Məhkəmə qərarları › İş №2-1(116)-335/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-335/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-335/2020 11.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Zaqatala rayon Muxax Bələdiyyəsinə qarşı “Zaqatala rayonu Muxax bələdiyyəsinin istifadə etdiyi 39,0 hektar sahənin meşə fonduna aid olması və həmin torpağın Zaqatala Regional X3 balansında saxlanılması barədə qərar qəbul edilməsi və göstərilən 39,0 hektar sahənin Zaqatala RMTM-nın xidməti ərazisinə aid olan meşə fondu torpağı olduğuna görə Muxax bələdiyyəsinin xəritələrindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Zaqatala rayon Muxax Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək “Zaqatala rayonu Muxax bələdiyyəsinin istifadə etdiyi 39,0 hektar sahənin meşə fonduna aid olması və həmin torpağın Zaqatala Regional X3 balansında saxlanılması barədə qərar qəbul edilməsi və göstərilən 39,0 hektar sahənin Zaqatala RMTM-nın xidməti ərazisinə aid olan meşə fondu torpağı olduğuna görə Muxax bələdiyyəsinin xəritələrindən çıxarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Zaqatala Regional X3 xidməti ərazisində Azərbaycan Respublikası Baş Nazirliyinin xx.xx.2019-cu il tarixli 16/572-13 saylı tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 387/ü saylı əmrinə əsasən yaradılmış işçi qrupu komissiyası tərəfindən Xüsusi mühafizə olunan təbiət əraziləri və meşə fondu torpaqlarının təyinatdan kənar istifadəsi hallarının müəyyənləşdirilməsi və istifadəsi vəziyyətinə yerində baxış keçirilmişdir. Ərazilərə baxış zamanı Zaqatala RMTM-nın Əliabad meşəbəyliyinin ərazisinə aid olan meşə fondu sahələrinin bir hissəsindən Muxax kənd sakinləri tərəfindən təyinatdan kənar istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, Əliabad meşəbəyliyinin 4 saylı dolayının 5 saylı kvartalının 8-ci bölməsində 5.0 ha fındıq bağından: 6 saylı kvartalının 1-ci bölməsində 21.0 hektar fındıq bağından: 3-cü bölməsində 4,6 ha və 4-cü bölməsində 8.4 hektar meşə ağacları və qoz bağından ibarət cəmi 39.0 hektar sahədən təyinatdan kənar istifadə edilir. Göstərilən 39,0 hektar torpaq sahəsi X6 X1 meşəbəyliyinin 2003-cü ildə tərtib olunmuş meşə ərazilərinin planında və taksasiya təsviri kitabında 1968-ci ildə salınmış fındıq və qoz bağı kimi öz əksini tapmasına baxmayaraq hal-hazırda Muxax kənd bələdiyyəsi tərəfindən istifadə edilir. Bu sahənin 1962, 1973, 1983 və ən sonuncu 2003-cü ildə aparılmış bütün meşə quruluşu sənədlərinin xəritələrində meşə fondu olduğu öz təsdiqini tapmışdır. Lakin Zaqatala rayonunda aparılan torpaq islahatı zamanı həmin sahə səhvən Muxax bələdiyyəsinin torpaqlarına aid edilmişdir. Bu məsələ xx xxxxxx 2000-ci il tarixli Muxax kənd Yerli X2 iclasında müzakirə olunmuş və Muxax kəndi ərazisində torpaq islahatlarının aparılması ilə əlaqədar Baş sxemdə yol verilən qüsurlara görə Bələdiyyənin ehtiyyat fondu kimi göstərilən 39.0 hektar (o, cümlədən X6 Təsərrüfatı tərəfindən 1976-cı ildə salınmış, istifadə və mühafizə olunan 26.0 hektar qarışıq bağ) sahəsinin meşə fonduna aid olmaqla dövlət mülkiyyətində saxlanılmaqla bölgü layihəsində və bələdiyyə torpaqlarına dair hazırlanmış xəritədə müvafiq düzəliş aparılması barədə qərar qəbul edilmişdir. Həmin iclasın protokolu ilə əlaqədar Zaqatala rayonu X2 xx xxxxxx 2000-ci il tarixli iclasında (protokol №86) qeyd olunan 37,0 hektar torpaq sahəsinin meşə fondunda saxlanılmasını və bununla əlaqədar baş sxemdə aparılacaq düzəlişlərin təsdiq edilməsi barədə qərar qəbul etmişdir. Beləliklə Zaqatala rayon Muxax kəndi Yerli X4 və Zaqatala rayon X4 qeyd olunan 37.0 hektar sahənin meşə fonduna aid olduğunu təsdiq etmişlər. Bundan sonra Zaqatala rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli sərəncamı ilə 37.0 hektar sahənin meşə fondunda saxlanılması və bununla əlaqədar torpaq islahatının baş sxemində müvafiq düzəliş aparılması qərara alınmışdır. Beləliklə göstərilən sənədlərdən də göründüyü kimi meşə fonduna aid olan 37,0 hektar torpaq sahəsi torpaq islahatı zamanı səhvən bələdiyyə torpağı kimi qeydə alınmış və baş sxemə işlənilmişdir. Lakin, onlara yeni məlum olmuşdur ki, Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2003-cü il tarixli, 33 nömrəli sərəncamının 3-cü bəndinə əsasən, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Yerli X2 qərarının təsdiq edilməsi barədə xx xxxxxx 2000-ci il tarixli sərəncamı ləğv edilmiş və həmin sərəncama əsasən dövlət mülkiyyətində saxlanılaraq meşə təsərrüfatına verilmiş 37,0 ha torpaq sahəsinin Muxax kəndinə verilməsi qərara alınmışdır. Hazırda isə bunu əsas tutan Zaqatala rayonu Muxax bələdiyyəsi həmin torpaq sahəsini başqa-başqa şəxslərin istifadəsinə vermək istəyir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu göndərilərək bildirilmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamını qanunsuz hesab edir. Tələbin birinci hissəsi ilə bağlı qeyd olunmalıdır ki, torpağın meşə fonduna aid olması və iddiaçının balansında saxlanılması tələbinin kimə qarşı yönəldiyi məlum deyil və müəyyən olunmur. Tələbin ikinci hissəsi ilə bağlı da qeyd olunmalıdır ki, tələbin kimə yönəldiyi məlum deyil. Ümumiyyətlə, cavabdeh qeyd olunan tələblər üzrə cavab verən orqan deyil. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirməyi və çatışmazlıqları aradan qaldırmağı üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “Zaqatala RMTM-nin Əliabad meşəbəyliyinin 4 saylı meşə dolayının ərazisində yerləşən 39 hektar meşə fondu torpağına hazırlanmış çıxarışlar və həmin çıxarışların verilməsi üçün əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin alınması üçün DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə sorğu verilməsi, DƏDRXnin 18 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilməsi və Zaqatala RMTM-nin Əliabad meşəbəyliyinin 4 saylı meşə dolayının ərazisində yerləşən 39 hektar meşə fondu torpağına hazırlanmış çıxarışların etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsinin məzmunundan və iş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamının surətindən görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə icra hakimiyyətinin sərəncamı ilə verilmişdir. Qeyd olunan sərəncam ləğv olunmadan həmin torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş hər-hansı qərar da iddiaçı tərəfindən subyektiv hüququ olmadığı üçün mübahisələndirilə bilməz. İddiaçı hətta qeyd olunan sərəncamı mübahisələndirsə belə, qeyd olunan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında isə qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırkı işin hallarından görünür ki, inzibati orqan kimi bir dövlət orqanı tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı qəbul edilmiş müxtəlif aktların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə dair başqa bir dövlət orqanına qarşı iddia qaldırımalıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Mövcud qanunvericilik Azərbaycan Respublikasında dövlət hakimiyyətinin Konstitusiyaya görə hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsini müəyyən etmişdir. Buna görə, inzibati orqan hesab edilsələr də, icra hakimiyyətinə aid olan qurumların öz aralarında yarana biləcək aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr məhkəmə qaydasında həll edilə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Bu hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Belə mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, sərəncamın mübahisələndirilməsi barədə iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Yuxarıda qeyd olunanlar həmçinin iddiaçının DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı qaldıra biləcəyi iddialar da şamil olunur. (məsələn, çıxarış ləğv edilməsi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayon Muxax Bələdiyyəsinə qarşı “Zaqatala rayonu Muxax bələdiyyəsinin istifadə etdiyi 39,0 hektar sahənin meşə fonduna aid olması və həmin torpağın Zaqatala Regional X3 balansında saxlanılması barədə qərar qəbul edilməsi və göstərilən 39,0 hektar sahənin Zaqatala RMTM-nın xidməti ərazisinə aid olan meşə fondu torpağı olduğuna görə Muxax bələdiyyəsinin xəritələrindən çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar