Məhkəmə qərarları › İş №2-1(116)-335/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-335/2021

11.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-335/2021 11.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1183/2020 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Göstərilən qərardad belə əsaslandırılmışdır ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğuna, cavabdeh 9 saylı X2 ünvanı Göyçay şəhəri Əli Kərim küçəsi 112A olduğuna, Göyçay rayonu isə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə uyğun olaraq, işə cavabdehin olduğu yer üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. X4 Məhkəməsi aşağıdakı hallara görə hazırkı işə baxmaq üçün özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin birinci cümləsindən göründüyü kimi, mübahisələndirmə haqqında iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Müəyyən edildi ki, cavabdeh 9 saylı X2 səlahiyyəti Ağdaş, Ucar, Zərdab, Göyçay və Kürdəmir rayonlarının ərazilərini əhatə edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Ağdaş, Ucar, Zərdab və Göyçay rayonları Şəki İnzibati Məhkəməsinin, Kürdəmir rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, 9 saylı X2 səlahiyyəti, iki məhkəmənin (Şəki İnzibati Məhkəməsi və Şirvan İnzibati Məhkəməsi) yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə cavabdeh inzibati orqanın deyil, iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı "İddiaçı" MMC-nin hüquqi ünvanı ünvan 2 olduğuna və Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə işə məhz həmin məhkəmədə baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsində deyilir ki, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Şəki İnzibati Məhkəməsi üçün yuxarı məhkəmə instansiyası Şəki Apellyasiya Məhkəməsi olduğuna görə hazırkı iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" barədə iddiasına dair inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar