Məhkəmə qərarları › İş №2-1(116)-32/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-32/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-32/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və X5 Nazirliyinə qarşı “ünvanlı sosial yardım təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ünvanlı yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan bütün aztəminatlı ailələrə dövlət büdcəsinin vəsaiti hesabına yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edilən ayın 1-dən 2 il müddətinə təyin olunur. "Ünvanlı Dövlət Sosial Yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən sosial yardım yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Aztəminatlı ailələrin rahatçılığını və sosial müdafiəsini gücləndirilmək məqsədi ilə X8 və X9 (VEMTAS) yaradılması barədə xx xxxxxx 2015-ci il tarixli 477 nömrəli Fərmanında hörmətli Prezidentimiz cənab İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edilməsi barədə Ədliyyə Nazirliyinə Tapşırıq vermişdir. Ədliyyə Nazirliyi tərəfindən Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə uyğun hazırlanmış VEMTAS-da olan “bu ünvanda digər ailələr yaşayır?” sualına cavab verən təmsilçi “BƏLİ” düyməsini sıxdıqda açılmış pəncərədən də görünür ki, bir ünvanda yaşayan uşaqların ailəsi, digər qohumların ailəsi, baba və nənənin ailəsi, nəvələrin ailəsi, valideynin (və ya valideyinlərin) ailəsi, ayrı-ayrı müstəqil ailələrdir bir ünvanda yaşayan bu ailələr bir-birini saxlamağa, bir-birinə pul verməyə və bir-birinə ünvanlı dövlət yardımı təyin etməyə və ya verməyə borclu deyillər. x xxxxxxx 2018-ci il tarixdə ünvanı, təhsili, muzdlu işdən olan gəliri, kommunal və rabitə xəcləri, ünvanda yaşayan 3 nəfər özünün və 2 nəfər keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi haqqında ərizə bəyannaməni qəbul etmiş VEMTAS valideynlərinin ailəsinə görə imtina verməmiş, ərizə bəyənnamədə heç bir uyğunsuzluq aşkar etməmiş, qərar qəbul etməyi Dövlət X1 DSMF-nin Mingəçevir şəhər şöbəsinin işçisinə tapşırıq vermişdir. Aztəminatlı ailəsinin maddi-məişət şəraitini yoxlamağa gəlmiş, mülkiyyət hüququ əsasında başqa vətəndaşa məxsus olan evə girmiş, axtarış və çəkiliş apardıqdan sonra 90 gün ərzində elektron imza ilə VEMTAS vasitəsi ilə imtina cavabları vermiş DSMF-nin Mingəçevir şəhər şöbəsinin işçisi bəyan edir ki, aztəminatlı ailəsi keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi ilə bir ünvanda yaşadığına görə, ünvanlı dövlət sosial yardımı onun aztəminatlı ailəsinə keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi təyin etməli və verməlidir. Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımı etməkdən və verməkdən imtina edən keçmiş ailə üzvləri olmuş valideynləri isə deyir ki, Ailə məcəlləsinin 56.2-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli Fərhadın üzərində olan bütün hüquq və vəzifələrimizə xitam verdiyinə görə, biz keçmiş ailə üzvümüz olmuş əmək qabiliyyətli Fərhadı və onun ailəsini saxlamağa, pul verməyə və onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin etməyə borclu deyilik, bizim pulumuz bizim şəxsi mülkiyyətimiz olduğuna görə Konstitusiyanın 13 və 29-cu maddələri ilə dövlət tərəfindən müdafiə olunur və qanun tərəfindən qorunur, məhkəmənin qərarı olmasa heç kim bu pulu bizdən ala bilməz. Aztəminatlı ailəsi 4 (dörd) nəfərdən ibarətdir o, həyat yoldaşı və 2 (iki) körpə uşağı. Başqa ailəsi yoxdur. Dövlətimizin sosial qayğısına ehtiyacı var. Muzdlu işdən olan orta aylıq gəliri 206 manatdır, başqa gəliri yoxdur. 1-ci nigahdan olan 1 uşağının saxlanılması üçün məhkəmə tərəfindən sabit pul məbləğində təyin edilmiş 110 manat aliment ödəyir. Göründüyü kimi, muzdlu işdən olan orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü ehtiyac meyarının məcmusundan aşağı olduğuna görə “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ünvanlı yardım almaq hüququna malik olan aztəminatlı ailədir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X5 Nazirliyini qeyd etmiş və “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçi İddiaçı iddia tələbinə dair bildiririk ki, iddia ələbi əsasız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müracit edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Qeyd olunan qaydaların 2-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən natariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum və ya patron olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.(2.1) Ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər.(2.2) Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi «komunikasiya vəsaitlərindən (kompyuterlərdən, mobil telefonlardan və.s) habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciəti qeydiyyata alınması məqsədi ilə “Elektron nökumət” və ya Nazirliyin “ Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “ərizə-bəyannamə”ni dolduraraq X8 və X10 (bundan sonra VEMTAS) göndərir. (2.3) Qaydaların 3-cü bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir (3.1) VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron Hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndidə göstərilən qurumlarının informasiya sistemləri və ehtiyatları ilə xüsuisi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.(3.2) Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejmində VEMTAS -a ötürür. (3.4) VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə- Bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirir (3.4.1) məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. (3.4.2) Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir yə ya bildirilir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-603/2019 saylı Qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Mingəçevir şəhər şöbəsinə qarşı ““Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3, 4, 5, 6, 7, 8-ci maddələrinin tələblərinə uyğun olaraq ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 394 manat məbləğin hesablanıb ərizə bəyannamə ilə müraciət etdiyi xx.xx.2018-ci il tarixdən hər ay 2 il müddətinə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəsinə təyin olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(107)-373/2019 saylı Qardadından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-603/2019 saylı Qərardadı ləğv edilmişdir. İş materiallarında olan Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 630 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Mingəçevir Bələdiyyəsinin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə sahə nəzarətçisi işləyir və aylıq əmək haqqı 271 (iki yüz yetmiş bir) manatdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Cavabdehin imtina bildirişində tarix göstərilmədiyindən və sosial yardımın təyin edilməsindən imtinanın iddiaçıya hansı tarixdə çatdırılması barədə məlumat olmadığından məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qanunla müəyyən edilmiş müddət ərzində irəli sürmüşdür. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.2-ci maddəsində göstərilir ki, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Əmək və X5 Nazirliyinin iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilərək, iddiaçıya müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixindən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və X5 Nazirliyinin İddiaçı ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilir. Cavabdeh Əmək və X5 Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar