Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-321/2022 18.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X12, X10 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 saylı mənzilindən (köhnə ünvanı: ünvan 1nin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslər X12, X10 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 saylı mənzilindən (köhnə ünvanı: ünvan 1nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhərinin V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 saylı mənzili (köhnə adı Mingəçevir şəhər, 20 Yanvar küçəsi ev 25/2 mənzil 15) iddiaçıya məxsusdur. Belə ki, ona həmin mənzilə dair Azərbaycan Respublikası adından 2607a reystr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Lakin bu yaxınlarda həmin mənzili digər şəxsə satmış ona mülkiyyətində olan mənzildə maraqlı şəxslər X12, X10 və X13 istifadə hüququ olmadan qeydiyyatda olmaları məlum olmuşdur. Maraqlı şəxslər ona məxsus mənzildə qeydiyyatda olsalar da, orada yaşamamışlar və Rusiya Federasiyasındadırlar. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək onların iddiaçının mənzilindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, lakin oradan iddiaçıya bunun mülki məsələ olduğu və buna görə də məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İddiaçı maraqlı şəxsləri başqa yolla mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxara bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X3, X10 və X1 mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır. Onların mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçinin, yəni iddiaçının qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 04.04.1996-cı il tarixli Qanununun 1-ci maddəsinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması onların dövlət, cəmiyyət və başqaları qarşısında vəzifələrinin yerinə yetirmək, özlərinin hüquq və azadlıqlarını (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası, seçki və s.) realizə etmək məqsədi ilə həyata keçirilir. Yaşayış sahəsinə pasport qeydiyyatına alınma inzibati akt olmaqla mənzilə yaşayış hüququnun verilməsi ilə nəticələnmir. Bu səbəbdən, maraqlı şəxslər iddiaçıya məxsus Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 saylı mənzildə qeydiyyata alınarkən, onlar həmin mənzildən istifadə hüququ əldə etməmişlər. Cavabdeh 18.09.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 16.09.2021-ci il tarixli müraciəti araşdırılmışdır, ərizədə adları qeyd edilən X13, X10 və X6 İddiaçı məxsus V.Abdullayev küçəsi ev 6 mənzil 15 ünvanından qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülki xarakterli hesab edildiyindən məhkənməyə müraciət etməlidir. Odur ki, məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur. Cavabdehin məhkəməyə ünvanladığı 25.10.2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Məhkəmənin qanuni qüvvəsini almış qərarı icraata daxil olduqda üçüncü şəxslər qeydiyyatdan çıxarılacaq. X9 şəxsiyyət vəsiqəsi 26.12.2003-cü ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən verilmişdir. X7 şəxsiyyət vəsiqəsi 26.12.2003-cü ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən verilmişdir. X11 şəxsiyyət vəsiqəsi 26.12.2003-cü ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən verilmişdir. Məhkəmənin Elektron Məhkəmə İnformasiya Sistemindən 6383/5CF496F3-C64E- 4763-82D0-677299F00A58 sıra nömrəli elektron sorğusuna əsasən müəyyən edilmişdir ki, İddiaçı 26.12.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, 07.12.2021-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətinə əsasən, Misirova X5 şəhəri V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 saylı mənzili (köhnə ünvanı: Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 25/2 mənzil 15) X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.12.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 nömrəli mənzili tam pay hüququ əsasında X14 mülkiyyətindədir. Mingəçevir şəhəri V.Abdullayev küçəsi 6 saylı evin 15 nömrəli mənzili 17.12.2021-ci il tarixli **********72-05101-093045 reyestr nömrəli çıxarışa və texniki pasporta əsasən tam pay hüququ əsasında X15 məxsusdur. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi İddiaçı 07.12.2021-ci il tarixdə ünvan 2 ünvanı: Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 25/2 mənzil 15) X4 və İddiaçı 26.12.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı faktiki olaraq iddia ilə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olsa da, sonradan mənzili özgəninkiləşdirməklə bu hüququnu itirdiyindən, məhkəmə hesab edir ki, onun belə bir tələblə məhkəməyə müraciət etmək hüququ da aradan qalxmışdır. Odur ki, iddiaçının vəfat etməsi ilə əlaqədar məhkəmə tərəfindən prosessual hüququ varisliyi məsələsinə də hüquqi qiymət vermək zərurəti yoxdur. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı aradan qalxdığından iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X12, X10 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 6 saylı evin 15 saylı mənzilindən (köhnə ünvanı: ünvan 1nin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-321/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-321/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver