Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-325/2020 25.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı 28.01.2019-cu il tarixədək 10 saylı Ərazi Vergilər İdarəsində işləmiş və həmin tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. İşdən çıxdıqdan sonra istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması ilə əlaqədar 10 saylı Ərazi Vergilər İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, işdən azad edilərkən istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması zamanı 2018-ci ilin aprel, may, iyul, sentyabr, oktyabr, noyabr aylarının hər birində 750 manat, iyun və avqust aylarının hər birində 579.50 manat, cəmi 5659 manat aldığı əmək haqqına əlavələr nəzərə alınmayacaqdır. İddiaçı səbəbini soruşduqda ona vergilər nazirinin “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi qaydası” barədə 04.12.2017-ci il tarixli **********7397 nömrəli əmrini əsas göstərmişlər. Məzuniyyət haqqının hesablanması Əmək Məcəlləsi və Əmək Məcəlləsinin 139-cu maddəsi əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 saylı “məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısının təsdiq edilməsi barədə” qərarı ilə tənzimlənməlidir. İddiaçıya istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi 10.04.2019-cu ildən sonra hesablanmış və banka ödənilmişdir. 16.04.2019-cu il tarixdə bankdan istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzini aldıqda həqiqətən də əlavə əmək haqqının nəzərə alınmadığı iddiaçıya məlum olmuşdur. İddiaçı yenidən 10 saylı Ərazi Vergilər İdarəsinə getmiş və aylar üzrə nəyin nəzərə alınıb-alınmadığını soruşmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, 2018-ci ilin avqust ayında məzuniyyətə çıxdıqda məzuniyyət haqqı hesablanarkən əmək haqqına əlavələr nəzərə alınmamışdır. İlk olaraq Qəbələ rayon Məhkəməsinə müraciət edib, lakin məhkəmədə ona Yasamal rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişlər. Yasamal rayon Məhkəməsi iddianı təmin etməmiş və iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və bu işə İnzibati- İqtisadi Məhkəmədə baxılmalı olduğunu iddiaçıya bildirmişdir. Odur ki, İddiaçı cavabdehlər 10 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310.25 manat məzuniyyət haqqı və 1079.96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390.21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi” tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə 28.02.2019-cu il tarixli ərizə ilə müraciət edərək iddia ərizəsində dəqiqləşmə aparmış və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 06.03.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Vergilər nazirinin müvafiq əmri ilə 10 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Vergilər nazirinin işdən azad olunması barədə əmrin icrası məqsədilə ilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı istifadə olunmamış 66 məzuniyyət günləri nəzərə alınmaqla ümumilikdə 1.399,80 manat məbləğində son-haqq hesab ödənilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən onun məzuniyyət haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanması zamanı əmək haqqına ödənilən əlavələrin nəzərə alınmamasını qüvvədə olan qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etmiş və öz dəlillərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”na istinad etməklə əsaslandırmağa çalışmışdır. İddiaçının qeyd olunan dəlilləri ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmiş və həmin Qaydaların 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Sözügedən Qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qeyd olunan Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11 -ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nı təsdiq etmiş və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən etmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.10.2019-cu il tarixli 2(103)-11847/2019 nömrəli qərardadının surəti, cavabdehin 27.12.2019-cu il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubu, “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Vergilər nazirinin müvafiq əmrinin təsdiq edilmiş surəti, 10 saylı Ərazi Vergilər İdarəsinin verdiyi iddiaçının son haqq-hesab cədvəllərinin təsdiq edilmiş surətləri, 08.04.2019-cu il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surəti, işdən azad edilmə haqqında sənədin təsdiq edilmiş surəti, Vergilər Nazirinin **********241300 nömrəli 18.09.2019-cu il tarixli müvafiq əmri, AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi barədə məlumat vərəqi, Nazirlər Kabinetinin 25.08.1999-cu il tarixli 137 nömrəli qərarının surəti, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli 2(004)-4238/2019 nömrəli qətnaməsinin surəti, Ədliyyə Nazirliyinin 03/10-590 nömrəli 12.03.2020-ci il tarixli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı kiçik vergi xidməti müşaviri vəzifəsində 10 saylı Ərazi Vergilər İdarəsində işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 28.01.2019-cu il tarixli əmri ilə 10 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28.01.2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Vergilər nazirinin işdən azad olunması barədə əmrin icrası məqsədilə ilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 10 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı istifadə olunmamış 66 məzuniyyət günləri nəzərə alınmaqla ümumilikdə 1.399,80 manat son-haqq hesab ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli 442 nömrəli qərarı ilə "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilmiş və həmin Qaydalarının 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Həmin Qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə vergilər nazirinin 04.12.2017- ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bu qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qeyd olunan Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin 29.03.2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nı təsdiq etmiş və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən etmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017ci il tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Vergilər nazirinin 04.12.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasının 2.7-ci bəndinin tələbinə uyğun olaraq cavabdeh əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya son haqq-hesabını verərkən, məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən iddiaçının vəzifə maaşına əlavələri nəzərə almamaqda haqlı olmuşdur. İddiaçının tələbinin “işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” hissələri ilə bağlı məhkəmə qeyd edir ki, “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi” tələbi təmin olunmadığı və həmin tələblərin ilk tələbdən asılı olduğu üçün həmin hissə də iddia təmin olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı 28.01.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-325/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-325/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver