Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3054/2023 13.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “Qəbələ rayon X2 aktlarının qeydiyyatı kitabında olan iddiaçıya İddiaçı məxsus doğum haqqında akt qeydində soyadının “Hüseyinov”, adının “Qüdirət” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Hüseynov”, “Qüdrət” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon X2 aktlarının qeydiyyatı kitabında olan iddiaçıya İddiaçı məxsus doğum haqqında akt qeydində soyadının “Hüseyinov”, adının “Qüdirət” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Hüseynov”, “Qüdrət” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.0949-cu ildə Qəbələ (Qutqaşen) rayonu, Aydınqışlaq kəndində anadan olmmuşdur. Valideynləri-atası X4 və anası X1 şöbəsinə müraciət etmişlər və doğum qeydi aparılmışdır. Bir neçə gün bundan əvvəl vərəsəlik işləri ilə əlaqədar Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. İddiaçının vaxtı ilə Qutqaşen (indiki Qəbələ) rayon Zarağan kənd sovetliyi tərəfindən xx.xx.1949-cu il tarixdə tərtib edilmiş 05 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərək uşaq haqqında məlumat qrafasında soyadı “Hüseynov” əvəzinə “Hüseyinov”, adı “Qüdrət” əvəzinə səhvən “Qüdirət” kimi qeyd olunmuşdur.İddiaçının şəxsiyyət vəsiqəsində, nikah və uşaqların doğumu haqqında şəhadətnamələrdə və s digər sənədlərdi İddiaçı kimi yazılmışdır. İddiaçı düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, xx.xx.1949-cu il tarxində Qutqaşen (indiki Qəbələ) rayon Zarağan kənd sovetliyi tərəfindən xx.xx.1949-cu il tarixdə tərtib edilmiş 05 nömrəli doğum haqqında akt qeydinin nəzərdən keçirərkən uşaq haqqında məlumat qrafasında soyad “Hüseyinov” ad “Qüdirət” yazılmışdır. Doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından İddiaçı adının “Qüdrət” ə və soyadının “Hüseynov”a düzəliş edilməsi mümkün deyildir.İddiaçıya bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. İ-ЖГ seriyalı 309223 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanmışdır.
2. İddiaçıya məxsus 038091 №-li hərbi biletdən görünür ki, iddiaçının adı “Qüdrət”, soyadı “Hüseynov”, ata adı “Dursun” kimi qeyd edilmişdir.
3. Щ-311560 №-li Ali təhsil haqqında diplomdan görünür ki, iddiaçının adı “Qüdrət”, soyadı “Hüseynov”, ata adı “Dursun” kimi qeyd edilmişdir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
5. Qəbələ rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabda iddiaçının adı “Qüdrət”, soyadı “Hüseynov”, ata adı “Dursun” kimi qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-522/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Qüdrət”, soyadı “Hüseynov”, ata adı “Dursun”, doğulduğu yer Qəbələ rayonu Aydınbulaq kəndi, doğulduğu il xx.xx.1949-cu il, atası X4, anası X5, həyat yoldaşı X3, uşaqları X6, X8, X9, ünvanı Qəbələ rayonu Aydınbulaq kəndi qeyd edilmişdir.
7. Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1949-cu il tarixdə tərtib edilmiş 05 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Qüdirət”, soyadı “Hüseyinov”, atanın adı “Dursun”, doğum tarixi “xx.xx.1949-cu il” kimi qeyd edilmişdir.
8. Qəbələ rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydində soyadının “Hüseyinov”dan “Hüseynov”a, adının “Qüdirət”dən “Qüdrət” ə düzəliş edilməsinə etiraz etmir.
9. Qəbələ Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı barəsində məlumat qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi” ndə “ad”, “soyadı” qrafasına düzəliş edilməklə adının “Qüdrət”, soyadının “Hüseynov” kimi qeyd olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid digər sənədlərdə adı “Qüdirət” olaraq deyil, “Qüdrət”, soyadı “Hüseyinov” deyil “Hüseynov” olaraq qeyd edilmiş, həmin ad və soyadla təhsil almış,nikaha daxil olmuşdur.Göründüyü kimi ilkin sənəddə yanlışlıq iddiaçının ad və soyadının orfoqrafik qaydalara uyğun qeyd edilməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə İddiaçı barəsində Qəbələ rayon Zarağan kənd nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli, 05 nömrəli Doğum akt qeydinin “uşağın adı” və “soyadı” qrafalarına düzəliş edilməklə “Qüdirət” adının “Qüdrət” , “Hüseyinov” soyadının “ Hüseynov” kimi qeyd olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə