Məhkəmə qərarları › İş №2-1(116)-315/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-315/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-315/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı2, İddiaçı1 İddiaçı4 İddiaçı3 cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində X4,X1, İddiaçı2, X5 və Bəkirova(Yahyayeva) Günay Sədiyar qızının JN-472, KOD 40806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN472, KOD 40806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (baza məlumatlarına uyğun)uyğun olaraq adlarına müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində X4,X1, İddiaçı2, X5 və Bəkirova (Yahyayeva) Günay Sədiyar qızının JN-472, KOD 40806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN472, KOD 40806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (baza məlumatlarına uyğun)uyğun olaraq adlarına müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddiasını onunla əsaslandırmışdır ki, cavabdehə müraciət edərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində X4, X1, İddiaçı2, X5 və Bəkirova (Yahyayeva) Günay Sədiyar qızının JN-472, KOD 40806018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və Dövlət Aktının baza məlumatlarına uyğun olaraq müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçılara imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, JN-472 saylı "Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı 3 konturdan ibarətdir. Araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Aktının JN-472 D konturu vətəndaş tərəfindən satılmışdır. JN-472 saylı İddiaçı2 tərəfindən istifadə edilmir, JN-472Z konturda olan torpaq sahəsi Dövlət Aktında 0.051 qeyd edilsə də TEKUİS məlumatlarında 0.18 ha azalma ilə işlənildiyi aşkar edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-472 KOD 40806018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 saylı qərarı 1.23 ha torpaq sahəsi X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 29 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 saylı qərarı, 2000-ci il tarixli Göyçay rayonu Qarabaqqal kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X6 və ailə üzvlərinin adları qeyd olunmuşdur .

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4532/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iş materiallarından müəyyən edilir ki,iddiaçıların hüquqi marağı X4,X1, İddiaçı2, X5 və Bəkirova(Yahyayeva) Günay Sədiyar qızının JN-472 KOD 40806018 saylı Dövlət Aktına əsasən mülkiyyətə verilmiş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququnun qeydiyyata alınması və JN472 KOD 40806018 saylı Dövlət Aktının TEKUİS baza məlumatlarına uyğun olaraq müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtinası və etirazı üç dəlilə əsaslanır.İlkin dəlil Dövlət Aktının JN-472 D konturuna əsasən mülkiyyətə verilmiş torpaq sahəsinin vətəndaş tərəfindən satıldığı bildirilmişdir.Digər dəlillər iddia olunan torpaq sahəsinin İddiaçı2 tərəfindən istifadə edilməməsi və JN-472Z konturda olan torpaq sahəsi Dövlət Aktında 0.52 qeyd edilsə də TEKUİS məlumatlarında 0.18 ha azalma ilə işlənildiyindən ibarətdir. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi tələb edilmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4532/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında mövcud olan, "Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) göstərilən JN-472 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, üç ayrı ayrı hissədə (müvafiq olaraq 4325.15 kv.metr, 2776.58 kv.metr, 5172.72 kv.metr) yerləşən 1.23 ha torpaq sahəsi ilə real məkan (faktiki torpaq sahələri) arasında konfiqurasiya, bucaq, uyğunsuzluq və sürüşmə halı mövcud olduğu üçün JN-472 nömrəli Dövlət aktının ərazisdə aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DWJ) yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. İdarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında, (TEKUİS- AzCad) göstərilən, üç ayrı-ayrı hissədə yerləşən (müvafiq olaraq sənəd üzrə 0.43 ha, faktiki sahə 0.43 ha sənəd üzrə 0.28 ha faktiki sahə 0.28 ha, sənəd üzrə 0.52 ha, faktiki sahə 0.34 ha) JN-472 nömrəli Dövlət Aktı təsbit edilərək göstərilmişdir. İdarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, (TEKUİS-AzCad) üç ayrı-ayrı hissədə yerləşən JN-472 nömrəli Dövlət Aktı ilə xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.43 ha hissəsinin islahat uqodiyası əkin, uqodiyası meyvə bağı, 0.28 ha hissəsinin islahat uqodiyası dinc, uqodiyası əkin, 0.52 ha (faktiki sahəsi 0.34 ha) hissəsinin islahat uqodiyası və uqodiyası meyvə bağları göstərilmişdir. İdarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, JN-472 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin 0.52 ha (faktiki 0.34 ha) hissəsi **********93, **********32 reyestr nömrəli çıxarışlarla mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşsə də, üst-üstə düşmə halı TEKUİS-AzCad məlumatlarında aradan qaldırılmışdır. Əlavə olaraq bildiririk ki, TEKUİS-AzCad məlumatlarında göstərilən JN-472 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin 0.52 ha (faktiki 0.34 ha) hissəsi yerləşən çevrədə torpaq çatışmamazlığı ilə bağlı 9 (doqquz) mülkiyyətə verilmiş pay torpaq sahəsində ümumi azalmaların mövcud olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. TEKUİS-AzCad məlumatlarında göstərilən JN-472 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin üzərində təkrar mülkiyyət hüququ qeydə alınması mütəxəssis tərəfindən aşkar olunmamışdır. Baxış zamanı iddiaçı JN-472 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini bildirmişdir. TEKUİS-AzCad məlumatlarında göstərilən JN-472 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin 0.52 ha (faktiki 0.34 ha) hissəsinin üzərindən yüksək gərginlikli 220 kvt-luq elektrik xətti keçir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki,torpaq sahəsin alqı-satqı vasitəsi ilə özgəninkiləşdirilməsinə dair sübut təqdim edilməmiş,araşdırma zamanı belə hal aşkar edilməmişdir.İddiaçıların torpaq sahəsindən bu və ya digər səbəbdən istifadə etməməsi və ya edə bilməməsi təkrar mülkiyyət hüququnun qeydə alınmasından imtina əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Məhkəmə mövcud torpaq sahəsinin naturada az olması ilə bağlı cavabdehin dəlili ilə razılaşaraq qeyd edir ki,aqrar islahat zamanı mülkiyyətə verilmiş torpaq sahələrinin ölçüsündə uyğunsuzluqlar mövcuddur. JN-472 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi üç planşetdə yerləşir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən Dövlət Aktının 472 və 472 D planşetlərində göstərilən torpaq sahələrinin ölçüsü 0.28 ha və 0.43 ha olmaqla TEKUİS-ə əsasən koordinatları müəyyən edilmişdir.Lakin,472Z planşetində qeyd olunan torpaq sahəsinin faktiki olaraq ölçüsü 0,34 ha-dan ibarətdir ki,azalmaya səbəb sənəd üzrə verilmiş torpaq sahələrinin cəminin ərazidə naturada mövcud vəziyyətə uyğun olmaması,başqa sözlə torpaq sahəsinin azlığından ibarətdir. Odur ki,məhkəmə iddiaçının faktiki istifadəsində olan 0,34 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınmasına dair iddia hissədə iddianı əsaslı hesab edərək naturada mövcud olmayan hissədə əsassız olduğu qənaətinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi:

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN-472 KOD 40806018 saylı Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində (Dövlət Aktının 472 planşetində göstərilən 0.28 ha, 472D planşetində göstərilən 0.43 ha və 472Z planşetində göstərilən 0,34 ha) TEKUİSə uyğun olaraq X7,X2, İddiaçı2, İddiaçı3 və Bəkirova (Yahyayeva) Günay Sədiyar qızının ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar