Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-317/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri ərazisində yerləşən, Oğuz rayon 28 May təsərrüfatında torpaq islahatı aparılarkən iddiaçıların mülkiyyətinə verilmiş və faktiki istifadələrində olan, 0.78 hektar pay torpaq sahəsinin dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair iddiaçıların adına DƏDRX-dən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri ərazisində yerləşən, Oğuz rayon 28 May təsərrüfatında torpaq islahatı aparılarkən iddiaçıların mülkiyyətinə verilmiş və faktiki istifadələrində olan, 0.78 hektar pay torpaq sahəsinin dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair iddiaçıların adına DƏDRX-dən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə baxılmasının davam etdirilməsini istəmədiyini, iddia ərizəsinə əlavə olunmuş sənədlərin özlərinə qaytarılmasını və iş üzrə məhkəmə icraatına xitam verilməsini xahiş etmişdir. Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri ərazisində yerləşən, Oğuz rayon 28 May təsərrüfatında torpaq islahatı aparılarkən iddiaçıların mülkiyyətinə verilmiş və faktiki istifadələrində olan, 0.78 hektar pay torpaq sahəsinin dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair iddiaçıların adına DƏDRX-dən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-317/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-317/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver