Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-33/2025 07.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxs X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-204/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-204/2024 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-340/2024 nömrəli qərardadı ilə qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)- 340/2024 nömrəli qərardadından kassasiya qaydasında yenidən şikayət vermiş, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-2434/2024 nömrəli qərarı ilə qərardad ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-33/2025 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Oğuz Rayon Məhkəməsinin 27.01,2020-ci il tarixli 2(054)-17/2020 saylı qətnaməsindən icra vərəqəsi verilmiş, qətnamə icraya yönəlmişdir. Qətnamənin icra olunmasına, sözügedən əmlaklara mənim ½ hissədə payının qeydə alınması və müvafiq çıxarışların verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu gəlmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı X2 müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri tərfındən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunan zaman məlum olmuşdu kı. JN:744 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsi Ərazi İdarəsində olan elektron kadastır baza məlumatlarında öz əksini tapmamışdır və sənəd üzrə göstərilən 0.80 ha torpaq sahəsinin naturada faktiki torpaq sahəsi ilə müqayisə olunduqda 960 m məsafə fərq ilə kənarda yerləşdiyi müəyyən olmuşdur. Dövlət Aktında göstərilən torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli elektrik xətti keçir, sənəd üzrə göstərilən 0.78 ha torpaq sahəsinin naturada faktiki torpaq sahəsi ilə müqayisə olunduqda 80 m məsafə fərq ilə kənarda yerləşdiyi müəyyən olmuşdur. Qeyd olunan səbələrə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkilinə (nümayəndəsi) və üçüncü şəxsə şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı mübahisə mümkünlük şərtinə cavab vermir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddiaçı ilə torpaq sahəsinin bölünməsinə dair aralarında razılıq olmadığını,buna görə də mülki qaydada məhkəmə mübahisəsinin olduğunu bildirdi.Üçüncü şəxs izahatında torpaq sahəsi üzərində qeyri-yaşayış binaları olduğundan torpağın həmin hissəsi üzərindəm kimi mülkiyyət hüququnun qeydə alınmasına dair razılaşa bilmədikləri bildirdi. Əsaslandırma hissəsi : İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-2434/2024 nömrəli qərarında aşağıdakı məsələlərin təkrar araşdırılmasına dair göstəriş verilmişdir : “Yuxarıda göstərilmiş məsələlərin mübahisəsinin həqiqətən düzgün həll edilməsi üçün işə digər mülkiyyətçinin, yəni iddiaçının keçmiş əri -X1 cəlb olunması zəruridir. Belə ki, məhz belə olan halda həm ondan, həm də iddiaçıdan sözügedən torpaq sahələri ilə bağlı, yəni torpaq sahələrinin bölünməsinə dair onların ortaq məxrəcə gələ bilib-bilməməsi məsələsinin dəqiq müəyyən edilməsinin həyata keçirilməsi mümkündür. Lakin apellyasiya instansiyası Y.İ.İsgəndərovu işə ümumiyyətlə cəlb etməmişdir Digər tərəfdən iddiaçı və onun keçmiş əri Y.İ.İsgəndərov adıçəkilən torpaq sahələrinin bölgüsündə razılığa gələ bilməsələr, o zaman onlara torpaq sahələrinin naturada bölünməsi təklif olunmalı, belə ki, torpaq sahələrinin eskizi və sxemi işdə mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələdə apellyasiya məhkəməsi İPM-in “Məhkəmənin yardım etmək vəzifəsi” adlanan 13-cü maddəsini tətbiq etməlidir. İddiaçı və onun keçmiş əri gəlmədiyi halda, iddiaçının iddiasının mümkünlük məsələsinə baxıla bilər. Yuxarıda qeyd olunan göstərişləri nəzərə alaraq məhkəmə tərəfindən iddiaçının keçmiş əri-X4 məhkəmə icraatına cəlb edilmiş,torpaq sahəsinin naturada bölgüsünə dair tərəflərin mövcud razılığının olub-olmaması araşdırılmışdır. Y.İsgəndərov izahatında iddiaçı ilə torpaq sahəsinin bölünməsinə dair aralarında razılıq olmadığını,buna görə də mülki qaydada məhkəmə mübahisəsinin olduğunu bildirmişdir.Üçüncü şəxs izahatında,həmçinin, torpaq sahəsi üzərində qeyri-yaşayış binaları olduğundan torpağın həmin hissəsinin hansı tərəfə verilməsi və üzərində kimin mülkiyyət hüququnun qeydə alınmasına dair razılaşa bilmədiklərini bildirdi. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçının vəkilinə və üçüncü şəxsə torpaq sahələrinin naturada bölünməsi təklif olunaraq,daha sonra hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmək hüququ izah edildi. İş materiallarından görünür ki, torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən eskizi və sxemi mövcuddur. Hazırkı iddia tələbinə əsasən iddiaçı torpaq sahələrinin ½ hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də həmin torpaq sahələrinin naturada bölünməsi həyata keçirilməmiş,tərəflər arasında belə razılığın əldə edilməsi baş verməmişdir.Bu hal həmin tələbə dair mülki məhkəmə qaydasında mübahisənin olması və həmin iş üzrə icraatın hazırkı işə baxılmasınadək dayandırlması ilə nəticələnmişdir. Həmçinin,iş materiallarından görünür ki,iddia olunan torpaq sahələri üzərinə mülki məhkəmə icraatı qaydasında həbs qoyulmuşdur.Belə ki,Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı,həmin qərardadda olan yanlışlığın düzəldilməsinə dair xx.xx.2019-cu il tarixli qərardad əsasında Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinin üzəriə həbs qoyulmuş və tələb həmin əmlaklara yönəldilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək bildirir ki,hazırkı iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir.Tərəflər arasında torpaq sahəsinin naturada bölünməsinə dair razılıq və ya məhkəmə qərarı olmadığı halda torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun faktiki olaraq icra edilməsi (“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi də nəzərə alınmaqla) mümkün deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkilinə (nümayəndəsinə) və üçüncü şəxsə izah edilərək, onların dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə