Məhkəmə qərarları › İş №2-1(116)-316/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-316/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-316/2020 29.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.10.1972-ci ildən 30.12.1996-cı ilə kimi Ağsu rayon Kinobirliyi üzrə Ağsu rayon Kəndoba kənd Kinoqurğusunun gecə növbəsində Kinomexanik kimi X1 İdarəsi tərəfindən verilmiş 29.10.1972-ci il tarixli 26 nömrəli və 30.12.1996-cı il tarixli 02 nömrəli əmrdən çıxarışları, 1971, 1974, 1989 və 1990-cı illərdə Ağsu rayonu Kəndoba kəndi Telman adına kolxozunda işləməyinə dair 28.08.2019-cu il tarixli 129 nömrəli arxiv arayışı və 1977-1979-cu illərdə Ağsu rayonun Kəndoba kənd sovetliyində hesabdar kassir işləməyinə dair 01.08.2019-cu il tarixli 115 nömrəli arxiv arayışı və 1997-ci ildə Ağsu rayon Çaparlı kəndində olan “K.Marks” kolxozunda işləməyinə dair 09.10.2016-cı il tarixli 144 nömrəli arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.10.1972-ci ildən 30.12.1996-cı ilə kimi Ağsu rayon Kinobirliyi üzrə Ağsu rayon Kəndoba kənd Kinoqurğusunun gecə növbəsində Kinomexanik kimi X1 İdarəsi tərəfindən verilmiş 29.10.1972-ci il tarixli 26 nömrəli və 30.12.1996-cı il tarixli 02 nömrəli əmrdən çıxarışları, 1971,1974, 1989, və 1990-cı illərdə Ağsu rayonu Kəndoba kəndi Telman adına kolxozunda işləməyinə dair 28.08.2019-cu il tarixli 129 nömrəli arxiv arayışı və 1977-1979-cu illərdə Ağsu rayonun Kəndoba kənd sovetliyində hesabdar kassir işləməyinə dair 01.08.2019-cu il tarixli 115 nömrəli arxiv arayışı və 1997-ci ildə Ağsu rayon Çaparlı kəndində olan “K.Marks” kolxozunda işləməyinə dair 09.10.2016-cı il tarixli 144 nömrəli arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Lakin bundan sonra o, məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə göndərərək, iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddiasından imtina etdiyinə görə iş üzrə icraata xitam verilməli, eyni zamanda, izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.10.1972-ci ildən 30.12.1996-cı ilə kimi Ağsu rayon Kinobirliyi üzrə Ağsu rayon Kəndoba kənd Kinoqurğusunun gecə növbəsində Kinomexanik kimi X1 İdarəsi tərəfindən verilmiş 29.10.1972-ci il tarixli 26 nömrəli və 30.12.1996-cı il tarixli 02 nömrəli əmrdən çıxarışları, 1971, 1974, 1989 və 1990-cı illərdə Ağsu rayonu Kəndoba kəndi Telman adına kolxozunda işləməyinə dair 28.08.2019-cu il tarixli 129 nömrəli arxiv arayışı və 1977-1979-cu illərdə Ağsu rayonun Kəndoba kənd sovetliyində hesabdar kassir işləməyinə dair 01.08.2019-cu il tarixli 115 nömrəli arxiv arayışı və 1997-ci ildə Ağsu rayon Çaparlı kəndində olan “K.Marks” kolxozunda işləməyinə dair 09.10.2016-cı il tarixli 144 nömrəli arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar