Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-331/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinə məxsus 60 hektar örüş torpaq sahəsinin X2 icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinə məxsus 60 hektar örüş torpaq sahəsinin X2 icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Böyük Dəhnə bələdiyyəsinə müraciət edərək, bələdiyyənin ehtiyat fondu torpaqlarından Qara təpə adlanan torpaq sahəsinin Hacınohur istiqamətindən əkinə yararsız sahədən Bala təpə də içində olmaqla 50 ha torpaq sahəsinin ona verilməsini xahiş etmişdir. Lakin bələdiyyə həmin torpaq sahələrinin kənd sakinlərinin örüş torpağı olmasını əsas gətirərək bundan imtina etmişdir. Lakin sonradan xx.xx.2020-ci il tarixdə bələdiyyə sədri Kərəm Mürsəlov xalasının əri Məzahir Abdullayevə həmin torpaq sahəsini icarəyə vermişdir. Halbuki M.Abdullayevin 120 hektar örüş sahəsi vardır. İddiaçı bildirir ki, o, bələdiyyəyə M.Abdullayevdən əvvəl müraciət etməsinə baxmayaraq onun müraciəti təmin edilməmiş və bu onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçı hərrac keçirilərkən dəvət olunmadığını, X1 əvvəl bələdiyyə müraciət etdiyini, torpaq sahəsinin ona icarəyə verilməli olduğu halda başqa şəxsə verildiyini bildirib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı məktubdan müəyyən edilir ki, iddiaçıya “ücboz” adlanan ərazidən 30 ha torpağın verilməsi uyğun görülmüşdür. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 454037 nömrəli plan və ölçü sənədlərinin surətlərindən müəyyən edilir ki, 3.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsi 3.98 ha torpaq sahəsini X2 icarəyə vermişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı 010096 nömrəli şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətində olan 3.98 ha torpaq sahəsi Məzahir Abdullayevə icarəyə verilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 454040 nömrəli plan və ölçü sənədlərinin surətlərindən müəyyən edilir ki, 7.6849 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsi 7.6849 ha torpaq sahəsini X2 icarəyə vermişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı 010095 nömrəli şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətində olan 7.6849 ha torpaq sahəsi Məzahir Abdullayevə icarəyə verilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 454041 nömrəli plan və ölçü sənədlərinin surətlərindən müəyyən edilir ki, 7.1734 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsi 7.1734 ha torpaq sahəsini X2 icarəyə vermişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı 010094 nömrəli şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətində olan 7.1734 ha torpaq sahəsi Məzahir Abdullayevə icarəyə verilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 454039 nömrəli plan və ölçü sənədlərinin surətlərindən müəyyən edilir ki, 16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsi 16 ha torpaq sahəsini X2 icarəyə vermişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı 010093 nömrəli şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətində olan 16 ha torpaq sahəsi Məzahir Abdullayevə icarəyə verilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 454036 nömrəli plan və ölçü sənədlərinin surətlərindən müəyyən edilir ki, 6.5415 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsi 6.5415 ha torpaq sahəsini X2 icarəyə vermişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı 010091 nömrəli şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətində olan 6.5415 ha torpaq sahəsi Məzahir Abdullayevə icarəyə verilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 454042 nömrəli plan və ölçü sənədlərinin surətlərindən müəyyən edilir ki, 18.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsi 18.62 ha torpaq sahəsini X2 icarəyə vermişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı 010092 nömrəli şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətində olan 18.62 ha torpaq sahəsi Məzahir Abdullayevə icarəyə verilmişdir. İş materiallarında olan yuxarıda qeyd olunan sənədlərdən görünür ki, bələdiyyə tərəfindən müxtəlif ölçüdə olan torpaq sahələri X2 icarəyə vermişdir. İcarəyə verilmiş torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli 13 saylı qərar əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi hərrac keçirilmiş, X2 hərracın qalıbi olmuş və onunla qeyd olunan torpaq sahələrinin icarəyə verilməsi üçün notarial qaydada müqavilələr bağlanmışdır. Qeyd olunan icarə müqavilələri bələdiyyənin hərrac prosedurundan sonra qəbul olunmuş xx.xx.2019-cu il tarixli 15 saylı qərarı əsasında bağlanmışdır. İddiaçı tələbində Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinə məxsus 60 hektar örüş torpaq sahəsinin X2 icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsini xahiş etsə də məhkəmə araşdırması zamanı belə bir qərarın olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tələbində qərarın tarixini və nömrəsini səhv qeyd etsə də, ümumilikdə 60 ha torpaq sahəsinin icarəyə verilməsi bildirməklə əslində xx.xx.2019-cu il tarixli 15 saylı qərarın ləğvini arzulayır. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, X2 cəmi 59,9998 ha torpaq sahəi icarə verilmişdir. İddiaçı tələbində qeyd olunan torpaq sahəsinin məhz ona verilməli olduğunu əsaslandıra bilmir. Həmin torpaq sahəsi ilə bağlı onunla heç bir ilkin razılaşma olmamışdır. Qeyd olunan torpaq sahələrinə onun hər-hansı hüququnun olması iş materialları ilə təsdiqini tapmır. İddiaçı izahatında hərraca çağırılmadığını bildirir və dolayı olaraq hərracın yekunlarından narazı olduğunu qeyd edir ki, bununla bağlı məhkəmə qeyd edir ki, hərracın yekunlarına dair protokol onun tərəfindən mülki qaydada müvafiq olaraq ümumi və ya kommersiya məhkəməsində mübahisələndirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinə məxsus 60 hektar örüş torpaq sahəsinin X2 icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-331/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-331/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver