Məhkəmə qərarları › İş №2-1(116)-3254/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3254/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3254/2023 21.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı1 29 aprel 1969-cu il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kənd soveti tərəfindən verilmiş AZ ******* nomreli "doğum haqqında şəhadətnamə" üzrə dogum aktı qeydinin soyadım, ata və ana qrafalarında soyadım "Piralyan"dan Piralova; men, İddiaçı2 Ramziyevnaya 03 avqust 1964-cü il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kənd soveti tərəfindən verilmiş AZ 657249 nomreli "doğum haqqında şəhadətnamə" üzrə soyad eləcə də ata va ana qrafasında soyad "Kuranyan" dan Kuranova; İddiaçı3 04 oktyabr 19Q1-ci il tarixdə Qəbələ rayonu Nic kənd soveti tərəfindən verilmiş XVİ LQ 339616 nömrəli "doğum haqqında şəhadətnamə" üzrə ata ve ana qrafalarında soyadın "Piralyan"dan Piralova düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “İddiaçı1 29 aprel 1969-cu il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kənd soveti tərəfindən verilmiş AZ ******* nomreli "doğum haqqında şəhadətnamə" üzrə dogum aktı qeydinin soyadım, ata və ana qrafalarında soyadım "Piralyan"dan Piralova; men, İddiaçı2 Ramziyevnaya 03 avqust 1964-cü il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kənd soveti tərəfindən verilmiş AZ 657249 nomreli "doğum haqqında şəhadətnamə" üzrə soyad eləcə də ata va ana qrafasında soyad "Kuranyan" dan Kuranova; İddiaçı3 04 oktyabr 19Q1-ci il tarixdə Qəbələ rayonu Nic kənd soveti tərəfindən verilmiş XVİ LQ 339616 nömrəli "doğum haqqında şəhadətnamə" üzrə ata ve ana qrafalarında soyadın "Piralyan"dan Piralova düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında aşağıdakı qərardada təsbit olunan hüquqi mövqeyi iddiaçılara şifahi qaydada izah olunmuş, onun dinlənilmək hüququ təmin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım qaydasında izah edilmişdir ki, iddia tələb mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçılar cavabdehə qarşı ayrı-ayrı iddia tələbləri irəli sürdükləri halda bir iddia tələbi ilə müraciət etmişdirlər.İş materiallarından görünür ki,iddiaçılardan İddiaçı2 və İddiaçı3 cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinə hər hansı müraciəti olmamışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi hal inzibati aktla bağlı deyil, cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Belə olan halda iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 37-ci maddəsində qeyd olunur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin : 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətindən imtinası olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım qaydasında izah olunmuşdur ki, İddiaçı1 hazırkı iddia iddi ərizəsində göstərilən tələblə yenidən məhkəməyə müraciət etməklə işə mahiyyəti üzrə baxılması yolveriləndir.Digər iddiaçılar isə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməli,tələbləri icra olunmadığı və ya cavabsız saxlanıldığı halda Məhkəməyə müraciət edə bilərlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı1 29 aprel 1969-cu il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kənd soveti tərəfindən verilmiş AZ ******* nomreli "doğum haqqında şəhadətnamə" üzrə dogum aktı qeydinin soyadım, ata və ana qrafalarında soyadım "Piralyan"dan Piralova; men, İddiaçı2 Ramziyevnaya 03 avqust 1964-cü il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kənd soveti tərəfindən verilmiş AZ 657249 nomreli "doğum haqqında şəhadətnamə" üzrə soyad eləcə də ata va ana qrafasında soyad "Kuranyan" dan Kuranova; İddiaçı3 04 oktyabr 19Q1-ci il tarixdə Qəbələ rayonu Nic kənd soveti tərəfindən verilmiş XVİ LQ 339616 nömrəli "doğum haqqında şəhadətnamə" üzrə ata ve ana qrafalarında soyadın "Piralyan"dan Piralova düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar