Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-313/2021 27.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "X2 və X4 Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "X2 və X4 Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçı öz iddiasını belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzili X3 alqı-satqı yolu ilə almış və xx.xx.2005-ci ildə mənzilin onun mülkiyyətində olmasını təsdiq edən 02039 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzili ona satan X5 ailə üzvləri X9 və X7 mənzildə qeydiyyatda qalmışlar. O, həmin şəxslərin qeydiyyatdan çıxarılmasını cavabdehdən xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 02039 nömrəli "Qeydiyyat vəsiqəsi"nin surətindən görünür ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzili 2 nömrəli notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-80 reyestr nömrəli müqaviləsinə əsasən, İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2005-ci ildə qeydə alınmışdır. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə nümayəndəsi vasitəsilə cavabdehə müraciət edərək, X2 və X4 Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh həmin məsələni mülki xarakterli hesab edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş üzrə hazırlıq icraatı zamanı məhkəmə tərəfindən DƏDRX-nin 17 saylı X12 sorğu edilərək həmin mənzilə dair İdarədə saxlanılan sənədlər tələb olunmuşdur. Alınmış xx.xx.2005-ci il tarixli 235122 nömrəli müqavilənin surətindən görünür ki, X10 özünə məxsus olan Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzilini İddiaçı satmışdır. Mingəçevir Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 02039 nömrəli "Qeydiyyat vəsiqəsi"nin surətindən görünür ki, həmin mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2005-ci ildə qeydə alınmışdır. Notariat qaydasında təsdiq edilmiş xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi"nin surətindən görünür ki, İddiaçı həmin mənzili X8 bağışlamışdır. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətindən görünür ki, həmin mənzilə X6 tam mülkiyyət hüququ xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sadalanan sənədlərlə müəyyən edilir ki, İddiaçı mənzili X3 xx.xx.2005-ci ildə alsa da, xx.xx.2020-ci ildə X8 bağışlamış və mənzilə sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, beləliklə də, həmin mənzil üzərində İddiaçı sərəncam hüququ qalmamışdır. Şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının tələb olunması əşyaya sərəncam hüququ ilə bağlı olduğuna görə İddiaçı mənzili bağışladıqdan sonra həmin hüququ itirmiş və bu hüquq X1. Məhkəmə qeyd olunan nəticəyə gələrkən aşağıdakı normalara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinin birinci cümləsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə bu hallar İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə diqqətinə çatdırılaraq, bununla əlaqədar fikirlərini 5 gün müddətində məhkəməyə bildirmələri xahiş edilmiş, lakin onlar məhkəmənin məktubuna cavab verməmişlər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı hazırkı iddianı vermək üçün subyektiv hüququ olmadığına görə onun iddiası mümkün sayıla bilməz. Mənzilin hazırkı mülkiyyətçisi X11 isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət edə bilər. Həmin müraciət təmin edilmədiyi halda, onun analoji iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranacaq. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı "X2 və X4 Mingəçevir şəhəri Yaşar Muradov küçəsindəki 45 nömrəli evin 32 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-313/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-313/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver