Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-339/2020 02.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxslər X9 və X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Qəbələ rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X4 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. O, həmin torpaq sahəsinə və evə çıxarış almaq üçün Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almaq üçün qanuni şəkildə dövlət rüsumu ödəyərək müraciət etmişdir. Reyestrin işçiləri gəlib həmin torpaq sahəsini və evi ölçmüşdürlər. Sonradan ona həmin sənədi verməkdən imtina etdilər ki, atasından ona miras qalmış evin yerləşdiyi torpaq sahəsinə JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanıb. O, bu qanunsuz imtina ilə razılaşmamış. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir, həmin JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni ləğv etsinlər və ona atasından miras qalmış, doğulub böyüdüyü həyətə və evə dair çıxarış və texniki pasport versinlər. Həmin İdarədən ona yenidən qanunsuz imtina verdilər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil, aidiyyəti məhkəmə orqanlarına müraciət etməyini tövsüyyə etdilər. Həmin şəhadətnamənin mövcudluğu onun həyətə və evə dair çıxarış və texniki pasport işlənməsinə maneə yaradır. İddiaçı JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığ, ərizəsini və təqdim etdiyi sənədlər tərəflərindən araşdırılmışdır. Müraciətində qeyd etdiyi JN- 391 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Cavabdehin etirazının dəlilləri: Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(84)-1755/2019 saylı, 28 noyabr 2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış JN-391 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Texniki səhv olaraq hazırlanmış JN-391 saylı 0.42 ha torpaq sahəsinə dair Torpağın mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxs tərəfindən etirazın dəlilləri: İddiaçı qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı “JN- 391A nömrəli Şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Onlar yəni, X14, X5, X11, X6, X7, X8, X17 və X15 iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmişik. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ rayon Məhkməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X4 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə məlumatları olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni onların adlarına mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Qeyd edir ki, iddiaçının atası mərhum X16 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı islahata gedən subyektlərin siyahisinə daxil edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxslər iddiaya etiraz etdiklərini bildirdilər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı AA nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, AZE seriyalı 09214864 nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, DƏDRX-nin 9 saylı Qəbələ saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********71 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********22 nömrəli bildiriş, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********96 nömrəli etirazı, JN-391A seriyalı 40600068 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1210/2019 nömrəli qətnaməsi, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli etiraz ərizəsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Müəyyən edildi ki, hazırda mübahisələndirilən JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,42 ha torpaq sahəsində yerləşən 2 otaqlı ev əvvəllər X12 məxsus olmuş, evin həyətyanı torpaq sahəsi 1500 kv.m olmuşdur. O, xx.xx.2015-ci il tarixdə ölmüş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən ondan qalmış mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mənzil Kommunal- Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X4 adına 1500,0 ha torpaq sahəsi, Liter A, bünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M 1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun «tikili və qurğuların təsviri» hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur. Göründüyü kimi, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X4 mülkiyyətində olması nəzərə alınmamışdır. Ona görə də iddia qismən təmin edilməli və JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Azərbaycan Respublikası Mənzil Kommunal- Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şəhadətnamə 0,42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0,15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiqlənmiş “İnsan hüquqlarının ümumi bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-339/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-339/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver