Məhkəmə qərarları › İş №2-1(116)-33/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-33/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-33/2020 16.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2 İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı4 vəkili Vəkil iştirakı ilə İddiaçılar X7, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “(üçüncü şəxslər X10, X8, X15, X11 və X12) qarşı "X10, X8, X15, X11 və X3 adına 131 nömrəli reyestr kitabının 66cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar bildirirlər ki, onların ümumi birgə Zaqatala Rayonu Aqrar islahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində 4 hissədə (0,43 ha, 0,14 ha, 0,34 ha və 0,79 ha) ümumi sahəsi 1,70 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar həmin torpaq sahəhələrindən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ZaqatalaƏrazi İdarəsinə müraciət etmiş, lakin 19 noyabr 2018-ci il tarixli **********39 nömrəli bildirişlə hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. İmtinanın verilməsi üçün əsas isə həmin torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ümumi birgə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətinə verilmiş 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iş üzrə üçüncü şəxslər X10 və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Halbu ki, iddia ərizəsinə əlavə olunmuş iş üzrə üçüncü şəxs Zaqatala Rayonu Əliabad Bələdiyyəsi tərəfindən təsdiq edilmiş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996cı tarixli, 17/19 nömrəli qərarı əsasında keçirilmiş püşkatmanın nəticələrinə dair xəritədən çıxarışdan da göründüyü kimi, həmin torpaq sahələri iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh inzibati orqanın sorğularına cavab olaraq göndərdiyi sənədlərdən məlum olur ki, Zaqatala Rayonu Əliabad Bələdiyyəsi iddiaçıların mülkiyyətinə verilmiş həmin ərazinin Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən üçüncü şəxslərin mülkiyyətinə verilməsinə dair də xəritədən çıxarışı təsdiq etmişdir. Eyni zamanda, Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmamışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarı həmin ərazidə sonuncu qərar olmuşdur. Lakin, cavabdeh inzibati orqanın 28 yanvar 2019-cu il tarixli, **********23 nömrəli məktubundan belə başa düşülür ki, sanki 2018-ci ildə Zaqatala Rayon Aqrar İslahat Komissiyası mövcud olmuş və həmin ərazidə təkrar islahat apararaq uçot xəritələri tərtib etmişdir. Bundan sonra iddiaçılar, iş üzrə üçüncü şəxslər X10 və ailə üzvlərinin adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, 25 fevral 2019-cu il tarixli **********50 nömrəli məktubla bundan imtina olunmuşdur. Cavabdehin etirazının dəlilləri: Bildirilir ki, hal-hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4 adına aparılmış qeydiyyatın ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında verilmiş torpaq sahələri barədə məlumatlarda düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hal-hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 adına Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinə dair yerquruşu lahiyəsindən çıxarş”da qeyd olunan torpaq sahəsi Zaqatala rayonu, Əliabad bələdiyyəsinin 18 aprel 2018-ci il tarixli, 169 saylı arayışına və “Zaqatala rayonu, Əliabad kənd ərazisində aparılan torpaq islahatına dair yerquruşu Lahiyəsindən çıxarş”a əsasən iş üzrə üçünçü şəxslər X4, X1, X9, X5 və X3 ümumibirgə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 01 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bununla belə, Zaqatala Rayon icra Hakimiyyəti başçısı tərəfindən 13 aprel 2018-ci ildə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də təsərrüfat nömrəsi 338 olmaqla halhazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 və digərlərinin (İddiaçı1, X6, X14, X13) adlarına cəmi 1,70 ha (0,26 ha, 0,33 ha, 1,12 ha) “pay” kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş və dürüstləşmədən sonra Zaqatala rayonu, Əliabad qəsəbə ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritəsində cəmi 1,70 ha (0,26 ha, 0,33 ha, 1,12 ha) torpaq sahələrinin yerləşdiyi ərazi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar və onların vəkili iddianın məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdilər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Zaqatala rayon Dövlət Arxivinin 610 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı, Əliabad bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 1946 nömrəli arayışı, Əliabad Bələdiyyəsi tərəfindən təsdiqlənmiş baş sxematik xəritədən çıxarış, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surəti, A seriyalı 241842 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş torpaq sahələrinə aid cədvəl, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi və digər sənədlər aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin iddiaçının mərhum ərinin birinci növbə vərəsəsi kimi qeyd olunan iddianı qaldırmağa subyektiv hüququnun olması işin mübahisələndirilməyən halıdır. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, hazırki halda, iddiaçıların Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar X7, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “(üçüncü şəxslər X10, X8, X15, X11 və X12) qarşı "X10, X8, X15, X11 və X3 adına 131 nömrəli reyestr kitabının 66cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Məhkəmə xərci iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 132 manat 16 qəpik iddiaçılar X7, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X21 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar