Məhkəmə qərarları › İş №2-1(116)-305/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-305/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-305/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “vəzifəyə uyğun olaraq dövlət qulluqçusu pensiyanın hesablanmasında rəis vəzifəsi əmək haqqında və səlahiyyətinə görə 15% əlavənin, il ərzində hər rübün yekununa görə verilən 4 mükafat və ilin yekununa görə verilən mükafatı (13-cü əmək haqqı) nəzərə alaraq pensiya hesablanmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “vəzifəyə uyğun olaraq dövlət qulluqçusu pensiyanın hesablanmasında rəis vəzifəsi əmək haqqında və səlahiyyətinə görə 15% əlavənin, il ərzində hər rübün yekununa görə verilən 4 mükafat və ilin yekununa görə verilən mükafatın (13-cü əmək haqqı) nəzərə alaraq pensiya hesablanmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin “il ərzində hər rübün yekununa görə verilən 4 mükafat və ilin yekununa görə verilən mükafatı (13-cü əmək haqqı) nəzərə alaraq pensiya hesablanmasına dair qərar qəbul edilməsi” hissəsində icra olunduğunu və icraata xitam verilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir :

1. Rəis vəzifəsinə əsasən səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% həcmində səlahiyyətinə görə 15% əlavənin nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiyanın hesablanması;

2. Hər rübün yekununa görə verilən 4 mükafat və ilin yekununa görə verilən mükafat (13-cü əmək haqqı) nəzərə alınmaqla pensiya hesablanması; Cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 17785/2023 qərardan görünür ki, iddiaçının tələbi bir hissəsi təmin edilmişdir.Beləliklə iddia tələbinin “hər rübün yekununa görə verilən 4 mükafat və ilin yekununa görə verilən mükafat (13-cü əmək haqqı) nəzərə alınmaqla pensiya hesablanması” hissəsində tərəflər arasındakı inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi üzrə icraatına xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsinin “il ərzində hər rübün yekununa görə verilən 4 mükafat və ilin yekununa görə verilən mükafatı (13-cü əmək haqqı) nəzərə alaraq pensiya hesablanmasına dair qərar qəbul edilməsi” tələbinə dair hissəsinin icraatına xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar