Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-323/2025 13.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “1997-ci il tarixli 3M-58 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və texniki inventarlaşma idarəsindən 14 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “1997-ci il tarixli 3M-58 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və texniki inventarlaşma idarəsindən 14 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı 1997-ci il tarixli ЗМ-58 saylı alqı-satqı müqaviləsinə əsasən 1996-cı ildə tikilmiş iki otaqdan ibarət fərdi yaşayış evini əldə etmişdir. Həmin əmlaka dair mülkiyyəti təstiq edən texniki inventarlaşma idarəsindən 14 nömrəli qeydiyyat şəhadətnaməsi almışdır.Hazırda iddiaçı evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestridə qeydə alınaraq Çıxarış almaq istəyir, cavabdeh orqan isə həmin Çıxarışı verilməsindən imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Qax şəhər sakini İddiaçı 12 dekabr 2023-cü il tarixdə ərizə ilə (daxilolma №-si 3-21 -3-39/1 -M-0171 -8/2023) DƏDKR PHŞnin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, Qax rayon “Nizami” adına kolxozun üzvlərinin 25 mart 1996-cı il tarixli 2 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qaxingiloy kənd sakini X5 yarımçıq qalan evinin X6 notarial qaydada satılmasına etiraz edilməyərək kolxozun qaytanlanmış torpaq kitabından vətəndaş X5 üzərinə olan 0,10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin qüvvəyə mindiyi andan X4 üzərinə keçirilməsinin qərara alındıqdan sonra 22 iyul 1996-cı il tarixli 3M-35 reyestr nömrəli müqavilə əsasında Nuraşvili Makvala X1 satdığı 1000 kv.metr torpaq sahəsində yerləşən 1996-cı ildə tikintisinə başlanmış, divarı çay daşı, üstü örtülməmiş, yarımçıq bir otaqdan ibarət yaşayış evini 20 avqust 1997-ci il tarixdə ЗМ-58 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında aldığı və texniki inventarlaşma bürosu tərəfindən verilmiş 14 qeydiyyat, 126 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında ona məxsus olan fərdi yaşayış evinə və həmin evin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış və plan ölçü verilməsini xahiş etmişdir. Lakin, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı Qax rayon “Nizami’ adına kolxozun üzvü olmuş X5 ərizəsi nəzərə alınaraq, Qaxingiloy kənd sakini X7 məxsus yarımçıq qalan evin X6 notarial qaydada satılmasına və alqı-satqı müqaviləsi qüvvəyə mindiyi andan kolxozun qaytanlanmış torpaq kitabından vətəndaş X5 üzərinə olan 0,10 ha torpaq sahəsinin X4 üzərinə keçirilməsi barədə Qax rayon “Nizami" adına kolxozun üzvlərinin 25 mart 1996-cı il tarixli 2 nömrəli ümumi yığıncaq protokolunun qərarı, 22 iyul 1996-cı il tarixli 3M-35 reyestr nömrəli və 20 avqust 1997-ci il tarixli ЗМ-58 reyestr nömrəli alqı-satqı müqavilələri, texniki inventarlaşma bürosu tərəfindən verilmiş 14 qeydiyyat, 126 reyestr nömrəli qeydiyyat vəsiqəsi olsa da, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasport olmadığından ərizəçiyə 08.01 2024-cü il tarixli 3-21-3-39/2- M-0171-8/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SiyahısT’mn 2.4-cü yarımbəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci İl yanvarın 1-dək tərtib olunmuş texniki pasport olmadığından İddiaçı satılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri natamamdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AR Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 3M-58 reyestr nömrəli müqaviləyə dair notariat işinin surəti
3. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubu.
4. Cavabdehin 09 aprel 2024-cü il tarixli etiraz məktubu və ona əlavə olunan sənədlər;
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçınön hüquqi marağı 1997-ci il tarixli ЗМ-58 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi, 1996-cı ildə tikilmiş iki otaqdan ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq Çıxarış verilməsindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X9 1997-ci il tarixli 3M-58 saylı alqı-satqı müqaviləsinə əsasən 0,10 ha torpaq sahəsində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evini İddiaçı satmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanaraq əmlak alıcının mülkiyyətinə keçmişdir. Cavabdehin imtinasının əsasını torpaq sahəsinə münasibətdə texniki inventarlaşma orqanları tərəfindən tərtib olunmuş texniki pasportun olmaması və sənədlərin natmama olması təşkil edir. Məhkəmə cavabdehin imtinasının dəlili ilə razılaşmır. İş materiallarına əsasən müəyyən edilir ki,alqı-satqı qaydasında əldə edilmiş fərdi yaşayış evi iddia olunan torpaq sahəsində yerləşir. Belə ki, mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən torpaq sahəsi faktiki olaraq 1000 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında X3 kateqoriyasına aid, Uqodiyası-Yollar və küçələr olmaqla, Qax bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Sərhədlərinin bir hissəsinin mərz nişanı basdırılmadığı üçün yol kimi istifadə olunub. İddiaçının nümayəndəsinin bildirdiyinə görə torpaq sahəsi iddiaçının İddiaçı tərəfindən istifadə olunur. Faktiki istifadə olunan torpaq sahəsi ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ayrılmış torpaq sahəsinə dair sxemdə göstərilən torpaq sahəsi qismən uyğunluq təşkil edir.Faktiki istifadə olunan torpaq sahəsinin Necas pforamına əsasən digər şəxlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur.Əldə olunan və ya faktiki istifadə olunan torpaq sahəsi Necas proramına əsasən başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası təsbit edilmişdir.Həmin maddəyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunan müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də təsbit edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını aşağıdakıları ehtiva edir : Dövlət reyestrində qeydiyyata alınmış məlumatların doğru və tam olduğu qəbul edilir. Yəni, reyestrdə göstərilən məlumatların düzgün olduğunu, dövlət orqanları tərəfindən təsdiqləndiyini və yoxlanıldığını nəzərə alaraq, bu məlumatlar hüquqi etibara malikdir. Hüquqi etibara istinad edərək və reyestrdəki məlumatlara əsaslanaraq hüquqi əməliyyatlar,o cümlədən alqı-satqı həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139-1.1.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarındandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi : Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunanlara və işin hallarına əsasən məhkəmə hesab edir ki, alqısatqı yolu ilə əldə edilən 0,10 ha torpaq sahəsi üzərində iddnə dair çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Odur ki, iddia təmin edilməli, 1997-ci il tarixli 3M-58 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış,fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq Çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 1997-ci il tarixli 3M-58 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən əldə edilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə