Məhkəmə qərarları › İş №2-1(116)-304/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-304/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-304/2020 02.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi məsləhətçi (iclas katibi) X2, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı bildirir ki, pensiya təyin edən komissiyanın qərarına əsasən ona xx.xx.2017ci il tarixdən əliliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxdan xx.xx.2019-cu il tarixədək əlilliyə görə pensiya almışdır. Lakin, xx.xx.2019-cu il tarixdən ona pensiyanın ödənilməsi dayandırılmışdır. DSMF-nin Qəbələ rayon şöbəsindən daxil olmuş xx.xx.2019cu il tarixli məktubla bildirilmişdir ki, şöbədə pensiya təyin edən komissiyanın xx.xx.2019-ci il tarixli **********2 nömrəli qərarı ilə ona pensiyanın ödənişi dayandırılmışdır. Həmin məktubda pensiyanın dayandırılmasına səbəb kimi bildirilmişdir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə DSMF-nin Qəbələ rayon şöbəsinə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlər təkrar araşdırılaraq, pensiya hüququna pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməyi barədə arayış və 18 yaşadək sağlamlıq imkanları məhdud övladını qulluq göstərməyi barədə ərizə təqdim etmiş, lakin, əmək kitabçası təqdim etməməsi, pensiya təyin edən komissiyanın qərarı ilə, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajını daxil edilməmişdir. Beləliklə də, həmin Qaydaların 3.10-cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan mətninə uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan 11 il 8 ay sığorta stajı təsdiqlənmədiyi üçün təyin olunmuş pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmış və aparılmış təyinat qanunsuz hesab edilmişdir. Odur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-ci il tarixədək olan dövr ərzində ödənilmiş 3611.24 manat vəsaiti Dövlət Sosial Müdafiə Fonduna geri ödənilməsini xahiş etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, pensiyasının pərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya qarşı göndərilmiş imtina məktububundan görünür ki, DSMFnin Qəbələ rayon şöbəsi bildirir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə DSMF-nin Qəbələ rayon şöbəsinə daxil olmuş ərizəyə əsasən pensiya hüququna pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməyi barədə arayış və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərməyi barədə yalnız ərizə təqdim etmişdir. Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış “Gülbarə Muradova”nın adına verilmiş və “Muradova” yazılışının ona məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim olunmamışdır. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3. 2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı həmçinin, arayışın “Gülbarə Muradova”nın adına verildiyi və “Muradova” yazılışının ona məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim etmədiyi üçün ümumi iş stajına daxil edilməmişdir. Beləliklə də, həmin Qaydaların 3.10-cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş - mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan mətninə uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan 11 il 8 ay sığorta stajı təsdiqlənmədiyi üçuh əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsi təmin edilməmişdir. Cavabdehin iddiaya münasibəti: Rayonun Abrıq kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq pensiya hüququna baxılmışdır. Bu zaman, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı, həmçinin, arayışın “Gülbarə Muradova”nın adına verildiyi və “Muradova” yazılışının İddiaçı məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.10cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsində nəzərdə tutulmuş - mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. İddiaçı iddia tələbi ilə bağlı hesab edirik ki, İddiaçı 1989-1992-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. İddaçı məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********4 nömrəli qərarı və xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 110 nömrəli arxiv arayışı, V-ЖГ seriaylı 255052 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019cu il tarixli aktı, DSMF-nin Zona Tibbi-Sosial Ekspert Komissiyasının 031490 nömrəli və 037652 nömrəli çıxarış, iddia tələbini dəqiqləşdirmə barəsində xx.xx.2020-ci il tarixli ərizə aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyi müəyyən olunmuşdur və 1989-1992-ci illərdə iş dövrü sığorta stajı kimi qəbul olunarsa, həmin tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranır. İddiaçının xx.xx.2017-ci il tarixdə əlil olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının kolxozda işlədiyi müddətin əmək kitabçasında qeyd olunmaması və\ arxiv arayışında soyadının Muradova yazılmasından ibarətidir. İddiaçının kolxozda işlədiyi müddət nəzərə alınmasa da cavabdeh tərəfindən iddiaçıya mübahisəsiz 11 il 8 ay sosial sığorta stajı hesablamışdır. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması ilə bağlı cavabdehin etiraz dəlilləri əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 1989-1992-ci illərdə koxozda işləməsi Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışı ilə öz təsdiqini tapır ki, şərh olunduğu kimi arxiv arayışları iş stajını təsdiq edən sənəd kimi qəbul edilir. Bundan başqa arxiv arayışında iddiaçının soyadının Muradova kimi yazılması ilə bağlı cavabdehin etiraz dəlillərinidə əsassız sayan məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş və ona ərinin soyadı olan Muradova soyadı verilmişdir. Bu hal cavabdeh inzibati orqan tərəfindən asanlıqda aradan qaldırılacağı təqdirdə sonuncu bunu etməmiş və nəticədə əsassız dəlillər irəli sürülmüşdür. İddiaçının əlilliyə görə pensiya hüququnun olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya əlillik dərəcəsi verildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş və xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlil olmuşdur. Ona 51 yaşından əlilliyə görə pensya təyin edilməsi üçün 12 il (51 – 15 = 36 x 4 = 144 / 12 = 12 il) sosial sığorta stajı tələb olunur. İddiaçının həmin tarixdə 12 ildən artıq sosial sığorta stajı olmuşdur ki, cavabdehin hərəkətləri iddiaçıya münasibətdə qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının kolxozda işlədiyi müddəti nəzərə almayaraq ona mübahisəsiz 11 il 8 ay staj hesablamış, kolxozda işlədiyi 1989-1992 illər stajına daxil edildikdə sonuncunun pensiya hüququ yaranır. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisə predmeti olan qərar ləğv edilməli və iddiaçıya pensiya ödənişi davam etdirilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərəvəAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh İddiaçıəlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar