Məhkəmə qərarları › İş №2-1(116)-307/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-307/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-307/2022 30.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X7rşı “buraxılış ili 1999-cu il olan QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cabvabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, buraxılış ili 1999-cu il olan QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı uzun müddət Belarus Respublikasında, Minsk vilayətində yaşamış və işləmişdir. İddiaçı 12 aprel 2007-ci il tarixli arayış-qaimə ilə buraxılış ili 1999-cu il olan QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsi almışdır. Həm vaxtlarda iddiaçı Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, qeyd edilən nəqliyyat vasitəsini də özü ilə gətirmək istəmiş və bu səbəblə də nəqliyyat vasitəsini atasının istifadəsinə verərək Azərbaycana göndərmək qərarına gəlmişdir. İddiaçı 03.06.2007-ci il tarixdə ******* seriya nömrəli hesab-arayışla rəsmi qaydada nəqliyyat vasitəsini atası X2. İddiaçının atası nəqliyyat vasitəsini 09.06.2007-ci il tarixdə 206070 nömrəli Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün Vəsiqə əsasında Azərbaycana gətirmişdir. 2007-ci ildən həmin nəqliyyat vasitəsini faktiki olaraq iddiaçı idarə etmiş, lakin uzun məsafə sürməmiş, yalnız şəhərdaxili, məhəllələrarası yükdaşımada istifadə etmişdir. Bu səbəbdən də iddiaçı həmin nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməmiş və nömrə də almamış, yəni atası X5 adına dövlət qeydiyyatına aldırmamışdır. İddiaçının atası Şəmil Əliyev 03.08.2018-ci ildə vəfat etmiş, mərhumun vərəsələri Vüsal Əliyev, Günay Əliyeva və İddiaçı olaraq müəyyən edilmişdir. X15 və Günay Əliyeva öz paylarına düşən miras hissədən imtina edərək iddiaçıya bağışlamış və İddiaçı mərhum atası Şəmil Əliyevin yeganə vərəsəsi olaraq bütün miras əmlakı qəbul etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, buraxılış ili 1999-cu il olan QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən iddiaçıya verilən 11.09.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X12 vəfat etdiyindən həmin avtomobilin şöbə tərəfindən qeydiyyata alınması və şəhadətnamə verilməsi mümkün olmamışdır. Avtomobilin rəsmiləşdirilməsi üçün məhkəmədən mülkiyyət hüququnun tanınması barədə qərar və ya notariat ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasının məqsədə müvafiq olduğu iddiaçıya bildirilmişdir. İddiaçıya 07.10.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və nəzərinə çatdırılmışdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamə ilə tələb edilən sənədləri cavabdeh orqana təqdim etdikdən sonra onun müraciəti təmin edilmədiyi təqdirdə cavabdehə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edə bilər. Belə ki, cavabdeh orqanın imtinası faktiki olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməməsi ilə bağlı olmuşdur. İddiaçı yardım məktubuna cavab olaraq bildirmişdir ki, cavabdeh orqana müraciət zamanı vərəsəlik hüququ haqqında şəhadətnamələri və miras əmlakdan imtina barədə müqaviləni təqdim etmişdir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 27.11.2021-ci il tarixli məktubda da imtina məktubunda qeyd edilən əsaslar qeyd edilmiş və sözügedən nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin olmaması bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan 03.06.2007-ci il tarixli A1258185 nömrəli arayış-qaimənin təsdiq edilmiş surətindən görünür ki, QAZ 33021 nömrəli avtomobil X1. İşdə olan Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsinin “Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün” 206070 nömrəli 09.06.2007-ci il tarixli vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Belarusiyadan gətirilmiş 1999-cu il istehsal tarixli QAZ 33021 markalı yük avtomobili X5 adınadır. Vəsiqədə qeyd edilir ki, nəqliyyat vəsiqəsinin qeydiyyata alınması üçün verilmiş vəsiqə verildiyi tarixdən etibarən 5 gün müddətində Azərbaycan Respublikası DİN DYP-yə təqdim edilməlidir. İşdə olan 938177 nömrəli “ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X12 03.08.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 18.06.2021-ci il tarixli 1073 nömrəli arayışından görünür ki, İddiaçı 03.08.2018-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış mirasa vərəsəlik işi açılması üçün 02.11.2018-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-195/2018 nömrəli vərəsəlik işi açılmışdır. X3 qalmış miras əmlaklara Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində 16.04.2019-cu il tarixdə mərhumun vərəsələri oğlu İddiaçı 4/6 hissə, nəvəsi X9 1/6 hissə və nəvəsi X6 1/6 hissə pay olmaqla 2V-469, 2V-470, 2V-471, 2V-472, 2V-473, 2V-474, 2V-475, 2V-476, 2V-477 və 2V-478 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qeyd olunan tarixdə 3M-258 reyestr saylı miras payın bağışlanması müqaviləsi ilə X13 və X10 onlara düşən vərəsəlik paylarını İddiaçı bağışlamışlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq, əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras qoyanın mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin təqdim edilməsi vacibdir. Miras qalmış nəqliyyat vasitəsinə dair hüquqmüəyyənedici sənədi iddiaçı təqdim edə bilmədiyinə görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının 03.07.1998-ci il tarixli 517-İQ nömrəli Qanununun 27-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Əsasnamənin 1.2-ci bəndinə görə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; 2) tramvayları və tolleybusları yerli icra hakimiyyəti orqanlarında; 3) traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində; 4) texnoloji nəqliyyat vasitələrini, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində; 5) yarış məqsədli idman nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər; Azərbaycan Ordusunun mexaniki nəqliyyat vasitələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində dövlət qeydiyyatına alınırlar. Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələri həmin dövlət orqanları tərəfindən dövlət qeydiyyatına alınırlar. Əsasnamənin 1.3-cü bəndinə əsasən dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Əsasnamənin 2.1-ci bəndinə görə vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. 2.2-ci bəndinə əsasən fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır. Mülkiyyətçisinin yaşayış yeri üzrə qeydiyyata alınmasına maneçilik törədən səbəblər meydana çıxdıqda (mülkiyyətçinin müqavilə üzrə müvəqqəti iş yerinə, oxumağa, hərbi xidmətə, yaxud başqa səbəbdən nəqliyyat vasitəsindən istifadə edilməsi mümkün olmayan yerə getməsi) ikitərəfli yazılı razılıq əsasında nəqliyyat vasitəsini, mülkiyyətçinin qohumlarının yaşayış yerində, həmçinin müqavilə vaxtı qurtardıqdan, təhsili, yaxud hərbi xidməti başa vurduqdan sonra mülkiyyətçinin qayıdacağı əvvəlki yaşayış yerində qeydiyyata almağa icazə verilir. Bu hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisi yuxarıda göstərilənlər barədə təsdiqedici sənədlər təqdim etməlidir. Əsasnamənin 2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı; komisyon və ticarət təşkilatları ilə bağlanılmış alqı-satqı müqaviləsi; vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı; qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X11-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir; müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, iddiaçının adına qeydiyyata alınmasını tələb etdiyi Qaz-33021 markalı avtomobil atası X5 adına hesab-arayışla Belarusiyadan gətirilmiş, atası Ş.Əliyev 03.08.2018-ci il tarixdə vəfat etmişdir. Avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə tələb olunsa da, həmin avtomobilə münasibətdə iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə nəqliyyat vasitəsinin qeydə alınması üçün tələb olunan sənədlərin, yəni vərəsəlik hüququ barədə şəhadətnamənin təqdim olunmaması əsası ilə inzibati orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə məhkəmə xərci olmamışdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X7rşı “buraxılış ili 1999-cu il olan QAZ 33021 markalı, qeydiyyat nömrəsi AB 6318-5 olan nəqliyyat vasitəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar