Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-316/2024 18.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mənzillə təmin olunmasına kömək edilməsini xahiş etmişdir. İddiaçının ilkin ərizəsi qeyri-müəyyən olduğundan iddiaçıya İPM-nin 13-cü maddəsinə uyğun hüquqi yardım edilmiş, məhkəmənin hüquqi yardımına uyğun qismən dəqiqləşdirilmiş iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2276/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən xx.xx.2024-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, 6 sentyabr 1965-ci şəhərində anadan olmuşdur. ailəlidir, 2 övladı var. Azərbaycan Kənd Təsərrüfatı İnstitunun “mühəndis-elektrik'’ fakültəsini bitirmişdir, ali təhsillidir. Həmçinin institutun nəzdində hərbi hazırlıq kursu da keçmişdir. xx.xx.1992-ci il tarixindən Zərdab, Göyçay, Oğuz, Zaqatala, Qəbələ rayonlarında olan Hərbi Komissarlığında hərbi xidmət keçmişdir. xx.xx.2012-ci il tarixində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra isə xx.xx.2012-ci il tarixədək həmin xidmətdə qulluq keçmişdir. Ümimilikdə, hesablandıqda isə 20 il, 02 aydan çox xidmətdə olmuşdur. Ona görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə məktub ilə müraciət edərək Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə mənzillə təmin olunmasını xahiş etmişdir. Halhazırda yaşadığı ev valideynlərindən qalmış fərdi yaşayı evidir, başqa hər hansı fərdi yaşayı evi və mənzili yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda 20 təqvim ili xidməti olmadığına görə mənzilin verilməsinin ona şamil olunmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-ci il tarixli etirazını belə əsaslandırmışdır: AR MPM-nin 54-cü maddəsinə müvafiq olaraq, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. AR İPM-nin 13-cü maddəsinə əsasən iddiaçı məhkəmə yardımından istifadə edə bilər. İddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən yuxarıda qeyd olunmuş səlahiyyət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, onu da bildirmək lazımdır ki, yuxarıda qeyd olunmuş Fərmanın şərtlərinə görə, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir. İddiaçı isə Azərbaycan Ordusundakı xidməti 19 il 7 ay 14 gün olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil oluna bilməz. Buna görə də, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 2400 nömrəli məktubda bildirilmişdir ki. onun xidməti 20 ildən az olduğundan mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə tənzimlənir və tövsiyyə olunmuşdur ki, qeydiyyatda olduğu rayon icra hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etsin. Məhkəmə iclasında iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin xx.xx.2023ci il tarixli imtina məktubu, SHXÇÜDX-nin Qəbələ rayon bölməsinin xx.xx.2024-ci il tarixli arayışı, SHXÇÜDX-nin Qəbələ rayon bölməsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xidmət kartasının təsdiq edilmiş surəti , EZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ №-li Qanun (26.111993-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin statusu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. ... Maddə 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 9 oktyabr 1991-ci il tarixli, 210-Xİİ №-li Qanun (xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) ... Maddə 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı
1. 9-cu maddənin İ hissəsi aşağıdakı redaksiyada verilsin: “İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.” “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” xx.xx.2017-ci il tarixli, 955-VQ №-li Qanun Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 16. Yekun müddəa Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 19-20, maddə N29; 1992, № 5, maddə 102, № 11, maddə 409; 199N, № 2N-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2005, № 7, maddə 576) ləğv edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ... Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.
2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin. ... İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti 20 təqvim ilindən az olduğundan cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan, SHXÇÜDX-nin Qəbələ rayon bölməsinin xx.xx.2024-ci il tarixli arayışından görünür ki, 1965-ci il təvəllüdlü Qəbələ şəhər sakini istefada olan mayor İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qəbələ RHK-da, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Zərdab RHK-da, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Göyçay RHK-da, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Oğuz RHKda, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Zaqatala RHK-da, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Qəbələ RHK-da, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək SHXÇDX-nin Qəbələ rayon şöbəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. SHXÇDX rəisinin xx.xx.2012-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixində ehtiyatda olmağın son yaş həddinə çatdığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində hərbi qeydiyyatdan çıxarılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən – xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığında, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmiş və xx.xx.2012-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və (sonrakı əlavə və dəyişikliklərlə) xx.xx.2018ci il tarixədək qüvvədə olmuş ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Normaların məzmunundan göründüyü kimi, “Silahlı Qüvvələr” dedikdə, qanunverici Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərini və hərbi qüvvələri nəzərdə tutmuşdu. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2012-xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında da məhz həmin vaxtda qüvvədə olan ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 4-cü maddəsində təsbit edilən və quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarət olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulmuşdur. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddənin İ hissəsi aşağıdakı redaksiyada verilmişdir: “İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”. Azərbaycan Respublikasının Əsas Qanununa edilmiş həmin dəyişiklik nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni, xx.xx.2017-ci il tarixli, 955-VQ nömrəli Qanun qəbul edilmiş, həmin Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yeni məzmunda anlayışı verilmiş, Azərbaycan Ordusu, habelə ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 210-Xİİ nömrəli Qanunun qəbul edildiyi xx.xx.1991-ci il tarixdən sonra keçən müddət ərzində yaradılmış Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi təsbit olunmuşlar. Bu qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir. Bu səbəbdəndir ki, həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2012-xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili tamamlanmır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh iddiaçının mənzillə təmin olunmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması faktını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət etdiyinə və yaşayış sahəsinə ehiyacı olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.