Məhkəmə qərarları › İş №2-1(116)-337/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-337/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-337/2023 15.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X23 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi və bununla əlaqədar X5 adına olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala şəhəri Sabir küçəsi 29-da, 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evi DƏDRX Zaqatala rayon ərazi idarəsində qeydə alınmışdır. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsinə X27 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin ev əvvəllər Əlizadə Şirxanın, sonradan onun oğlu, iddiaçının atası Fikrət Əlizadənin adına olub. X36 Əlizadənin adına keçmişdir. Alvina Əlizadə isə həmin evi qızı İddiaçı, yəni iddiaçıya bağışlayıb. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,0605 ha olmasına baxmayaraq aqrar islahat zamanı sənədləşmədə müəyyən səhvlər olmuşdur. Həyətin bir hissəsi bələdiyyədə saxlanılmış, bir hissəsi Şirxanın, bir hissəsi isə Fikrətin adına işlənmişdir. Bundan əlavə həyətin bir hissəsindən X9 qanunsuz istifadə edərək yol açmışdır, hal-hazırda da həmin yoldan istifadə edir. Həmin yoldan istifadə etməyə əvvəllər Şirxan və Fikrət Əlizadələr icazə vermişlər. Lakin bu icazə rəsmi olmamışdır. Həmin torpağın bir hissəsi sonradan heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq Rasimə Babayevanın mülkiyyətinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsi iddiaçıya məxsusdur. İddiaçının nümayəndəsi X32 hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin olunması 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli etiraz məktubunda iddiaçının nümayəndəsi Alvina Əlizadəyə ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək məhkəmədən qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2057/2022 nömrəli qərardadı ilə X24 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxs Rasimə Babayeva məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır. Belə ki, onun mülkiyyətində olan (60 kv.m sahə) giriş-çıxış yolu ona məxsusdur və Zaqatala Xalq Məhkəməsinin N2-131 nömrəli qətnaməsi ilə 1997-ci ildə vərəsəliklə verilmişdir. Ali Məhkəmənin 2(102)-39/2022 nömrəli qətnaməsində qeyd etdiyi kimi Sabir küçəsi 27 nömrəli fərdi yaşayış evində iddiaçının heç bir mülkiyyət hüququ yoxdur. Qeyd edilən mübahisəli 60 kv.m sahə Rasimə Babayevanın yaşayış evinin altında yerləşir. Sabir küçəsi 29 nömrəli ünvanda yaşayan İddiaçı ayrıca giriş-çıxış yolu var və həmişə olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə hazırlanmış və elektron imza ilə imzalanmış ərizəni məhkəməyə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə apardığını bildirmiş və “X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl nümayəndəsi vasitəsilə müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: JN-1372A kod 40201004 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi X33 verilmişdir. 287 inventar nömrəli, xx.xx.2006-cı il tarixdə tərtib olunmuş “Fərdi yaşyış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X39 və X10 bərabər paylı mülkiyyətində olmuşdur. Texniki pasportda evin yerləşdiyi sənəd üzrə torpaq sahəsi 605 kv.m, faktiki 677 kv.m qeyd olunmuşdur. xx.xx.1971-ci il tarixli “Müqavilə”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X2 29 ünvanında yerləşən fərdi yaşayış evinin özünə düşən ½ hissəsini oğlu X16 bağışlamışdır. xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 2 ünvanında mülkiyyətdə olan 0,0605 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X28 və X27 ümumi birgə mülkiyyətində olmuşdur. xx.xx.2007-ci il tarixli, 2V/04 nömrə ilə reyestrdə qeydiyyata alınmış “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi arvadı X25r. Miras əmlak Sabir küçəsi 29 ünvanında 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 218,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. xx.xx.2007-ci il tarixli, 2V/05 nömrə ilə reyestrdə qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X28, X27 vərəsəsi X25r. Miras əmlak Sabir küçəsi 29 ünvanında 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 218,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyası, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 29 ünvanında mülkiyyətində olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X17 mülkiyyətində olmuşdur. xx.xx.2007-ci il tarixli “Müqavilə”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X32 xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyası, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini İddiaçı bağışlamışdır. xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 29 ünvanında olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki pasportu”nun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Sənəddə evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,0605 ha, faktiki 0,0677 ha olması göstərilmişdir. JN-1371A kod 40201004 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala AİK-nın xx.xx.2005-ci il tarixli, 117 nömrəli qərarı ilə 0,02 ha həyətyanı torpaq sahəsi X34, X35, X29 və X30 ayrılmışdır. xx.xx.1996-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X18 mülkiyyətindədir. xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş X19 vərəsələri X24 və X20r. Miras əmlak mülkiyyətində olan 0,02075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 100,3 kv.m yaşayış, 53,16 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarətdir. 2/3 hissə X11, 1/3 hissə X21 miras ayrılmışdır. xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 27 ünvanında mülkiyyətində olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2/3 hissəsi X24, 1/3 hissəsi X12 mülkiyyətində olmuşdur. xx.xx.2013-cü il tarixli “Bağışlama müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X1 27 ünvanında yerləşən mülkiyyətində olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini qohumu X11 bağışlamışdır. xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0208 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. xx.xx.2013-cü il tarixdə tərtib olunmuş 2965 inventar nömrəli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Sənəddə evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,02 ha, faktiki 0,0345 ha olaraq göstərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2-131 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin iş üzrə iddiaçı X6 həmin iş üzrə cavabdeh X26 qarşı “miras evə vərəsəlik hüququ verilməsi və mirasın bölünməsi” tələbinə dair iddiası qismən, X12 qarşılıqlı olaraq “vəsiyyətnamənin ləğv edilməsi və mirasa vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddiası tam təmin edilmiş, ünvan 4 ünvanda yerləşən mərhum X7 miras qalan evin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X13, 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X22 mülkiyyətinə və 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X12 mülkiyyətinə verilmiş və giriş-çıxış yolu, mətbəx, hamam və həyətyanı torpaq sahəsi vərəsələrin ümumi istifadəsində saxlanılmış, X14 miras evin öz payına düşən hissəsini bacısı X13 etdiyi xx.xx.1991-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. İddianın qalan hissəsi rədd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, elektron baza məlumatlarına əsasən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşür. Üst-üstə düşən hissənin cizgiləri, yerləşmə vəziyyəti və koordinatları tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçınıın üçüncü şəxsə münasibətdə daha əvvəl tərtib edilmiş və ona məxsus hüququ təsdiq etmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Sabir küçəsi 29 ünvanında 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki pasportu”nun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, sənəddə evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,0605 ha, faktiki 0,0677 ha olması göstərilmişdir. Sonrakı tarixə tərtib edilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla isə Sabir küçəsi 27 ünvanında olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2/3 hissəsi X24, 1/3 hissəsi X12 adına qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli “Bağışlama müqaviləsi” ilə X1 27 ünvanında yerləşən mülkiyyətində olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini qohumu X11 bağışlamışdır. xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla Sabir küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0208 ha torpaq sahəsi X5 xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə görə, elektron baza məlumatlarına əsasən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşür. Göründüyü kimi, inzibati orqan olan cavabdeh R.Babayevaya münasibətdə daşınmaz əmlakın ilkin və sonrakı qeydiyyatının aparılması zamanı faktiki xarakterli hərəkətlərində səhvə yol verərək, artıq əvvəllər qeydə alınmış hüquq üzərində qeydiyyatı yenidən aparmaqla mübahisəli 44 kv.m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydə alınmasına baxmayaraq, xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyatını həyata keçirmişdir. xx.xx.2013-cü il tarixli çıxarış bağşlama müqaviləsi əsasında verilməsinə baxmayaraq, torpaq sahəsinə münasibətdə qeydiyyat bağışlama müqaviləsi əsasında aparılmamış, müqavilə üzrə bağışlanan pay fərdi yaşayış evinə münasibətdə olmuşdur (bağışlama müqaviləsində torpaq sahəsinin bağışlamnası ilə bağlı müddəa öz əksini tapmamış, torpaq sahəsi fərdi yaşayış evinin təsviredici vasitəsi kimi qeyd olunmuşdur). Cavabdeh tərəfindən təkrar qeydiyyatın aparılması ilkin qeydiyyat zamanı həyata keçirilmiş olan faktiki xarakterli hərəkətlərin təkrarlanmasından ibarət olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə də iddiaya inzibati mühakimə icraatı çərçivəsində hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar