Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-333/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi xN, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.N965-ci ildə Mingəçevir şəhərində anadan olmuş və hazırda həmin şəhərdə yaşayır. O, Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 26.09.N992-ci ildən 2N.06.N99N-cü ilədək N nömrəli hərbi hissədə, 09.09.N994-cü ildən N0.08.N995-ci ilədək 4NN nömrəli hərbi hissədə, N0.08.N995-ci ildən N0.07.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmət keçmiş, N nömrəli hərbi hissə komandirinin əmri ilə N0.07.N996-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. O, hərbi xidmətdə olduğu zaman radiostansiya rəisi olmaqla N nömrəli hərbi hissə komandirinin N8.N2.N992-ci il tarixli N20 nömrəli əmri ilə döyüş əməliyyatlarını təmin etmək məqsədilə N7.N2.N992-ci il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsində rabitə əlaqəsi yaratmaq üçün Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. Həmin hərbi hissə komandirinin NN.N2.N992-ci il tarixli N29 nömrəli əmrində iddiaçının 28.N2.N992-ci ildən ezamiyyətdən qayıtması barədə məlumat vardır. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin 0N.02.N99N-cü il tarixli 22 nömrəli əmrində iddiaçının Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə mühafizə etmək üçün göndərilməsi barədə məlumat vardır. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin N5.0N.N99N-cü il tarixli 50 nömrəli əmrində iddiaçının Ağdam rayonuna getmiş hesab edilməsi barədə məlumat vardır. İddiaçı hərbi biletində N nömrəli hərbi hissə komandirinin 0N.02.N99N-cü il tarixli 22 nömrəli əmri ilə 0N.02.N99N-cü ildən N5.02.N99N-cü ilədək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmiş və bu qeydlər N nömrəli hərbi hissə tərəfindən təsdiq olunmuşdur. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və 26.09.20N9-cu il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidməti zamanı Ağdam rayonuna ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin 28.09.N992-ci il tarixli 6N nömrəli əmri ilə rabitə bölüyünün radiostansiya rəisi vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissənin döyüş bölgəsində olan 6-cı diviziyasına döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur. Cavabdeh iddiaya qarşı N4.0N.2020-ci il tarixli NN/N97 nömrəli etirazını da imtina məktubunun dəlilləri ilə əsaslandırmışdır. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N.02.N99N-cü il tarixli 22 nömrəli əmri ilə 0N.02.N99N-cü ildən N5.02.N99N-cü ilədək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsininNN.NN.20N8-ci il tarixli NN6 nömrəli arayışından görünür ki, İddiaçı 26.09.N992-ci ildən 2N.06.N99N-cü ilədək N nömrəli hərbi hissədə, 09.09.N994-cü ildən N0.08.N995-ci ilədək 4NN nömrəli hərbi hissədə, N0.08.N995-ci ildən N0.07.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmətdə olmuş, N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N0.07.N996-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunaraq, qeydiyyatda olduğu Mingəçevir Şəhər Hərbi Komissarlığının sərəncamına göndərilmiş, siyahılardan və bütün növ təminatlardan çıxarılmışdır. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 26.09.20N9-cu il tarixli N/Y-NNN04 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidməti zamanı onun Ağdam rayonuna ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. - İşdə olan, Azərbaycan Respublikası Qarabağ Hərbi Prokurorluğunun 27.N2.20N9cu il tarixli N6/5250 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material aşkar edilməmişdir. - İşdə olan, Şəki ŞRPŞ-nin 04.0N.2020-ci il tarixli N89-N75-N220 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 27.0N.2020-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 28.09.N992-ci il tarixli 6N nömrəli əmrilə 28.09.N992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək rabitə bölüyünün radiostansiya rəisi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, N nömrəli hərbi hissə komandirinin N8.N2.N992-ci il tarixli N20 nömrəli əmrilə İddiaçı döyüş əməliyyatlarını təmin etmək məqsədilə N7.N2.N992-ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin NN.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin NN.2-ci maddəsinə əsasən, bu Məcəllənin NN.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etdi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən, Müdafiə Nazirliyi tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara təkcə döyüş tapşırığının deyil, həm də döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 27.0N.2020-ci iltarixli 9/2-N852 nömrəli arayışda göstərilmişdir ki, radiostansiya rəisi olan çavuş İddiaçı döyüş əməliyyatlarını təmin etmək məqsədilə N nömrəli hərbi hissə komandirinin N8.N2.N992-ci il tarixli N20 nömrəli əmri ilə N7.N2.N992ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. Həmin arayışda daha sonra deyilir ki, N nömrəli hərbi hissə komandirinin NN.N2.N992-ci il tarixli N29 nömrəli əmrində onun 28.N2.N992-ci il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 25.09.20N8-ci il tarixli 9/2-N47N5 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N8.N2.N992-ci il tarixli N20 nömrəli əmri ilə N7.N2.N992-ci il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsində rabitə əlaqəsi yaratmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin NN.N2.N992-ci il tarixli N29 nömrəli əmrində iddiaçının 28.N2.N992-ci il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır. Həmçinin, N nömrəli hərbi hissə komandirinin 0N.02.N99N-cü il tarixli 22 nömrəli əmrində iddiaçının Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə mühafizə etmək üçün göndərilməsi barədə, N5.0N.N99N-cü il tarixli 50 nömrəli əmrində isə onun Ağdam rayonuna getmiş hesab edilməsi barədə məlumatlar vardır. İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N.02.N99N-cü il tarixli 22 nömrəli əmri ilə 0N.02.N99N-cü ildən N5.02.N99N-cü ilədək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsi onun hərbi biletində də qeyd edilmişdir. Göründüyü kimi, N nömrəli hərbi hissənin əmrlərində İddiaçı Ağdam rayonuna aşağıdakı tarixlərdə ezamiyyətə göndərilməsi barədə məlumatlar vardır: N) N7.N2.N992-ci ildə (28.N2.N992-ci ildə qayıtmışdır), 2) 0N.02.N99N-cü ildə, N) N5.0N.N99N-cü ildə. Onun həmin ezamiyyətə döyüş əməliyyatlarını təmin etmək məqsədilə döyüş əməliyyatları bölgəsində rabitə əlaqəsi yaratmaq üçün göndərilməsi cavabdehin öz arayışları ilə tamamilə təsdiq olunmuşdur. Digər tərəfdən, İddiaçı həqiqi hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş, eləcə də onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik və ya digər hərbi cinayət törətməsi barədə məlumat yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçının N7.N2.N992-ci ildən 28.N2.N992-ci ilədək döyüş əməliyyatlarını təmin etmək məqsədilə Ağdam rayonu döyüş əməliyyatları bölgəsində ezamiyyətdə olması ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsas verir. İddiaçının 2-ci dəfə, yəni 0N.02.N99N-cü ildə göndərildiyi ezamiyyətin məqsədi ilə bağlı isə məhkəmə qeyd edir ki, hərbi hissə komandirinin əmrində onun Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə mühafizə etmək üçün göndərilməsi göstərilsə də, bu məlumat həmin ezamiyyətin döyüş tapşırığının, yaxud döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi məqsədi daşıdığını müəyyən etmək üçün kifayət etmir. İddiaçının N-cü dəfə, yəni N5.0N.N99N-cü ildə Ağdam rayonuna getmiş hesab edilməsi barədə əmrlə bağlı da məhkəmə qeyd edir ki, həmin əmrdə, iddiaçının bu səfərinin, ümumiyyətlə, ezamiyyət məqsədli olması barədə məlumat olmadığına görə, həmin əmr iddiaçının döyüş tapşırığının, yaxud döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi məqsədilə ezam olunmasını müəyyən etmək üçün kifayət etmir. Beləliklə, məhkəmə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə mane olan hal aşkar etmədiyinə görə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya veteran adı verməkdən imtina etməkdə haqlı olmamışdır. Cavabdehin həm 26.09.20N9-cu il tarixli imtina məktubundan, həm də iddiaya qarşı N4.0N.2020-ci il tarixli etirazından görünür ki, cavabdeh iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması məsələsinə ümumiyyətlə toxunmamış və veteran adı verməkdən imtinasını iddiaçının Ağdam rayonuna ezam olunmasının döyüş tapşırığının icrası ilə bağlı olmaması ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə yuxarıda sadalanan hallara görə cavabdehin imtinasını əsaslı saymır və hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər N0 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi N) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan N0 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-333/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-333/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver