Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-303/2023 12.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990cı il tarixli 12 nömrəli Qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış, JN 051A nömrəli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 500 kv. metr torpaq sahəsi üzərində İddiaçı, X7, Nümayəndə1 və X2 ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli Qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmiş 500 kv.metr torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə və Ağdaş rayon Aqrar İslahat Komissiyasının Torpağın mülkiyyətə verilməsinə dair 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə qeyd edilən torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinə verilməsinə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestrində qeydiyyata alınaraq bunun haqqında müvafiq sənədlərin verilməsi və qeyd edilən torpaq sahəsinin əsl döngə nöqtələrinin koordinatlarına dair cavabdeh idarənin elektron xəritə bazasında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli Qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış, JN 051A nömrəli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 500 kv. metr torpaq sahəsi üzərində İddiaçı, X7, Nümayəndə1 və X2 ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990- cı il tarixli 12 nömrəli Qərarı ilə Ağdaş şəhəri ərazisində o vaxtlar 19B adlanan məhəllədə ona fərdi yaşayış evi tikmək məqsədi ilə 500 kv. metr ölçüdə həyətyanı torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, həmin torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı yaşayış evi tikmişdir. 1992-ci ildə onun evi istismara qəbul edilərək həmin ilin noyabr ayında ona dair fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Sonralar “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə qeyd edilən torpaq sahəsi onun və bu iddia üzrə 3-cü şəxslər olan ailə üzvlərinin mülkiyyətinə verilərək bu barədə ona Torpağın mülkiyyətə verilməsinə dair JN 051A nömrəli 90301004 kodlu Şəhadətnamə verilmişdir. Həmin vaxtdan ona verilmiş torpaq sahəsi Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına qeydiyatda olmaqla, onun istifadəsindədir. Bu il o, cavabdehə müraciət edərək 1990-cı ildə ona verilmiş olan torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və buna dair müvafiq sənədlərin verilməsi xahiş etmişdir. Onun müraciətindən cavabdeh imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, naturada istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşür ki, bu da ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında çətinlik yaratmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili (nümayəndəsi) iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - JN-0951A kod 90301004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Ağabala qızı və ailə üzvlərinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə 0.05 ha torpaq sahəsi verilmişdir. - Ağdaş şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Ağabala qızına 500 kv. metr torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 152 nömrəli Arayışından görünür ki, İddiaçı adına ünvan 2 ünvanda yerləşən 0.0552 torpaq sahəsini və 200 kv. metr ölçüdə fərdi yaşayış evini idarə və istifadə etmiş, həmin vaxtdan torpaq və əmlak vergisi onun tərəfindən ödənilmişdir. - A seriyalı 861679 nömrəli X8 kitabında 467 nömrə ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Ağabala qızına 500 kv. metr torpaq sahəsi verilmişdir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İnzibati iş materiallarında Ağdaş şəhər XDS-nin xx.xx.2012-ci il tarixli qərarında göstərilən 500 kv.m torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İnzibati iş materiallarında Ağdaş şəhər XDS-nin xx.xx.2012-ci il tarixli qərarında göstərilən 500 kv.m torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi ilə əhatə olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İddia olunan və iddiaçının naturada göstərdiyi 0.06 ha torpaq sahəsi elektron məlumat bazasında olan Ağdaş bələdiyyəsinin “X1 X6”ndə mövcud olan xəritəsinə əsasəsn təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi X4r. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi 0.06 ha torpaq sahəsinin sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN- 051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Sözügedən 0.006 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi JN-050A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür. Tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “X8, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli Qərarı ilə 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır.Respublikamızda aparılan aqrar islahat zamanı JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan 500 kv.m torpaq sahəsinin X3 adına qeydə alınmış JN-050A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin koordinatları ilə üst-üstə düşdüyü bildirilmişdir.Məhkəmə araşdırması zamanı X3 mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin hazırkı iddia tələbində göstərilən torpaq sahəsi olmadığı,yaxınlıqda yerləşən torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi 1992-ci ildə qeydiyyata alınmış,evin texniki pasportunda faktiki torpaq sahəsinin 552,3 kv.m olduğu təsbit olunmuşdur. Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də iddiaçının istifadəsində olmuş,həmin sahədə onun tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur.Hazırkı mübahisəyə səbəb iddiaçıya verilən JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsinin koordinatlarının həmin sahəyə deyil, X3 istifadəsində olan torpağa işlənmiş olmasıdır.Eyni ilə də X5 verilən JN-050A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin koordinatları onun istifadəsində olan torpaq sahəsinə deyil,iddiaçının istifadəsində olan torpağa işlənmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin koordinatları faktiki istifadəyə uyğunlaşdırılmaqla Şəhadətnaməyə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsi üzərində onların, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırmaqla Şəhadətnaməyə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsi üzərində İddiaçı, X7, Nümayəndə1 və X2 ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə