Məhkəmə qərarları › İş №2-1(116)-324/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-324/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-324/2020 17.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Şəki rayon Qeydiyyat şöbəsinə qarşı “20.09.1999-cu il tarixdə anadan olmuş qızı X3 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin ona, yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Şəki rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “20.09.1999-cu il tarixdə anadan olmuş qızı, X3 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin ona, yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı 26.07.1997-ci il tarixdə Məmmədova (Mahmudova) Zərifə Qarabəy qızı ilə ailə qurmuşdur. Birgə nikahlarından 05.05.1998-ci il tarixdə X7 və 20.09.1999-cu il tarixdə X6 anadan olmuşdur. İddiaçının, həyat yoldaşının və bir qızının şəxsiyyət vəsiqəsi olsa da, digər qızı 20.09.1999-cu il təvəllüdlü X2 şəxsiyyət vəsiqəsi yoxdur. İddiaçı qızı X3 məxsus “Doğum haqqında şəhadətnamə” ilə şəxsiyyət vəsiqəsinin verilməsi üçün Şəki regional “ASAN” Xidmət Mərkəzinə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamənin yararsız hala düşməsi səbəbi ilə Mərkəz şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etmiş və doğum haqqında şəhadətnaməni yenidən əldə edərək müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı bununla bağlı Cavabdehnə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin cavadeh orqan bundan imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddiaçının iddia tələbinə etirazının olmadığını bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyyatı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi təkrar şəhadətnamələrin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazının olmadığını bildirdi. İş materiallarında olan 473775 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx xxxxxxxx 1974-cü il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. İş materiallarında olan 304477 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 28 iyun 1980-cı il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. İş materiallarında olan “Nikahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 26 iyul 1997-ci il tarixdə Məmmədova (Mahmudova) Zərifə Qarabəy qızı ilə rəsmi nikah bağlamışdır. İş materiallarında olan 43 nömrəli, 04.03.2000-ci il tarixli “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X6 20 sentyabr 1999-cu il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. İş materiallarında olan Şəki şəhər İH başçısının Turan qəsəbəsi üzrə nümayəndəliyinin 02.10.2019-cu il tarixli 761 nömrəli arayışından müəyyən edilir ki, X6 həqiqətən Şəki rayonu Çayqaraqoyunlu kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 31 may 2020-ci il tarixli ******* nömrəli qərarının təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, 20 sentyabr 1999-cu il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli, AZE seriyalı 16482434 nömrəli şəxsiyyət vəsiqəsiqələrinin surətləri, cavabdehin 02.10.2019-cu il tarixli məktubu, Turan qəsəbə nümayəndəliyinin 02.10.2019-cu il tarixli 761 nömrəli arayışı, cavabdehin 07.12.2019-cu il tarixli məktubu, 04.03.2000-ci il tarixli 43 nömrəli “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surəti, 328975 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 304477 və 473775 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətləri, cavabdehin 11.03.2020-ci il tarixli məktubu, AR DMX Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 05.06.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş ******* nömrəli qərarın təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslərdə müraciət edə bilərlər. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 43 nömrəli, 04.03.2000-ci il tarixli “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən də göründüyü kimi 20 sentyabr 1999-cu il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş və Şəki şəhər İH başçısının Turan qəsəbə nümayəndəliyinin 02.10.2019-cu il tarixli 761 nömrəli arayışına əsasən hal-hazırda həmin ünvanda yaşayır. X2 atası İddiaçı qızına şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün Cavabdehnə müraciət etmişdir ki, yuxarıda şərh olunan qaydaların tələbləri baxımından bu mümkündür. Cavabdeh iddiaçının müraciəti əsasında onun qızına təkrar doğum haqqında şəhadətnaməni vermək vəzifəsi daşıdığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının tələblərini düzgün tətbiq etməmiş və nəticədə iddiaçının müraciətinin təmin edilməsindən qanunsuz imtina etmişdir. Bu səbəbdən iddia təmin edilməli və İddiaçı ərizəsi əsasında qızı Günel Məmmədovaya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki rayon Qeydiyyat şöbəsinə qarşı “20.09.1999-cu il tarixdə anadan olmuş qızı X3 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin ona, yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar