Məhkəmə qərarları › İş №2-1(116)-336/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-336/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-336/2021 02.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3 qarşı “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.11 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.11 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.11 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş və ona məlum olmuşdur ki, torpaq islahatı zamanı 0.11 ha həyətyanı torpaq sahəsi mərhum əri və ailə üzvlərinin adına qeydə alınmış və həmin torpaq sahəsinə JN-809A saylı şəhadətnamə hazırlanmışdır. Sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu üçün cavabdeh orqan çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh orqan etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri və ölçüləri fərqlidir, sənəd üzrə torpaq sahəsi 0.11 ha olsa da, faktiki torpaq sahəsi 0,1391 hektardır. Eyni zamanda torpaq sahəsininin konfiqurasiyası fərqlidir. Yeni inşa edilmiş fərdi yaşayış evinin 33 kv.m hissəsi yol yerinə, 26 kv.m hissəsi isə qonşu mülkiyyətçinin (X2) JN-1328 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşür. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olan ərizədə iş üzrə iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3 qarşı “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.11 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar