Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-326/2020 10.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və Cavabdeh2 Qeyri-Bank Kredit Təşkilatı MMC-yə qarşı “Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına araşdırmanın yenidən və dolğun aparılması barədə, Cavabdeh2 Qeyri-Bank Kredit Təşkilatı MMC tərəfindən götürdüyü kreditin valyutası, məbləği barədə və sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və kredit valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsi (inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması) barədə qətnamə çıxarılması” tələbinə dair işi nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və Cavabdeh2 Qeyri-Bank Kredit Təşkilatı MMC-yə qarşı “Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına araşdırmanın yenidən və dolğun aparılması barədə, Cavabdeh2 Qeyri-Bank Kredit Təşkilatı MMC tərəfindən götürdüyü kreditin valyutası, məbləği barədə və sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və kredit valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsi (inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması) barədə qətnamə çıxarılması”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslanmışdır ki, o 29.06.2015-ci il tarixində Cavabdeh2 MMQBKTnın Mingəçevir filialından 3200 (üç min iki yüz) ABŞ dolları kredit vəsaiti götürmüşdür. Respublikada baş verən ikinci devalvasiya zamanı onun kreditinin qalığı 2682 (iki min altı yüz səksən iki) ABŞ dolları olmuşdur. Devalvasiya zamanı onun banka olan borcu manat ekvivalentində kəskin formada artış olduğundan o ödənişləri həyata keçirə bilməmişdir. Yaranmış problemlə bağlı təşkilat məhkəməyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsi 2(051)-443/2017 saylı, 10.01.2017-ci il tarixli Əmr elan etmişdir. Ailə vəziyyətinin ağır olması və səhhətində kəskin problemlərin yaranmasına baxmayaraq ödənişlərinin hissə-hissə ödənilməsini həyata keçirirdi və bununla bağlı icra qurumları ilə razılığa gəlmişdir. Devalvasiya ilə bağlı vətəndaşların yaranmış problemlərinin həll edilməsi üçün Möhtərəm Prezidentimiz “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman imzalamışdır. Bu Fərmanın icrası və fərmanın icrası ilə bağlı problemlərin həll edilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edildi Onun kredit borcunun qalığı həmin fərmanın təsirinə düşməli idi lakin düşməmişdir. Problemlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına elektron qaydada müraciət etmişdir. Müraciəti araşdırıldıqdan sonra ona “müraciətiniz üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdırş” cavabı verilmişdir. İddiaçının hazırki iddiası üzrə cavabdehlərdən birinin ləğv olunması, digərinin cavabdehin inzibati orqan olmaması və iddia ərizəsindəki tələbinin qeyri müəyyən olması barədə 26.12.2019-cu il tarixdə İddiaçıməktub ünvanlanmış və həmin məktub 17.01.2019cu il tarixdə qəbul edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün 5 (beş) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 46.3, 35.1 və 35.3-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və Cavabdeh2 Qeyri-Bank Kredit Təşkilatı MMC-yə qarşı “Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına araşdırmanın yenidən və dolğun aparılması barədə, Cavabdeh2 Qeyri-Bank Kredit Təşkilatı MMC tərəfindən götürdüyü kreditin valyutası, məbləği barədə və sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və kredit valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsi (inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması) barədə qətnamə çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-326/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-326/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver