Məhkəmə qərarları › İş №2-1(116)-316/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-316/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-316/2022 04.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X11, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ********** qeydiyyat nömrəli çıxarışın 0.3415 ha həyətyanı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyət hüququ saxlanılmaqla, fərdi yaşayış evinə nəzərən İddiaçı, X7 və X8 münasibətdə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.04.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30.11.2021-ci il tarixli 2-1(116)-1472/2021 nömrəli qərardadı ilə X13 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. X6 14.03.2009-cu il tarixdə vəfat etməsi müəyyən edildiyindən məhkəmənin 10.02.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçı, tələbini mübahisələndirdiyi çıxarışda qeyd edilən fərdi yaşayış evinin mərhum həyat yoldaşı ilə birgə nikahı müddətində inşa etməsi ilə əsaslandırmış, qeyd etmişdir ki, birgə nikah dövründə inşa edilməsinə baxmayaraq, cavabdeh, müvafiq çıxarışda fərdi yaşayış evini də torpaq sahəsi kimi digər şəxslərin ümumi birgə mülkiyyətində qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, ilkin iddia qaldırılarkən fərdi yaşayış evinin iddiaçı ilə mərhum həyat yoldaşının birgə nikahı dövründə inşa edilməsini qeyd etsə də, hazırda hesab edir ki, fərdi yaşayış evi təsərrüfat başçısı olaraq X6 adına qeyd olunmalı idi. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisələndirdiyi çıxarışın yalnız fərdi yaşayış evi ilə bağlı hissəsinin ləğvini tələb etdiyini bildirmiş, həmin hissədə tələbi dəqiqləşdirərək “********** qeydiyyat nömrəli çıxarışın 0.3415 ha həyətyanı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyət hüququ saxlanılmaqla, fərdi yaşayış evinə nəzərən İddiaçı, X7 və X8 münasibətdə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.03.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh, iddia tələbinə etirazını Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli, 30 saylı qərarı ilə JN-070A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ünvan 1ində 0.34 ha torpaq sahəsinin X13 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsi, mübahisələndirilən çıxarışın da müvafiq şəhadətnamə əsasında tərtib edilməsi və buna görə də çıxarışa subyektlərlə bağlı düzəlişin edilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Qeyd olunmuşdur ki, şəhadətnamənin “həyətyanı sahənin qaimə-sertifikatı” səhifəsində soldan-sağa tikinti altında olan torpaq sahəsinin kv.m ölçüsü və yaşayış evinin tutduğu ölçü 59.6 kv.m qeyd edilmişdir. İddiaçının tələbinin təmin olunması aqrar islahat zamanı pay almış digər şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, qeyd edilən şəxslərin mülkiyyət hüququ üzrə gözləntiləri olmuşdur. Eyni zamanda İPM-nin 38-ci maddəsinə istinad olunaraq iddiaçının tələb üzrə prossesual müddəti ötürdüyü qeyd olunaraq iddianın mümkünsüz sayılması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək göstərdi ki, qeyd edilən fərdi yaşayış evi onun valideynləri tərəfindən tikilmişdir və evin tikintisində onun heç bir əməyi olmamışdır. Xurşud Məmmədova onun nənəsi olmuşdur. X17 isə nənəsinin yeganə övladı olmuşdur. Anası və nənəsi hazırda vəfat etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1i ünvanında 0.3415 ha torpaq sahəsində yerləşən daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) İddiaçı, X13, X7 və X6 ümumi birgə mülkiyyətindədir. - JN-070A KOD 90110018 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli, 30 saylı qərarı ilə İddiaçı, X13, X7 və X9 ünvan 1ində 0.34 ha torpaq sahəsi verilmişdir. - 23.04.2021-ci il tarixdə tərtib edilmiş **********43-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, müvafiq sənəddə hüquq subyekti olaraq İddiaçı qeyd edilmişdir. 0.34 ha torpaq sahəsində yerlşən, 1 mərtəbəli fərdi yaşayış evinin 1978-ci ildə tikilməsi, ümumi sahəsinin 126.7 kv.m olması göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət X12 15.12.2021-ci il tarixli 72/10 nömrəli arayışından görünür ki, ünvan 1 İƏD üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabının 13-cü səhifəsinin 11 saylı qeydinə əsasən X14 təsərrüfat başçısı yazılmışdır. Təsərrüfatın üzvləri aşağıdakılar olmuşdur: X13, İddiaçı, X7 və X10. - DƏDRX-nin 17 saylı Ucar Ərazi İdarəsinin 03.06.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ 354026 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 14.03.2009-cu il tarixdə vəfat etmişdir. - AZ-İİ 066106 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 05.04.2007-ci il tarixdə vəfat etmişdir. - İ-ЖГ 369856 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X15 arasında 26.05.1976-cı il tarixdə nikah bağlanmışdır. - Xİ-ЖГ 432721 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X5 atası İddiaçı, anası X3r. Məhkəmə tərəfindən Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli qərarı və torpaq payı almış subyektlər siyahısından İddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışın surəti Əmlak Məsələləri Dövlət Xidmətindən sorğu edilmiş, lakin sonuncu tərəfindən sorğu cavablandırılmamışdır. İddiaçı tərəfindən ilkin tələb dəyişdirilərək müvafiq çıxarışın ancaq fərdi yaşayış evinə münasibətdə ləğvi xahiş edildiyindən, sorğu edilən məlumatların əldə edilməsi zərurəti aradan qalxmışdır. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı tərəfindən ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli çıxarışda - fərdi yaşayış evinə münasibətdə İddiaçı, X7 və X13 ilə bağlı aparılmış qeydiyyata dair hissə mübahisələndirildiyindən, məhkəmə araşdırması zamanı müvafiq çıxarışda adları qeyd olunan şəxslərlə bağlı aparılmış qeydiyyatın əsaslı olub-olmaması yoxlanılmış, ümumi sahəsi 126.7 kv.m olan fərdi yaşayış evi üzrə ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilərək, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli, 30 saylı qərarı ilə İddiaçı, X13, X7 və X9 ünvan 1ində 0.34 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-070A KOD 90110018 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınarkən yanlış olaraq ancaq müvafiq şəhadətnamə əsas götürülmüş və fərdi yaşayış evi üzərində həmin şəxslərin ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı qeydiyyat aparılmışdır. İşin mübahisəsiz halıdır ki, ünvan 1ində 0.34 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1978-ci ildə inşa edilmişdir. Belə olan halda cavabdeh, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarını əsas götürməklə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) zəruri sənəd olaraq qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyənləşdirilmiş hallarından görünür ki, 1996-2000-ci illər üzrə qeyd olunan torpaq sahəsinə dair təsərrüfatda X14 təsərrüfat başçısı olmuş, X13, İddiaçı, X7 və X10 isə təsərrüfatın üzvləri olmuşlar. Yəni, fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları təsərrüfat başçısı olaraq mərhum X9 məxsus olduğundan, digər şəxslərin fərdi yaşayış evində ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı aparılmış qeydiyyat əsassız olmuşdur. Məhkəmə cavabdehin etirazının - “şəhadətnamənin “həyətyanı sahənin qaiməsertifikatı” səhifəsində soldan-sağa tikinti altında olan torpaq sahəsinin kv.m ölçüsü və yaşayış evinin tutduğu ölçü 59.6 kv.m qeyd edilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsində tikilinin olması ilə bağlı şəhadətnamədə qeydlərin olması, həmin tikilinin heç də şəhadətnamədə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyətində olması demək deyildir. Yuxarıda istinad olunan, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından göründüyü kimi, fərdi yaşayış evlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və əsas olaraq təsərrüfatbaşına kitablardan çıxarış məlumatlarına istinad olunması (hazırkı iş üzrə) birmənalı təsbit edilmişdir. Sözügedən qeydin aparılması və çıxarışın verilməsi məsələlərini tənzimləyən ayrıca inzibati akt qəbul edilməmişdir. Mübahisəli çıxarışın verilməsinə dair hərəkətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrin icrası qaydasında faktiki xarakterli fəaliyyəti ilə bağlı olmuşdur. Bu isə hazırkı tələbin yuxarıda qeyd edildiyi kimi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasını və cavabdehin İPM-nin 38-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilinin də əsassız olmasını göstərir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə münasibətdə İddiaçı, X13, X4 aid hissədə ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh həmin çıxarışın fərdi yaşayış evi ilə bağlı hissəsində adları qeyd edilən şəxslərə münasibətdə aparılmış qeydiyyatın ləğv edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli fərdi yaşayış evi ilə bağlı : X13, İddiaçı və X1 ümumi birgə mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyat əsassız olduğundan cavabdeh, iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ucar Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli çıxarışda 0.3415 ha həyətyanı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyət hüququ saxlanılmaqla, fərdi yaşayış evinə münasibətdə İddiaçı, X7 və X13 ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar