Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-319/2020 03.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "1972-1973, 1976-1997-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 1972, 1973, 1980-1997-ci illərdə Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda çilingər, 1976-1980-ci illərdə isə Zaqatala rayonu Jdanov adına kolxozda fəhlə işləmişdir. İddiaçı xx.xx.2018-ci ildə (63 il 6 ay) pensiya yaşına çatmışdır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1976-1980-ci illərdə Zaqatala rayonu Jdanov adına kolxozda, 1972-1973-cü illərdə və 1980-1997-ci illərdə Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-370/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 1972, 1973, 1976-1979, 1983-1994, 1996, 1997-ci illərdə Zaqatala rayonu "Kommunizm yolu" və Zaqatala rayonu Jdanov adına kolxozlarında işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bundan sonra cavabdeh DSMF-nin Zaqatala rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-264/2019 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-370/2019 nömrəli qərarı ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilmişdir. İddiaçı 2019-cu ilin iyul, avqust və sentyabr aylarında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, sosial sığorta haqqı ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə yenidən müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla bundan imtina etmiş və bildirmişdir ki, iddiaçının Zaqatala rayonu Jdanov adına kolxozda və Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda işləməsi barədə Zaqatala Rayon Dövlət Arxivində araşdırılma aparılarkən onun 1976- 1977-ci illərin iş stajının düzgünlüyü təsdiq edilməmişdir. Belə ki, Zaqatala rayonu Jdanov adına kolxozun nəzdində olan keçmiş Palmet bağı 1978-ci ildə yaradılmasına baxmayaraq, iddiaçının həmin bağda 1976-1977-ci illərdə işləməsi barədə qeydlər aparılmışdır. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə əmək kitabçası olmadığına və 25 il sosial sığorta stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Daha sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, əvvəlki iddia tələbinin təmin edilməməsinin səbəbi pensiya yaşına çatmasına baxmayaraq 25 il sosial sığorta stajının olmaması olub. Lakin həmin vaxtdan sonra o, Vergilər İdarəsində VÖEN açdıraraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 3 ay ardıcıl olaraq məcburi sosial sığorta pulu ödəmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********9 nömrəli etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçının təqdim etdiyi iş stajına dair arayışlarda xx.xx.2006-cı ilədək (18 il 11 ay Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda, 4 il Zaqatala rayonu Jdanov adına kolxozda, 1 il 10 ay 16 gün hərbi xidmət) 24 il 9 ay 16 gün və 2019-cu ildə 3 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə 25 il 16 gün sosial sığorta stajı hesablanmışdır. İddiaçı 1978-1979-cu illərdə Zaqatala rayonu Jdanov adına kolxozun Palmet bağında işlədiyi illərin Zaqatala Rayon Dövlət Arxivində yoxlanması zamanı 1978, 1979-cu illərin iş stajının düzgünlüyü təsdiq edilməmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1973cü ildən xx.xx.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı Zaqatala rayon "Kommunizm yolu" kolxozunda 1972-ci ildə 247 adam/gün, 1973-cü ildə 244 adam/gün, 1980-ci ildə 121 adam/gün, 1981-ci ildə 130 adam/gün, 1982-ci ildə 234 adam/gün, 1983-cü ildə 294 adam/gün, 1984-cü ildə 222 adam/gün, 1985-ci ildə 228 adam/gün, 1986-cı ildə 229 adam/gün, 1987-ci ildə 222 adam/gün, 1988-ci ildə 245 adam/gün, 1989-cu ildə 224 adam/gün, 1990-cı ildə 238 adam/gün, 1991-ci ildə 222 adam/gün, 1992-ci ildə 231 adam/gün, 1993-cü ildə 301 adam/gün, 1994-cü ildə 231 adam/gün, 1995-ci ildə 209 adam/gün, 1996-cı ildə 235 adam/gün, 1997-ci ildə 237 adam/gün işləmişdir. Həmin kolxozda 1972-1982-ci illərdə əmək iştirakı minimumu 240 adam/gün, 1983-1997-ci illərdə 220 adam/gün olmuşdur. Bundan başqa, iddiaçı Zaqatala rayon Jdanov adına kolxozda 1976-cı ildə 254 adam/gün, 1977-ci ildə 247 adam/gün, 1978-ci ildə 266 adam/gün, 1979-cu ildə 279 adam/gün, 1980-ci ildə 4 adam/gün işləmişdir. Həmin kolxozda 1976-1980-ci illərdə əmək iştirakı minimumu 220 adam/gün olmuşdur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının təqdim etdiyi iş stajına dair arayışlarda xx.xx.2006-cı il tarixədək (18 il 11 ay Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda, 4 il Zaqatala rayonu Jdanov adına kolxozda, 1 il 10 ay 16 gün hərbi xidmət) 24 il 9 ay 16 gün və 2019-cu il tarixdə 3 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə 25 il 16 gün sığorta stajı hesablanmışdır. İddiaçı 1978-1979-cu illərdə Zaqatala rayonu Jdanov adına kolxozun Palmet bağında işlədiyi iş illərinin Zaqatala Rayon Dövlət Arxivində yoxlanması zamanı 1978, 1979-cu illərin iş stajının düzgünlüyü təsdiq edilməmişdir. - İşdə olan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X6 xx.xx.2020-ci il tarixli **********934400 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2019-cu ildən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu ildə 18 manat, xx.xx.2019-cu ildə 18 manat, xx.xx.2019-cu ildə 25 manat olmaqla cəmi 61 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, xx.xx.2018-ci ildə pensiya yaşına (63 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı pensiya hüququnun olmasını fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə deyil, 25 il sığorta stajına malik olması ilə əsaslandırır. Bu səbəbdən də məhkəmə əvvəlcə iddiaçının sosial sığorta stajının müddətinin araşdırılmasını mümkün hesab etdi. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1976-1980-ci illərdə Zaqatala rayonu Jdanov adına kolxozda, 1972- 1973-cü illərdə və 1980-1997-ci illərdə Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-370/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilsə də, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2019cu il tarixli 2-1(107)-264/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-370/2019 nömrəli qərarı ləğv edilmiş və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının həmin qərarı ilə aşağıdakılar müəyyən edilmişdir. Qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsiüçün qanunlamüəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiyatəyin olunması üçün əmək stajıbu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraqhesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud işstajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 117 "q" bəndinə görə, arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı 1972-1973, 1976-1979, 1983-1994, 1996-1997-ci illərdə Zaqatala rayonu Jdanov adına və "Kommunizm yolu" kolxozlarında minimum adam/gün normasını ödəmiş, 1980-1982, 1995-ci illərdə isə ödəməmişdir. Eyni zamanda, iddiaçı işlədiyi 1980-ci ildə Jdanov adına kolxozda adam/gün normasını ödəməsə də, həmin ildə digər kolxozda "Kommunizm yolu" kolxozunda işləmiş və həmin ili adam/gün normasını ödəmişdir. Ona görə də iddiaçının natamam adam/gün olan illər üzrə işlədiyi faktiki müddət müəyyən edilməlidir. Belə ki, 1980-ci ildə 121 gün+1981-ci ildə 131 gün+1982-ci ildə 234 gün=485 gün:240 adam/gün norması=2 il 25 gün. Həmçinin,1980-ci ildə 4 gün+1995-ci ildə 209 gün=213 gün:220 adam/gün norması=09 ay 06 gün. İddiaçının 1980, 1981, 1982, 1995-ci illərdə faktik işlədiyi müddət nəzərə alınarsa, onun həmin illər üzrə 02 il 10 ay 01 gün sığorta stajı müəyyən edilir. İddiaçının 20 il tam, natamam adam günləri üzrə 2 il 10 ay 1 gün müddət, həmçinin 01 il 11 ay 22 gün hərbi xidmət müddəti nəzərə alınarsa, 24 il 09 ay 23 gün ümumi sığorta stajının olması müəyyən edilər. Beləliklə, iddiaçının pensiya yaşına çatdığı tarixə 24 il 09 ay 23 gün sosial sığorta stajının olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu səbəbdən də tərəflər, o cümlədən cavabdeh həmin müddəti mübahisələndirə bilməz. Cavabdehin imtinasının və etirazının dəlili bundan ibarətdir ki, Zaqatala rayon Jdanov adına kolxozun nəzdində olan Palmet bağı 1978-ci ildə yaradıldığına görə iddiaçı 1976-1977-ci illərdə həmin bağda işləyə bilməzdi. Həmin dəlilin yoxlanması üçün Palmet bağının 1976-cı ildə deyil, 1978-ci ildə yaradılmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunması cavabdehin mümayəndəsinə təklif edildi, lakin cavabdehin nümayəndəsi belə bir sübuta malik olmadığını bildirdi. Bundan başqa, Zaqatala Rayon Dövlət Arxivindən iddiaçının 1976-1977-ci illərdə Jdanov adına kolxozda işləməsini və əmək haqqı almasını təsdiq edən bütün sənədlərin və kitabların, o cümlədən staj kitablarının əsli tələb edildi. Zaqatala Rayon Dövlət Arxivi staj kitablarının arxivdə saxlanılmadığını, əmək haqqı sənədlərinin isə saxlama müddətinin başa çatması səbəbindən məhv edildiyini bildirdi, Bağçılıq Birliyinin 1976- 1980-ci illərə aid şəxsi hesab kitablarını isə məhkəməyə təqdim etdi. Həmin kitablar cavabdehin nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında öyrənildi, müəyyən olundu ki, 1976-1977-ci və sonrakı illərə aid şəxsi hesab kitablarında iddiaçının adı vardır. Həmin yazıların sonradan yazılmasına dəlalət edən heç bir hal aşkar edilmədi. Yalnız 1976-cı ilə aid kitabda iddiaçının adının əvvəlcə "Abdulhəşim", üstündən isə "Abdulhəmid" yazıldığı müəyyən edildi. Bununla bağlı Zaqatala Rayon Dövlət Arxivinə sorğu verilərək bu düzəlişin səbəbi soruşuldu, lakin həmin Arxiv bu düzəlişin kolxoz dövründə edildiyini, düzəliş barədə heç bir məlumatın olmadığını bildirdi. Eyni zamanda, Zaqatala RİH başçısının Muxax kənd İƏD üzrə nümayəndəliyinə sorğu verilərək 1976-cı ildə həmin kənddə Süleymanov Abdulhəşim adlı şəxsin yaşayıbyaşamaması barədə məlumat tələb edildi və nümayəndəliyin xx.xx.2020-ci il tarixli cavab məktubundan aydın oldu ki, Muxax kəndində heç bir zaman Süleymanov Abdulhəşim adlı şəxs yaşamamışdır. Beləliklə, məhkəmə 1976-1977-ci illərdə iddiaçının kolxozda işləməsini şübhə altına almaq üçün əsas müəyyən etmədi. İddiaçı 2019-cu ilin iyul, avqust və sentyabr aylarında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, xx.xx.2019-cu ildə 18 manat, xx.xx.2019-cu ildə 18 manat, xx.xx.2019-cu ildə 25 manat olmaqla, cəmi 61 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş 24 il 09 ay 23 gün sosial sığorta stajına onun məcburi dövlət sosial sığorta haqqı ödəməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 3 ayı əlavə etdikdə onun sosial sığorta stajının cəmi 25 ildən artıq olur, bu isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, iddiaçının 1972- 1973, 1980-1997-ci illərdə Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda, 1976-1980-ci illərdə Zaqatala rayonu Jdanov adına kolxozda işlədiyi müddətdəmüəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla 22 il 10 ay 1 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1972-1973, 1980-1997-ci illərdə Zaqatala rayonu "Kommunizm yolu" kolxozunda, 1976-1980-ci illərdə Zaqatala rayonu Jdanov adına kolxozda işlədiyi müddətdəmüəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla 22 il 10 ay 1 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-319/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-319/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver