Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-327/2021 09.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X10) “üçüncü şəxs X5 adına verilmiş xx.xx.2017-ci il tarixli JN-829A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, “Təsərrüfatbaşına kitab”da X6 təsərrüfatında olan yaşayış evi və həyətyanı torpaq sahəsinə İddiaçı2 və İddiaçı1 adına mülkiyyət hüququnun tanınması və hüquqların dövlət qeydiyyatından çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “üçüncü şəxs X5 adına verilmiş xx.xx.2017-ci il tarixli JN-829A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, “Təsərrüfatbaşına kitab”da X6 təsərrüfatında olan yaşayış evi və həyətyanı torpaq sahəsinə İddiaçı2 və İddiaçı1 adına mülkiyyət hüququnun tanınması və hüquqların dövlət qeydiyyatından çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 anadan olduğu tarixdən xx.xx.1966-cı ildən 1985-ci ilə kimi, İddiaçı1 isə anadan olduğu tarixdən xx.xx.1964-cü ildən 1983-cü ilə kimi atalarına məxsus olan Şəki rayonu Baş Göynük kəndində yerləşən mübahisəli yaşayış evində yaşamışdır. Sonradan İddiaçı2 ali təhsil almaq üçün Leninqrad Ali Hərbi Artireliya Komandirlər Məktəbinə getmişdir. 1989-cu ildə həmin məktəbi bitirib müxtəlif yerlərdə qulluq etmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bu müddət ərzində İddiaçı2 və onun ailə üzvüləri Hacıyeva Könül İslam qızı, X7 və Qəribova Rövşanə İbrahim qızı mübahisəli yaşayış evində qeydiyyatda olmuşdurlar. İddiaçı1 isə 1983-cü ildə hərbi xidmətə getmiş və daha sonra isə Bakı şəhərində yaşamağa başlamışdır. İddiaçıların qeydiyyatda olduğu fərdi yaşayış evi X3nun adına təsərrüfatbaşına kitabında qeydiyyata alınmışdır. İddiaçıların atası X11 1996-cı ildə rəhmətə getmişdir. X3 rəhmətə gedəndən sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 anadan olduqları və qeydiyatda olduqları fərdi yaşayış evinə mütəmadi olaraq gedib-gəlmişlər. Lakin sonradan 2018-ci ildə iddiaçıların qardaşı olan üçüncü şəxs X10 atalarına məxsus evi tam zəbt edərək iddiaçıları həmin evə buraxmamışdır. Eyni zamanda qeyd edilən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini də qanunsuz öz adına rəsmiləşdirmişdir. İddiaçı2 cavabdeh orqana müraciət edərək, qardaşı X.Hacıyev və onun ailə üzvlərinin adlarına tərtib edilmiş şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********60 nömrəli məktubunda qeyd etmişdir ki, vətəndaş Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.13 ha torpaq sahəsinə X10 və ailə üzvlərinin adına verilmiş kod 40406018, JN-829A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi üçün ərazi idarəsinə müraciət etmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı olduğundan və sözügedən Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, əvvələr tanınmış hüququn - DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.13 ha torpaq sahəsinə X10 və ailə üzvlərinin adına verilmiş kod 40406018, JN-829A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi Ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa məlumat verilmişdir. Vətəndaş məhkəməyə təqdim etdyi xx xxxxxxx 2019-cu il tarixli, 1291 saylı arxiv arayışını ərazi idarəsinə müraciəti zamanı təqdim etməmişdir. İş üzrə üçüncü şəxs iddiaçıların tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Saleh oğlunun etibarsız sayılmasını tələb etdikləri torpağın mülkiyyətə verilməsinə dair JN-829A nömrəli şəhadətnamə tam qanuni əsaslarla əldə edilmişdir. Belə ki, onların atasının adına həmin ünvanda ev və torpaq sahəsi olmamışdır. İddiaçıların mübahisələndirdikləri ev və torpaq sahəsi onun nənəsi X1 təsərrüfatında ailə başçısı kimi adına qeydiyyata alınmışdır. Nənəsi xx xxx 1992-ci il tarixdə vəfat etmiş, həmin ev və torpaq sahəsi təsərrüfatda onunla birlikdə yaşayan şəxs kimi X.Hacıyevin adına keçirilmişdir. Həmin təsərrüfatda isə göstərilən ev və torpaq sahəsində nənəsinin sağlığında və nənəsinin öldüyü gündən daha da əvvəllərdən o, yaşamaqla həmin təsərrüfatda yaxşılaşdırma işləri aparmışdır. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Saleh oğlu həmin evdə son 30 ildən artıq müddətdə bir gün də olsun yaşamamışlar. Ümumiyyətlə, atalarından vərəsələrə hər hansı bir əmlak miras olaraq qalmamışdır. Buna baxmayaraq qalmışdırsa da iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Saleh oğlu atasından qalmış mirası 23 ildən artıq müddət keçməsinə baxmayaraq nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Həmin evlə bağlı bütün kommunal xərclər də X.Hacıyevin özü tərəfindən ödənilmişdir. Hesab edir ki, iddiaçıların tələbi əsassızdır. Bununla belə iddiaçılar tələblərində haqlı olsalar belə, onlar iddiaları ilə bağlı iddia müddətini ötürmüşlər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Üçüncü şəxs ərizəsində səhhəti ilə bağlı keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli,198 nömrəli arxiv arayışının surətindən görünür ki, 1991-1995-ci illərin təsərrüfatbaşına kitablarına əsasən X2 təsərrüfatında ailə başçısı olmuş, xx.xx.1992-ci ildə vəfat etdikdən sonra təsərrüfat nəvəsi X5 adına keçmişdir. İş materiallarında olan JN-829A kod 40406018 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 0.13 ha həyətyanı torpaq sahəsi X10 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan iddiaçılar tərəfindən imzalanan və notariat kontoruna təqdim edilən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ərizələrin surətindən müəyyən edilir ki, iddiaçılar X3 xx.xx.1996-cı il tarixdə vəfat etdikdən sonra onlara çatan miras payını qəbul etməmiş və qəbul etmək niyyətləri olmamışdır. İş materialarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-161/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X8 qarşı Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum X3na məxsus olan 0.13 ha həyətyanı torpaq sahəsinin üzərində tikilmiş evin vərəsələr olaraq onların arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçıların mübahisəli şəhadətnamədə qeyd olunan topaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlərinin olmadığı müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin iddiaçıların iddia etdiyi kimi mərhum atalarına məxus olmasına dair sənəd yoxdur. İddiaçılarla 3-cü şəxs arasında hazırda mübahisələndirilən torpaq sahəsinə (üzərində yerləşən evə) dair mülki məhkəmə icraatı qaydasında mübahisə olmuş, məhkəmələr tərəfindən onların iddiası təmin olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələndirilən şəhadətnamə iddiaçıların qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixində deyil, xx.xx.2006-cı il tarixində hazırlanmış, həmin tarixdən uzun müddət ərzində iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Ümumiyyətlə DTXK 2015ci ildə ləğv olunduğu üçün 2017-ci ildə həmin orqan tərəfindən şəhadətnamə hazırlanması mümükün deyil. Bundan başqa iddiaçılar JN-829A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etsələr də, “Təsərrüfatbaşına kitab”da X6 təsərrüfatında olan yaşayış evi və həyətyanı torpaq sahəsinə İddiaçı2 və İddiaçı1 adına mülkiyyət hüququnun tanınması və hüquqların dövlət qeydiyyatından çıxarış verilməsi tələbi ilə müraciət etməmişlər. Tələbin ikinci hissəsi ilk olaraq inzibati orqana müraciət olunmadığı üçün mümkün sayıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar JN-829A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi iddiasını irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X10) “üçüncü şəxs X5 adına verilmiş xx.xx.2017-ci il tarixli JN-829A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, “Təsərrüfatbaşına kitab”da X6 təsərrüfatında olan yaşayış evi və həyətyanı torpaq sahəsinə İddiaçı2 və İddiaçı1 adına mülkiyyət hüququnun tanınması və hüquqların dövlət qeydiyyatından çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-327/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-327/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver