Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-305/2021 18.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı “xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən evə həmin evin yerləşdiyi 1300 kv.m həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən evə həmin evin yerləşdiyi 1300 kv.m həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçının anası müqavilə əsasında satın almış və sonradan iddiaçıya bağışlamışdır. Həmin fərdi yaşayış ev ilə tiraltı olan ev də həmçinin Oğuz RİH başçısının sərəncamı ilə iddiaçıya satılmış və həmin evə iddiaçının adına texniki pasport və qeydiyyat vəsiqəsi verilmişdir. Evin yerləşdiyi 1575.7 kv.m həyətyanı torpaq sahəsinə iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etdikdə məlum olmuşdur ki, islahat zamanı sözügedən həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmamışdır. Lakin yaxın günlərdə əvvəllər Oğuz şəhəri, A.Padarlı küçəsində yaşamış iddiaçının qardaşı və ilə üzvlərinin adına 0.13 ha həyətyanı torpaq sahəsinə JN-777A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş və qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Çıxarışa əsasən plan-ölçü sənədi hazırlanan zaman müəyyən edilmişdir ki, həmin sənəd iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə tərtib edilmişdir. Ona görə də plan-ölçü sənədi hazırlanmamışdır. İddiaçı çıxarışın ləğv edilməsi və 1300 kv.m həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan etiraz məktubunda iddiaçının müraciətinin təmin edilməsinin onların səlahiyyəti daxilində olmadığını qeyd etmişdir. Beləki, iddiaçı tərəfindən ləğvi tələb edilən çıxarış Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(054)-160/2020 nömrəli qətnaməsi və JN-777A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında tərtib edildiyindən Ərazi İdarəsi tərəfindən ləğv edilməsi mümkün deyildir. Həmçinin məktubda qeyd edilir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və onun ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Faktiki istifadədə olan torpaq sahəsi 0.15 ha-dır. Torpaq sahəsində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı “xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən evə həmin evin yerləşdiyi 1300 kv.m həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-305/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-305/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver