Seyidlər kənd İƏD üzrə nümayəndəliyində yoxlamanı aparıb, eyni tarixdə keçirilən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının iclasında (yığıncağın sədri olmuşdur) iştirak edə bilməzdi. Həmçinin 07.04.2021-ci il tarixli iclasda müzakirə olunan məsələlər (hər iki həmkarlar təşkilatının protokollarına münasibətdə), məzmunu yuxarıda qeyd edilmiş təqdimatda qeyd olunan məsələlərlə eynidir və keçirilən iclasda 07.04.2021-ci il tarixdə aparılmış yoxlamanın nəticələri barədə aşkar edilmiş nöqsanlarla bağlı akta ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmə, cavabdeh tərəfindən təqdim edilən, Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolunun və 08.04.2022-ci il tarixli təqdimatın məzmununu təhlil edərək müəyyən etmişdir ki, Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokolunda Cavabdeh başçısının təqdimatının müzakirə olunduğu bildirilir. Bu isə o deməkdir ki, Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatı 07.04.2021-ci il tarixli iclasında hələ mövcud olmayan təqdimatı müzakirə edə bilməzdi. Müvafiq iclas keçirilərkən əslində 08.04.2021-ci il tarixdə tərtib edilmiş təqdimat ümumiyyətlə mövcud deyildi (iclasda müzakirə olunan məsələlər 08.04.2021ci il tarixə aid Rayon İHB-nın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X4 tərəfindən imzalanmış təqdimatda qeyd olunan məsələlərlə tamamilə üst-üstə düşür). Belə olan halda iddiaçı haqlı olaraq qeyd edir ki, 07.04.2021-ci il tarixli iclasın müzakirə predmeti 08.04.2021-ci il tarixli təqdimat bilməzdi, müzakirə edilməli olan 07.04.2022-ci il tarixli aktda bağlı isə iclas protokolunda heç bir qeyd yoxdur. Buna görə də məhkəmə, 07.04.2022-ci il tarixdə tərtib edildiyi qeyd edilən aktın, RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının 07.04.2021-ci il tarixli və Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının 07.04.2021-ci il tarixli iclas protokollarının cavabdehin yol verdiyi nöqsanları aradan qaldırmaq məqsədilə sonradan tərtib etməsi qənaətinə gəlir və iş üzrə mötəbər sübut olaraq qəbul etmir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin orqan tərəfindən Əmək Məcəlləsinin həm də 80-ci maddəsində imperativ qaydada müəyyən edilən normalar pozularaq (Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla), həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan iddiaçı ilə əmək müqaviləsi pozulmuş, lakin sonradan cavabdeh orqan səlahiyyətlərinin ona verdiyi imkanlardan suiistifadə etməklə məhkəmə araşdırmasının gedişatında öyrəndiyi, ilkin inzibati icraatda yol verdiyi nöqsan və çatışmazlıqları tabeçiliyində olan insan resurslarından və texniki imkanlardan istifadə etməklə, geriyə tarixə sənədlərin tərtibi yolu ilə aradan qaldırmağa cəhd edərək, qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozmuş, bununla da qəbul etdiyi qanunsuz inzibati aktın hüquqi cəhətdən tanınmasına nail olmağa çalışmışdır. Məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı barəsində 16.01.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktına münasibətdə qeyd edir ki, müvafiq ittiham aktı iddiaçının işdən azad edilmə əsası kimi, yaxud təqdimatda qeyd edilən halları təsdiq edən sübut kimi nəzərdən keçirilə bilməz. Odur ki, məhkəmə, iddiaçı barəsində cavabdehin tərtib etdiyi 08.04.2021-ci il tarixli 55 saylı əmrin qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. “İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “İddiaçı tutduğu vəzifədən azad edilməsi edilməsi ilə bağlı 08.04.2021-ci il tarixli, 55 saylı əmri ləğv edilir. İddiaçı Zərdab rayon İHB-nın Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilib, məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev