Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3056/2024 17.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçılar X3 və Nümayəndə iştirakı ilə, İddiaçılar X3 və İddiaçı Cavabdeh “X2 ödənilməli olan 30000 manat borc pulun müqabilində İddiaçı və Qəribova (Hüseynova) Vüsalə Sədrəddin qızına məxsus ünvan 1 ünvanlı mənzilin alınaraq tələbkar X1 adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ödənilməli olan 30000 manat borc pulun müqabilində İddiaçı və Qəribova (Hüseynova) Vüsalə Sədrəddin qızına məxsus ünvan 1 ünvanlı mənzilin alınaraq tələbkar X1 adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi mümkünlük şərtinə cavab vermir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının tələbi X2 ödənilməli olan 30000 manat borc pulun müqabilində İddiaçı və Qəribova (Hüseynova) Vüsalə Sədrəddin qızına məxsus ünvan 1 ünvanlı mənzilin alınaraq tələbkar X1 adına rəsmiləşdirilməsindən ibarətdir. Göründüyü kimi iddia tələbi inzibati mübahisə predmeti deyil, belə ki, mübahisələndirilən məsələ mülki icraat qaydasında araşdırılmış və məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qiymət verilmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından,iddiaçının hüquqi marağının dəqiq ifadə olunmadığından və bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı cavabdehlərə aid iddialar olduğundan iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı: İddiaçılar X3 və İddiaçı Cavabdehnə qarşı “X2 ödənilməli olan 30000 manat borc pulun müqabilində İddiaçı və Qəribova (Hüseynova) Vüsalə Sədrəddin qızına məxsus ünvan 1 ünvanlı mənzilin alınaraq tələbkar X1 adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-3056/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3056/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver