Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-311/2021 09.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X1rşı (üçüncü şəxs: ünvan 1 ünvanında 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçının müraciətinə əsasən Balakən bələdiyyəsinin xx xxxxxxx 2004-cü il tarixli 11 nömrəli protokolu və xx xxxxxxx 2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə ona mağaza tikintisi üçün ayrılmış 9 kv.m torpaq sahəsinin hər kvadrat metri 8000 manat olmaqla satılması qərara alınmışdır. Torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Sözügedən mağazanın tikintisi xx xxxxxxxx 2011-ci il tarixdə başa çatmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, inşa etdirdiyi mağaza binasına texniki pasport və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Beləki, iddiaçının cavabdehə təqdim etdiyi ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, dövlət rüsumunun ödənilməsi barədə sənəd və hüquqmüəyyənedici sənədlərin əsilləri əlavə edilməmişdir. Cavabdeh inzibati orqan etiraz ərizəsində həmçinin qeyd etmişdir ki, iddiaçının 9 kv.m torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan elektron xəritələrdə dövlət mülkiyyəti kimi öz əksini tapmamışdır. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı ərazi idarəsində məlumat aşkar edilməmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 76 nömrəli rəyində qeyd edilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidə yerləşir və sözügedən torpaq sahəsinin İddiaçı satılmasını Şöbə məqsədə müvafiq hesab edir. İş materiallarında olan Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə İddiaçı ərizəsinə, komissiyanın rəyinə və xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarına əsasən H.Əliyev küçəsində mağaza tikmək üçün 9 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair akt”ın təsdiq edilmiş surətinə əsasən xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarı ilə 9 kv.m torpaq sahəsinin İddiaçı satıldığı və sonuncu bunun üçün xx.xx.2004-cü il tarixli, 121 nömrəli qəbzə əsasən 72000 manat haqq ödədiyi müəyyən edilmişdir. İş materiallarında olan Balakən RİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən inşa ediləcək mağaza binası üçün smeta sənədi 2004-cü il tarixdə hazırlanmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının Aktı”nın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Komissiya tikintisi başa çatmış Balakən şəhəri, R.Səmədov (keçmiş H.Əliyev) küçəsində yerləşən İddiaçı məxsus mağaza binasının istismara qəbul edilməsini qərara almışdır. İş materiallarında olan A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı protokolundan çıxarışına əsasən 9 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı mülkiyyətinə verilmiş və sənəd Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2020-ci il tarixli 02-1790 nömrəli məktubunda qeyd edilir ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin sərəncamı ilə ayrılmışdır. Tikinti-quraşdırma işlərinin aparılmasına Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə icazə verilmişdir. Balakən RİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən mağaza binasının tikintisi üçün smeta və eskiz sənədləri hazırlanmışdır. Obyektin tikintisi 2005-ci ildə başlanmış, 2009-cu ildə tamamlanmışdır. Mağaza binası xx.xx.2011-ci il tarixli aktla istismara qəbul edilməsi üçün təhvil verilmişdir. Əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2021-ci il tarixli 02-96 nömrəli məktubla iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur Göründüyü kimi vətəndaş mülkiyyətində olan torpaq sahəsində tikintisinə icazə tələb olunan tikinti obyekti inşa edirsə o, qanunvericiliyin yuxarıda sadalanan tələblərinə müvafiq qaydada müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını almalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı işin materiallarına əlavə edilməmişdir. Balakən bələdiyyəsinin tikinti-quraşdırma işlərinin aparılmasına dair xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamı “müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı”nı əvəz etmir və bələdiyyənin tikilinin inşa edilməsinə icazə barədə qərar qəbul etmək səlahiyyəti olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə hesab edir ki, istismara qəbul edilməyən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci, 11-ci və 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X1rşı (üçüncü şəxs: ünvan 1 ünvanında 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-311/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-311/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver