Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-315/2020 12.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “1992-ci il tarixdən 1996-cı il tarixədək Qəbələ rayonu “Qafqaz” və “Fizuli” adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil etməklə, hüququ yarandığı tarixdən yəni xx.xx.1954-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü il tarixdə Laçın rayonu Oğuldərə kəndində anadan olmuşdur. Hal hazırda Şəki rayonu Cumakənd kəndində yaşayır. 1992-ci il tarixdən məcburi kökçün olaraq Şəki rayonu Cumakən kəndində məskunlaşmışdır. 1971-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1971-ci il tarixdən “Çənlibel” adına ət-südçülük kolxozunda çoban kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.1992-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bu fakt ona məxsus İT-İ seriyalı əmək kitabçası ilə öz təsdiqini tapır. Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Qəbələ şəhərində məskunlaşmışdır. 1992-ci il tarixdən 1996-cı il tarixədək “Qafqaz” və “Fizuli” adına kolxozda fəhlə işləmişdir. Yaşa görə pensiya almaq hüququ xx.xx.2017-ci il tarixdən yaranmışdır. Bu səbəbdən sənədlərini DSMF-nin Şəki şəhər şöbəsinə təqdim edərək işlədiyi illərin sosial sığorta stajına daxil etməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla “Fizuli” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən və arxiv arayışında adının səhv qeyd edilməsi ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinə müraciət edərək Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 50 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(075)-1139/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin arxiv arayışında göstərilənlər əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil etməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: İddiaçının iddia tələbinin hüquqi əsası yoxdur və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iddiaçı iddia ərizəsində 1992-ci il tarixdən 1996-cı il tarixədək “Qafqaz” və “Fizuli” adına kolxozlarda fəhlə işlədiyini qeyd etmişdir. Yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2017-ci il tarixdən yaranmışdır. Bu səbəbdən o, DSMF-nin Şəki rayon şöbəsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin şöbə tərəfindən “Fizuli” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən və arxiv arayışında adının səhv qeyd edilməsi ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, şöbə tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1971-ci ildən xx.xx.1992-ci ilə qədər “Çənlibel” adına kolxozda işlədiyi qeyd edilmişdir. İş günü normasının kişilər üçün 200 gün müəyyən edilməsinə baxmayaraq, 1971-ci ildə iş günü norması 146 gün, 1975-ci ildə 37 gün, 1992ci ildə 121 gün göstərilmişdir. Bu səbəbdən də, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının “Qəbələ” və “Fizuli” adına kolxozlarda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Milli Arxiv İdarəsinin Qəbələ filialı tərəfindən verilmiş arxiv arayışına əsasən 1992-ci ildə 61 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 90 gün, 1995-ci ildə 334 gün və 1996-cı ildə 265 gün faktiki iş günü müəyyən olunmuşdur. Tərəfimizdən Milli Arxiv İdarəsinin Qəbələ filialına iddiaçının minimum əmək iştirakı normasının neçə ay (gün) olması barədə məlumat verilməsi üçün sorğu göndərilmişdir. Sorğunun cavabına əsasən Qəbələ rayonunda 1992-1996-cı illərdə fəaliyyət göstərən “Qafqaz” və “Fizuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmadı. Müqayisə üçün digər kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edildi. Bu səbəbdən də, iş günü normasının 210 gün müəyyən edilməsinə baxmayaraq iddiaçının 1992-ci ildə 61 gün, 1994-cü ildə 90 gün faktiki iş günü müəyyən olunmuşdur. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddiaçının 25 illik sosial sığorta stajı yaranmır və bu səbəbdən də, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, xahiş edirik ki, İddiaçı 2-1(116)-315/2020 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 50 nömrəli Arxiv arayışından görünür ki, İbrahimov Məhəmməd (Məmmədalı) 1992-1996-cı il tarixlərdə “Qafqaz” və “Fizuli” adında kolxozda işləmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)- 1139/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 50 nömrəli Arxiv arayışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-2869/2018 nömrəli qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərzəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı xx xxxx 1971-ci il tarixdən xx xxxxx 1992-ci il tarixədək Laçın rayonu Çənlibel kolxozunda, 1992-1996-cı illərdə Qəbələ rayonunda həmin vaxt mövcud olmuş Qafqaz və Füzuli adına kolxozlarda işləməsi hüquqi faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 1992-1996-cı illərdə Qəbələ rayonu Qafqaz və Fizuli adına kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə Məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı ərizəsində hansı səbəbdən bu cür iddia ilə Məhkəməyə müraciət etməsini göstərməmiş, digər sosial sığorta stajları barədə məlumat verməmişdir. Həmçinin hansı əsasla xx.xx.1954-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması xahiş edilməsi naməlumdur. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 103 nömrəli məktubundan görünür ki, Qəbələ rayonunda 1992-1996-cı illər üzrə fəaliyyət göstərən “Qafqaz” və "Füzuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmamışdır. Müqayisə üçün Arxivdə saxlanılan “Yeni yol” və “Bakı fəhləsi” adına kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli etirazından görünür ki, Milli Arxiv İdarəsinin Qəbələ filialı tərəfindən verilmiş arxiv arayışına əsasən 1992-ci ildə 61 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 90 gün, 1995-ci ildə 334 gün və 1996-cı ildə 265 gün faktiki iş günü müəyyən olunmuşdur. Milli Arxiv İdarəsinin Qəbələ filialına iddiaçının minimum əmək iştirakı normasının neçə ay (gün) olması barədə məlumat verilməsi üçün sorğu göndərilmişdir. Sorğunun cavabına əsasən Qəbələ rayonunda 1992-1996-cı illərdə fəaliyyət göstərən “Qafqaz” və “Fizuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmadı. Müqayisə üçün digər kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edildi. Bu səbəbdən də, iş günü normasının 210 gün müəyyən edilməsinə baxmayaraq iddiaçının 1992-ci ildə 61 gün, 1994-cü ildə 90 gün faktiki iş günü müəyyən olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, AZE seriyalı 16837488 nömrəli şəxsiyyət vəsiqəsi məlumatları, Şəki şəhər (rayon) Polis Şöbəsininxx.xx.2019-cu il tarixli 189-28481-1219 nömrəli məktubu və 2 nömrəli əlavə,Azərbaycan Respublikasının Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli 33/7330 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli etirazı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1115/2019 nömrəli qərardadı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı ərizəsində hüququ yarandığı tarixi xx.xx.1954-cü il qeyd etsə də, məhkəmə bunu texniki səhv kimi qəbul edir. Belə ki, iddiaçı artıq bir dəfə məhkəmədə “1992-1996-cı illərdə Qəbələ rayonu “Qafqaz” və “Fizuli” adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia qaldırmış, sonradan ərizəsinə geri götürdüyü üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1115/2019 saylı qərardadı ilə işin icraatına xitam verilmişdir. İddiaçının “Qəbələ” və “Fizuli” adına kolxozlarda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Milli Arxiv İdarəsinin Qəbələ filialı tərəfindən verilmiş arxiv arayışına əsasən 1992-ci ildə 61 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 90 gün, 1995-ci ildə 334 gün və 1996-cı ildə 265 gün faktiki iş günü müəyyən olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 103 nömrəli məktubundan görünür ki, Qəbələ rayonunda 1992-1996-cı illərdə fəaliyyət göstərən “Qafqaz” və “Fizuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmamışdır. Müqayisə üçün digər kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1971-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Çənlibel adına kolxozlarda işlədiyi dövrlə bağlı qeydlərdə düzəlişlər qaralama şəklində aparılmış, 43-cü səhifədə 1-ci qeyddə “tarixli” sözündə “t” və “r” hərfləri, “və” bağlayıcısında “v” hərfi ilk olaraq latın, sonra isə düzəliş edilərək kiril əlifbası ilə yazılmış, düzəliş barədə müvafiq qeydlər yazılmamışdır. Bu da məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının əmək kitabçası sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1992-ci il tarixdən 1996-cı il tarixədək Qəbələ rayonu Qafqaz və Fizuli adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil etməklə, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “1992-ci il tarixdən 1996-cı il tarixədək Qəbələ rayonu Qafqaz və Fizuli adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil etməklə, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-315/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-315/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver