Məhkəmə qərarları › İş №2-1(116)-322/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-322/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-322/2020 05.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı və X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ rayonu Dizaxlı kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,12 ha, çoxillik əkmələr üçün 0,38 ha torpaq sahəsi olmaqla, cəmi 0,50 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, X3 mülkiyyətinə 0,50 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair onun adına JN-146A kod 40606018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı həmin sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.09.2018-ci il tarixli 2-1(84)- 727/2018 nömrəli qərarına əsasən, iddia təmin edilmiş və X3 adına hazırlanmış JN-146A kod 40606018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Qəbələ rayonu Dizaxlı kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,12 ha, çoxillik əkmələr üçün 0,38 ha torpaq sahəsi olmaqla, cəmi 0,50 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh 24.05.2019-cu il tarixli **********51 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər təqdim olunmalıdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ rayonu Dizaxlı kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha və çoxillik əkmələr üçün 0,38 ha olmaqla, cəmi 0,50 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra o, eyni iddia ərizəsini digər iddiaçı X8 ilə birlikdə imzalayıb məhkəməyə vermişdir. Beləliklə, hazırkı iddia tələbi iddiaçılar İddiaçı və X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ rayonu Dizaxlı kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha və çoxillik əkmələr üçün 0,38 ha olmaqla, cəmi 0,50 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbindən ibarətdir. İddiaçılar həmin tələbi belə əsaslandırmışlar ki, X3 adına olan JN-146A kod 40606018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" İddiaçı iddiası əsasında Şəki İnzbiati-İqtisadi Məhkəməsinin 26.09.2018-ci il tarixli 2-1(84)-727/2018 nömrəli qərarı ilə ləğv edildiyinə görə cavabdeh həmin şəhadətnamədə göstərilən 0,50 ha torpaq sahəsinə onların mülkiyyət hüququnu qeydiyyata almaq üçün əlavə olaraq hüquq müəyyənedici sənədlər tələb etməkdə haqlı deyil. Cavabdeh 09.12.2019-cu il tarixli **********08 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə aid olan JN-146A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı icra edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair qeydiyyatı üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim olunmadığına görə iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Qəbələ Rayon Yeni Dizaxlı Bələdiyyəsinin 30.04.2019-cu il tarixli 17 nömrəli arayışından görünür ki, Yeni Dizaxlı kəndində gedən aqrar islahat nəticəsində X7 0,12 ha həyətyanı, 0,38 ha zəbt, 0,22 ha pay torpaq payı düşmüşdür. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-395692 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı0,1352 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-395693 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı0,0845 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. HəminQanunun10-cumaddəsininbeşincihissəsində deyilir ki,torpaqüzərindəmülkiyyəthüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, həyətyanı torpaq sahəsi o halda vətəndaşların mülkiyyətinə verilir ki, həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. "Qəbələ rayonun Yeni Dizaxlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, torpaq sahəsi iddiaçılar İddiaçı və X6 mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinə mülkiyyət hüququnu tsdiq edən sənəd onların deyil, X3 adına tərtib edilmişdir. İddiaçı göstərilən sənədin ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.09.2018-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərarla da müəyyən edilmişdir ki, 0,50 ha torpaq sahəsi İddiaçı və X6 qanuni istifadəsində olmaqla onların mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh ləğv edilmiş JN- 146A kod 40606018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,50 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı deyil. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qəbələ rayonu Dizaxlı kəndində yerləşən, ləğv edilmiş JN-146A kod 40606018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,50 ha torpaq sahəsinə iddiaçılar İddiaçı və X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar