Məhkəmə qərarları › İş №2-1(116)-322/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-322/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-322/2021 06.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2001-ci ildən x xxxxxx 2015-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdr. İşə baxılarkən xx xxxxxx 2019-cu il tarixdə iddia tələbinin həcmini azaltmış, xx xxxxxx 2007-ci ildən x xxxxxx 2015-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarına əsasən iddia tələbi təmin olunmuşdur. O, xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ərizə ilə müraciət edərək 2001-ci ilin yanvar ayından 2007-ci ilin yanvar ayına qədər olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti xx xxxxxxx 2019-cu il tarixli 17/7- 15813 saylı məktubla Penitensiar Xidmətin pensiya şöbəsinin ləğv edilməsi, ödənişlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparıldığını bildirmişdir. Sonuncu idarə isə eyni məzmunlu müraciətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji hallarla bağlı qərarlarında əmək pensiyasının xx xxxxxx 2007-ci il tarixindən hesablanmalı olmasını əsas gətirərək müraciətinin həllindən imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-765/2020 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsində iddiaçı ərizə verərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əsl cavabdeh Ədliyyə Nazirliyi Pentensiar Xidməti ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5569/2020 saylı qərardadında görünür ki, Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Ədliyyə Nazirliyi Pentensiar Xidməti ilə əvəz olunmuş və inzibati iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli vəsatətində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-ci il tarixli, 499 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin (indiki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) səlahiyyətinə verilmişdir. Bu səbəbdən 2007-ci ilin yanvar ayında bütün pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin pensiyaya çıxmış əməkdaşlarının pensiya işləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində (indiki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) saxlanılır və zəruri məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərara əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təqdim olunur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “31” oktyabr 2019-cu il tarixli 21-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamənin 3-cü hissəsində Penitensiar xidmətin vəzifələri öz əksini tapmışdır. Penitensiar xidmətin həmin Əsasnamədə, həmçinin köhnə redaksiyada da müəyyən edilmiş fəaliyyət istiqamətlərində əmək pensiyası ödənilməsi vəzifəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir: “İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. ” İnzibati orqanın üzərinə onun səlahiyyətlərinə aid olmayan hərəkətlərin edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia mümkünsüz sayılmalıdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə qarşı iddiası mümkünsüz sayılması barədə qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-ci il tarixli, 499 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin (indiki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) səlahiyyətinə verilmişdir. Bu səbəbdən 2007-ci ilin yanvar ayında bütün pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin pensiyaya çıxmış əməkdaşlarının pensiya işləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində (indiki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) saxlanılır və zəruri məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərara əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təqdim olunur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar