Məhkəmə qərarları › İş №2-1(116)-328/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-328/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-328/2020 25.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “qanunsuz hərəkətlərinin qarşısının alınması və atasına görə şəhid ailəsinə ödənilməli olan Prezident təqaüdünün son 3 ilinin hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qanunsuz hərəkətlərinin qarşısının alınması və atasına görə şəhid ailəsinə ödənilməli olan Prezident təqaüdünün son 3 ilinin hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X6 13.02.1994-cü ildə Fizuli rayonu Horadiz qəsəbəsində düşmən tərəfindən atılmış mərmi partlayışı nəticəsində aldığı qəlpə yarası nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayonu şöbəsinin 12.06.2018-ci il tarixli 195 saylı arayışında atasının Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması göstərilmişdir. Göyçay rayon notariat ofisinin Xüsusi X1 tərəfindən 16.04.2019-cu il tarixli 8i-2582 reyestr nömrəli şəhadətnaməyə əsasən o, atasının X3 vərəsəsi tanınmışdır. Bildirir ki, o atasının vərəsəsi kimi “Şəhid ailəsinə” ödənilməli olan, ancaq ödənilməmiş təqaüdün son 3 ilinin ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh 18 yaşından yuxarı şəhid övladlarına şəhid ailə üzvü kimi, Prezident təqaüdünün verilməsinin müvafiq qanunvericiliklərlə nəzərdə tutulmadığını əsas tutub ərizəsini təmin etmədən saxlamışdır. Ona görə də cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onların üzərinə ona mərhum atasına görə şəhid ailəsinə ödənilməli olan Prezident təqaüdünün son 3 ilin hesablanıb ona ödənilməsi vəsifəsi qoyulmalıdır. Cavabdeh iddiaya dair 06.12.2020-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nı təsdiq etmişdir. Həmin qaydaların 4.1 və 4.2-ci bəndləri şəhid və şəhid ailəsi statusunun verilməsi qaydalarını tənzimləyir. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən “şəhid ailəsi üçün Azərbaycan Respubliksı Prezidentinin taqaüdü”nün aşağıdakı ailə üzvlərinin almaq hüququ vardır. Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Əyani təhsil alan uşaqlara, qardaş və bacılara Prezident təqaüdü təhsili bitirənədək, lakin ən çoxu 23 yaşı çatanadək ödənilir. Bu səbəblərdən Göyçay rayonu Çayarxı kənd sakini İddiaçı cavabdeh DSMF-nin Göyçay rayon şöbəsindən mərhum atası X4 görə şəhid ailəsinə ödənilməli olan Prezident təqaüdünü tələb etməsi tamamilə əsassızdır. Belə ki, iddiaçı xx.xx.1983 təvəllüdlü İddiaçı yuxarıda qeyd edilən və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almaq hüququna malik şəxslərin kateqoriyasına daxil deyildir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il 493 nömrəli fərmanı ilə 01 yanvar 2007- ci ildən etibarən şəhid ailəsi üçün Prezident təqaüdünün təsis edildiyini nəzərə alsaq İddiaçı ümumiyyətlə sözügedən təqaüdü almaq hüququ olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X11 etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 15.08.2019-cu il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına əsasən nəzərinizə çatdırırıq ki, şəhid ailəsinə təyin olunan Prezident təqaüdü yalnız “Şəhid ailəsi” statusuna malik olan ailə üzrvəlirinə təyin oluna bilər. Qeyd olunanlara əsasən “Şəhid ailəsi” statusuna malik olmayan 18 yaşından yuxarı şəhidin övladlarına şəhid ailə üzvü kimi Prezident təqaüdünün təyin olunması müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin 04.09.2019-cu il tarixli 264 nömrəli arayışından görünür ki, X7 13.02.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İş materiallarında olan 24.01.2019-cu il tarixli 2(107)-162/2019 nömrəli Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, DSMF-nin Göyçay rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, ərizəçi X2 Quliyev Tofiq Bahadur oğlu arasında 12 may 1972-ci ildə Ermənistan Respublikasının Vardanis rayonunda nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan 17.07.2019-cu il tarixli 2(102)-4413/2019 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunun 1-ci maddəsinə əsasən, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1-ci bəndinə əsasən, Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6-cı bəndinə əsasən, 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən “şəhid ailəsi üçün Azərbaycan Respubliksı Prezidentinin taqaüdü”nün aşağıdakı ailə üzvlərinin almaq hüququ vardır. Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Əyani təhsil alan uşaqlara, qardaş və bacılara Prezident təqaüdü təhsili bitirənədək, lakin ən çoxu 23 yaşı çatanadək ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuş və onun hazırda 36 yaşı var. Bu isə onu deməyə əsas verir ki, iddiaçı şəhid ailəsinin üzvü olmadığından onun hazırki iddianın irəli sürülməsində hüquqi marağı mövcud deyildir və o, bu əsasla da hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanların hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycn Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan iddiaçının iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “qanunsuz hərəkətlərinin qarşısının alınması və atasına görə şəhid ailəsinə ödənilməli olan Prezident təqaüdünün son 3 ilinin hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar