Məhkəmə qərarları › İş №2-1(116)-3195/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3195/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3195/2024 31.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi PHŞ-yə qarşı “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi ödənilməli 1 il 11 (23) ay ödənilməmiş əlilliyə görə Əmək Pensiyanızın yenidən hesablanaraq verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi ödənilməli 1 il 11 (23) ay ödənilməmiş əlilliyə görə Əmək Pensiyanızın yenidən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş Məhkəmənin icraatına daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu göndərilmişdir. Qeyd edilmişdir ki, əlilliyinin bitmə tarixi ilə yeni təyinat tarixi arasındaki 1 il 11 aylıq müddətin müvafiq ödənişin verilməsindən ibarətdir. Məhkəməyə daxil olmuş iddia ərizənizdə cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd edilmişdir. Bununla bağlı yardım məktubunda cavabdeh inzibati orqan qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi deyil, DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və ya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunması təklif edilmişdir. İddiaçı yardım məktubuna münasibət bildirməmiş, nail olmaq istədiyi nəticəyə uyğun iddia ərizəsini və iddia tələbinə cavab verməli olan inzibati orqana ilkin müraciətinə dair sübutu və ya imtina məktubunu təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki,hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi ödənilməli 1 il 11 (23) ay ödənilməmiş əlilliyə görə Əmək Pensiyanızın yenidən hesablanaraq verilməsindən ibarətdir. Lakin işin hallarından görünür ki, 1 ərizənizdə cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd edilmişdir. İddiaçı tərəfindən nail olmaq istədiyi hüquqi nəticəyə əsasən cavabdeh DSMF PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və ya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh həmin imtina mübahisələndirilməli olduğu halda hazırkı iddia tələbi yenidən əlilliyə görə müavinətin verilməsi ilə bağlı olmuşdur.Odur ki,iddiaçıya nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırkı cavabdehə qarşı əliliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nə əsasən Nazirlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində səlahiyyətlərini Agentlik vasitəsilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növündən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Hazırkı iddia tələbinizə cavab verməli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi deyil, DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və ya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya hazırkı qərardada əsasən iddianın mümkün sayılmaması onun mümkünlük şərtlərinə əməl etməklə yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu istisna etmədiyi izah edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi PHŞ-yə qarşı “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi ödənilməli 1 il 11 (23) ay ödənilməmiş əlilliyə görə Əmək Pensiyanızın yenidən hesablanaraq verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar