Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-31/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ şəhəri ərazisindəki 300 kv.metr fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş A 040382 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2107/2022 nömrəli qərardadı ilə Qəbələ Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-359/2023 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçıya Qəbələ Bələdiyyəsinin 27 fevral 2008-ci il tarixli qərarı ilə 0.03 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə 08 aprel 2008-ci il tarixli Torpaqların alqı-satqısına dair Akt tərtib olunmuş, həmin torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 040382 nömrəli Torpaq sahəsinin planı və ölçüsü də tərtib olunaraq iddiaçıya təqdim olunmuşdur. İddiaçı Qəbələ şəhərindəki ona ayrılan 0.03 ha torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Qəbələ rayonu. X5 Rahib Nəsib oğluna 0.03 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.2008-ci il tarixli. 02 saylı qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə ‘‘23 oktyabr 2007-ci il, 466- saylı 111 QD Azərbaycan Respublikasının Qanunun. Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı 111 QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 201 İ- ci il. 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə Qəbələ Bələdiyyəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək həmin torpaq sahəsinin hazırda iddiaçının istifadəsində olduğunu bildirdi.Üçüncü şəxs verilən suala cavab olaraq JN 2987F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin ona aqrar islahat zamanı verildiyini,həmin vaxt da sənədi iddiaçıya təqdim etdiyini bildirərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 02.04.2008-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Qəbələ bələdiyyəsinə 112 AZN ödəniş etmişdir.
3. Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarı ilə İddiaçı 300 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarı ilə İddiaçı Qəbələ Bələdiyyəsi ərazisindən 0.03 ha torpaq sahəsi ayrılmışdır.
5. A seriyalı 040382 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün olan 300 kv.m torpaq sahəsi ayrılmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-42/2-3749/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, 05 aprel 2023-cü il tarixdə GPS aləti vasitəsilə mübahisələndirilən torpaq sahəsi ölçülmüş və heç bir dəyiklik olmadığı üçün bir daha ölçülməsinə ehtiyac duyulmamışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Qəbələ Bələdiyyəsinin xx.xx.2008- ci il tarixli, 02 saylı qərarı ilə ayrılmış 0,03 hektar torpaq sahəsi naturada 0,0624 hektar olmaqla Qəbələ şəhər İ.Ə.D-nin sərhədləri daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı olmaqla uqodiyası həyətyanıdır. Faktiki istifadə olunan 0,0624 hektar torpaq sahəsi Qəbələ Bələdiyyəsinin xx.xx.2008- ci il tarixli, 02 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,03 hektar torpaq sahəsi ilə 0,03 hektar hissədə üst-üstə düşür. İddia olunan fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılımış 0,03 hektar torpaq sahəsi 2987F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0,0284 hektar hissədə üst-üstə düşür. Faktiki isifadə olunan 0,0624 hektar torpaq sahəsi 2987F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0,0565 hektar hissədə üst-üstə düşür.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-42/2-4212/2023 nömrəli məktubuna əlavə edilmiş JN-298 F saylı Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X4 0.06 ha torpaq sahəsi verilmişdir.
8. Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsi ayrılan subyektlər siyahısından X2 adı qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi üzərində İddiaçı dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçı və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki,iddia olunan 0,03 hektar torpaq sahəsi 2987F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0,0284 hektar hissədə üst-üstə düşür. Belə ki,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-42/2-3749/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən X7 və onun ailə üzvlərinin adına işlənmişdir. Hüquqi yardım qaydasında izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə 2987F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı müraciət edə bilər. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ Bələdiyyəsinin xx.xx.2008-cı il tarixli, 2 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə