Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-32/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə ayrılmış və JN-523 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən, 9 nəfərin ümumi birgə mülkiyyətində olan 6,48 ha torpaq sahəsinə iddiaçının ümumbirgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış və JN-523 ( kod ********) saylı “Torpağa mülkiyyət hüququna dari” Dövlət Aktında göstərilən 9 nəfərin ümumi birgə mülkiyyətində olan 6,48 ha torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxx 1979-cu ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunanda həmin kənddə yaşadığından Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli, 30 nömrəli qərarı ilə 9 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə 6,48 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra iddiaçı və ailə üzvlərinin adına JN-523 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuş və verilmişdir. Həmin dövlət aktında iddiaçının adı şəxsiyyət vəsiqəsində qeyd olunan adına uyğun İddiaçı kimi qeyd olunmuşdur. Yəni iddiaçının adında heç bir yanlışlıq yoxdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********74 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin struktur bölmələri tərəfindən fiziki və hüquqi şəxslərin adlarına torpaq sahələrinə dair tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında və torpağın mülkiyyətə verilməsiə dair şəhadətnamələrdə subyektlər siyahısında vətəndaşlar adında və atasının adında və ya soyadında yanlışlıqlarla üzləşirlər. Həmin sənədlərdə hər-hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müsvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməli olurlar. Odur ki, bu maneələrlə rastlaşmamağı, həmçinin ərazi idarəsi tərəfindən sənədlərin düzgün və dürüst tərtib olunması üçün JN-523 nömrəli Dövlət aktında qeyd olunan ailə üzvlərinin vəsiqələrinin təqdim olunması zəruridir. Hüquqların dövlət qeydiyyatı üçün həmin sənədlər tam şəkildə təqdim ediləcəyi təqdirdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə ayrılmış və JN-523 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən, 9 nəfərin ümumi birgə mülkiyyətində olan 6,48 ha torpaq sahəsinə iddiaçının ümumbirgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 406/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********37 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-406/2022 nömrəli qərardadı ilə X1, X3, X2, X6, X4, X5 və X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh etiraz məktubunda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ünvanlayaraq cavabdeh tərəfindən iddiasının təmin olunduğunu, adına çıxarışın verildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. İş materiallarında olan iddiaçının ərizəsindən müəyyən olunur ki, cavabdeh tərəfindən iddia tələbi təmin olunmuş və iddiaçının adına dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə ayrılmış və JN-523 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən, 9 nəfərin ümumi birgə mülkiyyətində olan 6,48 ha torpaq sahəsinə iddiaçının ümumbirgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-32/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-32/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver