Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-317/2021 09.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı1 vəkili X19, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxslər: X11, Serova Mövlüdə İbadullah qızı) “mərhum ataları X5 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0,169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx xxxxxxx 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 o cümlədən, mərhum anaları X12 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Zaqatala rayonu AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına əsasən iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Zilban kəndində 1832.03 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X4 özünə düşən torpaq payının 142 kv.m hissəni iş üzrə üçüncü şəxs X1. İddiaçılar torpaq sahəsinin satılmasına etiraz etməmiş və hazırkı mübahisədə V.Bəhərçiyevanın təqsirinin olmadığını bildirirlər. İş üzrə digər üçüncü şəxs Serova Mövlüdə İbadullah qızı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçılara məlum olmuşdur ki, qeyd olunan AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə verilmiş 1832.03 kv.m torpaq sahəsi üzərində yalnız tək mülkiyyətçi kimi X4nun mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçılar cavabdeh inzibati orqana müraciət edərək, özləri və mərhum Gülşamat Serovanın mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışlarda düzəlişlərin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsinin İdarənin səlahiyyətlərində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi iddiaçılara tövsiyyə etmişdir. Cavabdehin etirazı: Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 0.1832 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırkı iş üzrə iddiaçıların razılıq ərizələri əsasında X5 tam mülkiyyətinə verilmiş və bununla bağlı qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli çıxarış tərtib edilmişdir. M.Serov daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin 0.0142 ha hissəsini notarial qaydada xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər üçüncü şəxs V.Bəhərçiyevaya satmış, yerdə qalan 0.169 ha torpaq sahəsinə isə fərdi yaşayış evi ilə birgə qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş üzrə üçüncü şəxsin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə qeyd edilir ki, sözügedən torpaq sahəsi əri M.Serovun mülkiyyətinə verilən zaman iş üzrə iddiaçıların adları AİK-nın qərarına əsasən subyektlərin siyahısında olmamışdır. Üçüncü şəxs mübahisənin vərəsəliklə bağlı olduğunu qeyd edərək, işin mülki məhkəmə icraatında baxılmalı olduğu qənaətindədir. Məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 444134 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X2 İsa Qurban oğlu ilə nikah bağlamışdır. Bu səbəblə soyadını dəyişdirərək “Madyaşova” qəbul etmişdir. İş materiallarında olan 684830 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 Kamal Əhməd oğlu ilə nikah bağlamışdır. Bu səbəblə soyadını dəyişdirərək “Osiyeva” qəbul etmişdir. İş materiallarında olan 095017 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 095018 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 253394, 420907 və 285364 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müvafiq olaraq İntizar Serova, Mesed Serova və İddiaçı1 Zaqatala rayonunda anadan olmuşlar, qeyd olunan şəxslərin atası X10, anası isə X14r. İş materiallarında olan olan Zaqatala RİH Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 839 nömrəli arayışndan müəyyən edilir ki, M.Serov vəfat edənədək Zaqatala şəhəri, N.Kusayev küçəsində yaşamış, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra ailə üzvləri oğlu İddiaçı1, qızı İddiaçı2 və qızı İddiaçı3 ibarətdir. İş materiallarında olan Zaqatala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışından müəyyən edilir ki, M.Serova məxsus torpaq sahəsinin və əmlakın vergisini övladları ödəmişdir. İş materiallarında olan Zaqatala RİH Car kənd inzibati ərazi dairəsinin oktyabr 2011ci il tarixli 886 nömrəli arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İƏD-in 10-cu təsərrüfatbaşına kitabının 928-ci səhifəsində onun adına fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd olunan daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmadığı qeyd edilmişdir. İş materiallarında olan DTXK-nın xx.xx.2011-ci il tarixli 570 nömrəli arayışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0.1832 ha həyətyanı torpaq sahəsi M.Serov və olunun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ərizələrin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iş üzrə iddiaçılar Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X5 adına qeydiyyata alınmasına etiraz etməmişlər. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. İşmateriallarında olan xx.xx.2011-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, M.Serov mülkiyyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m hissəsini V.Bəhəriçiyevaya satmışdır. İş materiallarında olan reyestr nömrəsi **********84-10301 olan xx.xx.2020-ci il tarixdə tərtib edilən “Texniki pasport”un təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.169 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 1832.02 kv.m həyətyanı torpaq sahəsi X5 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 92 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A seriyalı 070470 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 3215.56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 482497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 7534 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubuna əlavə edilən “Həyətyanı torpaq sahələrinə aid Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, X20 və onun ailə üzvlərinin mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçılar Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X5 adına qeydiyyata alınmasına etiraz etməmişlər. Bundan sonra 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. M.Serov mülkiyyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m hissəsini V.Bəhəriçiyevaya satmışdır. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, 0.169 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X5 adına xx.xx.2020-ci il qeydiyyata alınmışdır. İddiaçılar mərhum atalarından qalan miras əmlaka münasibətdə mərhumun ikinci arvadı olan Serova Mövlüdə İbadullah qızının payının azaldılması üçün qeyd olunan iddianı irəli sürmüş, çıxarışda düzəliş ediləcəyi təqdirdə 3-cü şəxsin payının azaldılmasına cəhd etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar hələ xx.xx.2011-ci il tarixində Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X5 adına qeydiyyata alınmasına etiraz etmədikləri üçün həmin zaman mərhumun adına reyestrdə mülkiyyət hüququnun qeydiyyata alınmasında ehtiva olunan cavabdeh inzibati orqanın hərəkəti qanuni olmuşdur. İddiaçılar könüllü olaraq razılıq verdikləri üçün cavabdeh tərəfindən aparılmış qeydiyyatın qanunsuz olmasına istinad edə bilməzlər. Göründüyü kimi digər 3-cü şəxs olan V.Bəhəriçiyevaya münasibətdə onlar heç bir tələb irəli sürmürlər. Halbuki eyni məntiqlə iddiaçılar onun adına aparılan qeydiyyatı da mübahisələndirməli idilər. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxslər: X11, Serova Mövlüdə İbadullah qızı) “mərhum ataları X5 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0,169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx xxxxxxx 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 o cümlədən, mərhum anaları X12 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-317/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-317/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver