Məhkəmə qərarları › İş №2-1(116)-3376/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3376/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3376/2025 29.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhərində Boz dağın ətəyində yerləşən 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrin çıxarış və torpaq sahəsinin planı və ölüçüsü sənədinin verilməsim öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhərində Boz dağın ətəyində yerləşən 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrin çıxarış və torpaq sahəsinin planı və ölüçüsü sənədinin verilməsim öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən (xx.xx.2025-ci il) icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materialları ilə birgə araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmiş və ailə üzvləri barədə məlumat mövcud deyil. İddia tələbi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrin çıxarış və torpaq sahəsinin planı və ölüçüsü sənədinin verilməsindən ibarətdir. İddiaçının vəfat etməsi işin mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Həmçinin hazırkı halda iddiaçının ailə tərkibi barədə məlumat olmadığından mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verib-verilmədiyi də müəyyən deyil. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən, hazırda da barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməsi ilə bağlı icraatını dayandırılmasına əsas verən sübutlar olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhərində Boz dağın ətəyində yerləşən 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrin çıxarış və torpaq sahəsinin planı və ölüçüsü sənədinin verilməsim öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X1.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar