Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-319/2021 31.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “1971-1972-ci illərdə Zərdab rayon Məlikumutlu kənd “S.Vurğun” adına kolxozda, xx.xx.1972-xx.xx.1974, xx.xx.1976-xx.xx.1978-ci illərdə Bakı şəhərində 1 saylı Yaşıllaşdırma İdarəsində, xx.xx.1978-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981xx.xx.1987-ci illərdə Su Tikinti Trestində, xx.xx.1987-xx.xx.1987-ci illərdə PMK-39 Trestində, xx.xx.1987-xx.xx.1988-ci illərdə Ucar Təmir Tikinti sahəsində, xx.xx.1988xx.xx.1989-cu illərdə PMK-39 Trestində, xx.xx.1989-xx.xx.1997-ci illərdə Göyçay rayon "Fəzilət" kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1971-1972-ci illərdə Zərdab rayon Məlikumutlu kənd “S.Vurğun” adına kolxozda, xx.xx.1972-xx.xx.1974, xx.xx.1976xx.xx.1978-ci illərdə Bakı şəhərində 1 saylı Yaşıllaşdırma İdarəsində, xx.xx.1978xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981-xx.xx.1987-ci illərdə Su Tikinti Trestində, xx.xx.1987-xx.xx.1987-ci illərdə PMK-39 Trestində, xx.xx.1987-xx.xx.1988-ci illərdə Ucar Təmir Tikinti sahəsində, xx.xx.1988-xx.xx.1989-cu illərdə PMK-39 Trestində, xx.xx.1989xx.xx.1997-ci illərdə Göyçay rayon "Fəzilət" kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə Zərdab rayonunun Məlikumutlu kəndində anadan olmuşdur. Onun pensiya hüququ xx.xx.2020-ci il tarixdə yarandığı üçün cavabdeh orqana ərizə ilə müraciət edərək pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı 1971-1972-ci illərdə Zərdab rayon Məlikumutlu kənd “S.Vurğun” adına kolxozda, xx.xx.1972-xx.xx.1974, xx.xx.1976-xx.xx.1978-ci illərdə Bakı şəhərində 1 saylı Yaşıllaşdırma İdarəsində, xx.xx.1978-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981xx.xx.1987-ci illərdə Su Tikinti Trestində, xx.xx.1987-xx.xx.1987-ci illərdə PMK-39 Trestində, xx.xx.1987-xx.xx.1988-ci illərdə Ucar Təmir Tikinti sahəsində, xx.xx.1988xx.xx.1989-cu illərdə PMK-39 Trestində, xx.xx.1989-xx.xx.1997-ci illərdə Göyçay rayon "Fəzilət" kiçik müəssisəsində işləmiş və əmək haqqı almış və bu fakt onun əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan etirazında qeyd etmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Ucar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 28 nömrəli arayışına əsasən İddiaçı işləməsini iddia etdiyi Ucar PMK 39 və Ucar Təmir-Tikinti sahəsinə aid əmr kitabları, əmək haqqı sənədləri aşkar edilməmişdir. Eyni zamanda Göyçay rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 10 nömrəli arayışına əsasən “Fəzilət” kiçik müəssisəsinə aid sənədlər də aşkar edilməmişdir (arayışın surəti əlavə olunur). Həmçinin sözügedən müəssisənin vergi qeydiyyatından keçmədiyinə dair AR İN yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin məktubu vardır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiya hüququ yaranmır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü bildirmiş, bu səbəblə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddia ərizəsinin geri götürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “1971-1972-ci illərdə Zərdab rayon Məlikumutlu kənd “S.Vurğun” adına kolxozda, xx.xx.1972-xx.xx.1974, xx.xx.1976-xx.xx.1978-ci illərdə Bakı şəhərində 1 saylı Yaşıllaşdırma İdarəsində, xx.xx.1978-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981xx.xx.1987-ci illərdə Su Tikinti Trestində, xx.xx.1987-xx.xx.1987-ci illərdə PMK-39 Trestində, xx.xx.1987-xx.xx.1988-ci illərdə Ucar Təmir Tikinti sahəsində, xx.xx.1988xx.xx.1989-cu illərdə PMK-39 Trestində, xx.xx.1989-xx.xx.1997-ci illərdə Göyçay rayon "Fəzilət" kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-319/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-319/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver