Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3047/2025 09.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X32 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə İddiaçı, cavabdehin (DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin) nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, miras əmlakın bağışlama və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, miras əmlaka dair verilmiş çıxarışın və əmlakın yüklü edilməsi barədə çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, miras payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə, Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh3 QSC-yə qarşı ünvan 1 ünvan: ünvan 2nvanda yerləşən 0,06 ha torpaq sahəsinə X3, X4 və X10 adlarına verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, həmin miras əmlakın onlar tərəfindən X11 bağışlanması haqqında bağışlama müqaviləsinin və həmin əmlakın “AccksesBank” SC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə əsasında ipoteka ilə yüklü edilməsi barədə müqavilənin etibarsız hesab edilməsi, həmin miras əmlaka X12 verilmiş reyestrdən çıxarışın, habelə həmin əmlakın Cavabdeh3 QSC-nin xeyrinə yüklü edilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi, həmin miras əmlaka iddiaçının vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi və miras payına dair 1-ci növbədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Qəbələ regional "ASAN Xidmət" mərkəzində notariat ofisinə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə ərizə ilə müraciət edərək, X1 vərəsəlik işinin açılıbaçılmaması barədə məlumatların təqdim olunmasını xahiş etmişdir. İdarənin cavab məktubunda “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Həsən Əbdürəhmanovun adına 6 iyul 2012-ci il tarixdə Qəbələ rayon notariat ofisində vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin aşkar edilmədiyi qeyd olunmuşdur. Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 4Ə-1957 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinə əsasən X7, X13 və X2 şəhəri, Bakıxanov küçəsi, ev 3 (Qəbələ şəhəri, Bakıxanov küçəsi, ev 1) ünvanında yerləşən, ümumi sahəsi 130,3 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yardımçı sahəsi 56 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini X11 bağışlamışlar. ünvan 4 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələri torpaqları və ümumi sahəsi 130,3 kv.m olan xüsusi mülkiyyət X8 adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən hesab edilir ki, X7, X13 göstərilən daşınmaz əmlak üzrə qanun üzrə birinci növbəli vərəsə deyillər, lakin onlara və X14 daşınmaz əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən çıxarış verilmiş, onlar isə həmin ünvandakı daşınmaz miras əmlakı X11 bağışladıqlarına görə həmin bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmiş, digər cavabdehlər Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinin və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X21 iddiaya etiraz etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin müvafiq sorğusu əsasında cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin 4 dekabr 2025-ci il tarixli məktubu ilə məhkəməyə iddia tələbində ləğvi tələb olunan reyestrdən çıxarışlar və onların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir: - Qəbələ AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X16, X6, X15 və X5 mülkiyyətinə verilmişdir. - ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 130,3 kv.m olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi üzərində X17, X7, X13 və X10 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 6 dekabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən X7, X13 və X2 şəhəri, Bakıxanov küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin özlərinə aid hissələrini X11 bağışlamışlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə icraatında müəyyən edilir ki, hazırkı İddiaçı iddiasında mülki əqdlərin etibarsız sayılması və bu əqdlər əsasında aparılmış qeydiyyatların (reyestrdən çıxarışların) ləğv olunmasını, eləcə də miras əmlaka vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi və miras payına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırda müvafiq torpaq sahəsinə və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatları, eləcə də həmin qeydiyyatların aparılmasına əsas olmuş müqavilələri inzibati məhkəmə icraatı qaydasında deyil, onların hamısını birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Həmçinin, iddiadakı digər tələblər – əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbləri də mülki məhkəmə icraatının predmeti kimi çıxış edə bilər. Beləliklə məhkəmənin qənaətinə görə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 7egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X33
Məhkəmə qərarları › İş №2-1(116)-3047/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3047/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver