Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-306/2020 20.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevirşəhər şöbəsinə qarşı "1971-ci ildən 1976-cı ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutundaəyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıxx.xx.1954-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır və Mingəçevir şəhərində yaşayır. O, 01.09.1971-ci ildən29.06.1976-cıilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutundatəhsil almışdır. Ona 05.06.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməmişdir. O, təhsil müddətinin nəzərə alınaraq pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etsə də, cavabdeh özünün 16.10.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, təhsil aldığı zaman qüvvədə olmuş qanunvericiliyə görə, təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir, əgər bu müddət nəzərə alınarsa, ona təyin olunacaq yaşa görə əmək pensiyasında artım olacaqdır. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Г-İ seriyalı 020226 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1971-ci ildən 29.06.1976-cı ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır; - İşdə olan, cavabdehin 12.12.2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı 05.06.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda pensiyasının məbləği 232,47 manat, sosial sığorta stajı 41 il 3 aydır. İddiaçının 4 il 9 ay əyani təhsil illəri onun sosial sığorta stajına daxil edilərsə aylıq pensiyasının üzərinə 13,28 manat əlavə oluna bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, cavabdehin imtinasının dəlili "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutur. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən, 01.01.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının 01.09.1971-ci ildən 29.06.1976cı ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia həmin müddətlə bağlı hissədə təmin edilməli, cavabdehin üzərinə həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçınun 01.09.1971-ci ildən 29.06.1976-cı ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-306/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-306/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver