Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-34/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1960-cı il tarixində doğulması ilə bağlı akt qeydinə əsasən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək, doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd olunmasını və bu barədə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.1960-cı il tarixində doğulması ilə bağlı akt qeydinə əsasən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1960-ci il tarixdə Kəlbəcər rayonu Taxtabaş kəndində anadan olmuşdur. İddiaçının şəxsiyyət vəsiqəsində doğum tarixi XX.XX.1968-ci il kimi qeyd olunmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd edilməsini və bu barədə ona yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh orqan, bildirmişdir ki, Kəlbəcər rayonu Başlıbel icra nümayəndəliyində xx.xx.1960-cı ildə tərtib edilmiş 31 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən doğum tarixi haqqında məlumat qrafasında doğum tarixi “xx.xx.1968-ci il” deyil, “xx.xx.1960-cı il” kimi qeyd edildiyi müəyyən edilmişdir. İddiaçının şəxsiyyətini təsdiq edən sənəddə isə doğum tarixi “xx.xx.1960-cı il” deyil, “xx.xx.1968-ci il” kimi qeyd edilmişdir. Doğum haqqında akt qeydi şəxsiyyəti təsdiq edən sənəddə doğum tarixi arasında ziddiyyət olduğundan təkrar şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi əsasında mümkün olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli 05/Q-1100/13 nömrəli iddia tələbinə münasibətində imtina ilə eyni məzmunlu münasibət bildirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli 05/Q-96/15 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - X1 Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli 05/2-10901/13 nömrəli məktubdan görünür ki, Salmanova (Göyüşova) Məlahət İbrahim qızı xx.xx.1960-cı il tarixdə Kəlbəcər rayonu Taxtabaş kəndində anadan olmuşdur. - Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 110 nömrəli arayışında qeyd edilmişdir ki, Kəlbəcər rayon Dövlət Arxiv idarəsi vətəndaş Salmanova (Göyüşova) Məlahət İbrahim qızının 19 noyabr 2021 ci il tarixli ərizəsinə əsasən Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Taxtabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliiyinin Arxiv fondunda mühavizə edilən fond işlərinə, Təsərrüfatların Təsərrüfatbaşına kitablarına baxış keçirildi. Baxış zamanı Salmanova (Göyüşova) Məlahət İbrahim qızı nümayəndəliyin 1991-1995 ci illəri əhatə edən 01 saylı Təsərrüfatbaşına kitabda, 71 saylı şəxsi hesab nömrəsi olan ailə başçısı, anası X2 ailə tərkibində İİ sütunda məcburi köçkün kimi daimi qeydiyyatda olmuşdur. Salmanova (Göyüşova) Məlahət İbrahim qızının kitabda doğum tarixi xx.xx.1960-cı il qeyd edilmişdir. - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-4259- 1222 nömrəli İddiaçı xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-419/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 5180 nömrəli məktuba əlavə olunmuş 852 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının müəyyən edilmiş yaşı 60-65 ilə uyğun gəlir və müəyyən edilmiş sümük yaşına əsasən onun doğum tarixi 1957-1962-ci illər arasına təsadüf edir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən X1 qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X1 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X1 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını iddiaçının şəxsiyyət vəsiqəsində doğum tarixinin 1968-ci il, doğum akt qeydində isə xx.xx.1960-cı il qeyd edilməsi ilə əsaslandırır. Lakin, iş materialları ilə müəyyən edilir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Taxtabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliiyinin 1991- 1995 ci illəri əhatə edən 01 saylı Təsərrüfatbaşına kitabda, 71 saylı şəxsi hesab nömrəsi olan ailə başçısı, anası X2 ailə tərkibində İİ sütunda məcburi köçkün kimi daimi qeydiyyatda olmuşdur. Salmanova (Göyüşova) Məlahət İbrahim qızının kitabda doğum tarixi xx.xx.1960-cı il qeyd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində də iddiaçının müəyyən edilmiş yaşının 60-65 ilə uyğun gəlməsi və müəyyən edilmiş sümük yaşına əsasən onun doğum tarixinin 1957-1962-ci illər arasına təsadüf etməsi qeyd edilmişdir. Odur ki, iddiaçının xx.xx.1960-cı il tarixində doğulması ilə bağlı kifayət qədər sübutlar olduğundan cavabdeh orqan, Kəlbəcər rayonu Başlıbel icra nümayəndəliyində xx.xx.1960-cı ildə tərtib edilmiş 31 saylı doğum haqqında akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə xx.xx.1960-cı il tarixində doğulması ilə bağlı akt qeydinə əsasən İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-34/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-34/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver