Məhkəmə qərarları › İş №2-1(116)-34/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-34/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-34/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-71F saylı mülkiyyət şəhadətnaməsinə əsasən 0,27 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “JN-71F saylı mülkiyyət şəhadətnaməsinə əsasən 0,11 ha Qaraoğlan kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən qalan 0,16 ha olan torpaq sahəsinə münasibətdə X26, X12 və X9 ilə birlikdə elektron bazada faktiki istifadəyə uyğun olaraq düzəliş olunaraq torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-34/2025 nömrəli qərardadı ilə Yunisova (Mikayılova) Arzu Qara qızı, X13, X14 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-34/2025 nömrəli qərardadı ilə Yevlax rayonu Xaldan Bələdiyyəsi, X16, X1, X17, X3, X18, X4, X19 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “Yevlax rayonu Aşağı Salamabad kənd sovetinin (Qaraoğlan kəndi üzrə) 1991-1995-ci illərə dair 4 saylı təsərrüfat başına kitabının 63-cü səhifəsinin 265 saylı qeydiyyatına əsasən sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 64 kv.m sahəsi, o cümlədən yaşayış 52 kv.m yaşayış sahəsi və xüsusi mülkiyyətində 0,27 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Torpaq şəhadətnaməsi ilə mülkiyyətə verilən JN-71F saylı sənəd əsasında həmin qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmək üçün iddiaçı cavabdehə ərizə ilə müraciət etmişdir və imtina verilməsi barədə cavab almışdir. İddiaçı hesab edir ki, həmin imtina məktubu əsassızdır.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “iddiaçı Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və “Texniki Pasport” sənədinin alınması üçün ərizə ilə 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənədləşdirmək istənilən JN-71F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında verilmiş torpaq sahəsi ilə faktiki naturada göstərilən torpaq sahəsinin sərhəd ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluq mövcuddur. Məkan baxımından gösətricilərdəki fərqin əsas səbəbi iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə JN-71F saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən kordinatlar daxilindəki torpaq sahəsinin hava yolu İlə təqribi 100 metr aralıda yerləşməsi olması qeydə alınması olmuşdur. Həmçinin bildirmək istəyirik ki, JN-71F sayh “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmdə torpaq sahəsinin faktiki sahəsi 0.11 ha olmasına baxmayaraq, iddiaçının iddia etdiyi torpaq sahəsi 0.27 hadır. Belə olan halda, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının hüquqların dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • Yevlax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 239/10 nömrəli arxiv arayışının surəti. • JN-071F KOD 90103038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X2 və ailə üzvlərinin mülkiyyətinə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0, 11 ha torpaq sahəsi verilmişdir. • Yevlax Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Aşağı Salamabad kənd sovetliyinin (Qaroğlan kəndi üzrə) 1991-1995-ci illərə dair 4 saylı təsərrüfatbaşına kitabının 63-cü səhifəsinin 265 saylı qeydinə əsasən İddiaçı təsərrüfat başçısı yazılmışdır. Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Aşağı Salamabad kənd İƏD üzrə nümayəndəliyin (Qaroğlan kəndi üzrə) 1996-2000-ci illərə dair 4 saylı təsərrüfatbaşına kitabının 96-cı səhifəsinin 294 saylı qeydinə əsasən İddiaçı təsərrüfat başçısı yazılmışdır.Sənəddə təsərrüfatın xüsusi mülküyyətində olan yaşayış evinin ümumi sahəsi 64 kv metr, o cümlədən yaşayış sahəsi 52 kv metr yazılmışdır. İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 0.27 ha (iyirmi yeddi sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Sənəddə həmin təsərrüfatın qeyd etdiyimiz tərkibdə ailə üzvləri vardır. İddiaçı -ailə başçısı təvəllüd tarixi xx.xx.1965-ci il, X12-qızı təvəllüd tarixi xx.xx.1989-cu il, X20-oğlu təvəllüd tarixi xx.xx.1992-ci il, X32 -baldızı təvəllüd tarixi xx.xx.1966-cı il, X13-baldızı oğlu təvəllüd tarixi xx.xx.1990-ci il. • Yevlax rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salmanabad kəndi ərazi inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubu. • JN-070F KOD 90103038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X27 və X5 mülkiyyətinə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0, 09 ha torpaq sahəsi verilmişdir. • JN-072F KOD 90103038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X29 və X21 mülkiyyətinə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0, 08 ha torpaq sahəsi verilmişdir. • JN-075F KOD 90103038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X7 və ailə üzvlərinin mülkiyyətinə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0,24 ha torpaq sahəsi verilmişdir. • JN-078F KOD 90103038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X38 və ailə üzvlərinin mülkiyyətinə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0, 08 ha torpaq sahəsi verilmişdir. • JN-068A KOD 90103038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X16 və ailə üzvlərinin mülkiyyətinə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.\ “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. X8 X25nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X8 X25ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X8 X25nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X8 X25nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X8 X25nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0,11 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-068A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Qaraoğlan kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən qalan 0,16 ha olan torpaq sahəsinə münasibətdə X26, X12 və X9 ilə birlikdə elektron bazada faktiki istifadəyə uyğun olaraq düzəliş olunaraq torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh imtinasının əsası kimi JN-71F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilmiş torpaq sahəsi ilə faktiki naturada göstərilən torpaq sahəsinin sərhəd ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluğa, naturada göstərilən torpaq sahəsi ilə JN-71F saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən kordinatlar daxilindəki torpaq sahəsinin hava yolu İlə təqribi 100 metr aralıda yerləşməsinə və torpaq sahəsinin faktiki sahəsi 0.11 ha olmasına baxmayaraq, torpaq sahəsi 0.27 ha olmasına istinad etmişdir. İşin müəyyən edilən hallarına görə “Yevlax rayonu Aşağı Salamabad kənd sovetinin (Qaraoğlan kəndi üzrə) 1991-1995-ci illərə dair 4 saylı təsərrüfat başına kitabının 63-cü səhifəsinin 265 saylı qeydiyyatına əsasən sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 64 kv.m sahəsi, o cümlədən yaşayış 52 kv.m yaşayış sahəsi və xüsusi mülkiyyətində 0,27 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Həmçinin Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0,11 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-068A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” iddiaçının adına ailə üzvləri ilə birlikdə tərtib olunmuşdur. İşin mübahisəli halı qanuni istifadədədəki torpaqların elektron bazada məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlarla bağlıdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya Yevlax rayonu Aşağı Salamabad kənd sovetinin (Qaraoğlan kəndi üzrə) 1991-1995-ci illərə dair 4 saylı təsərrüfat başına kitabının 63-cü səhifəsinin 265 saylı qeydiyyatına əsasən sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 64 kv.m sahəsi, o cümlədən yaşayış 52 kv.m yaşayış sahəsi və xüsusi mülkiyyətində 0,27 ha həyətyanı torpaq sahəsinin, habelə Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 22 saylı qərarı ilə 0,11 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin mövcudluğu mübahisələndirilmir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin TEKUİS əsasən mülkiyyətçiləri - 0.09 ha hissədə JN-78 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, 0.0616 ha hissədə JN-68 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, qalan 0.1862 ha hissədə Yevlax rayonu, Qaraoğlan bələdiyyəsidir. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi TEKUİS əsasən 0.09 ha hissəsi JN-78 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.0616 ha hissəsi JN-68 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.1862 ha hissəsi Yevlax rayonu, Qaraoğlan bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. JN-71F saylı Şəhadətnamənin DWJ və yeni electron uçot xəritəsinə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-71F saylı Şəhadətnamənin elektron baza məlumatlarında yerləşmə vəziyyəti ilə iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavab. TEKUİS əsasən JN-71F saylı Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçiləri - 0.0786 ha hissədə JN-70 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, 0.0314 ha hissədə Yevlax rayonu, Qaraoğlan bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyi. N-71F saylı şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcudur. Sahəsi 120.95 kv. metr təşkil edir.”. Həmçinin əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin TEKUİS əsasən mülkiyyətçiləri - 0.09 ha hissədə JN-78 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, 0.0616 ha hissədə JN-68 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, qalan 0.1862 ha hissədə Yevlax rayonu, Qaraoğlan bələdiyyəsidir. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi TEKUİS əsasən 0.09 ha hissəsi JN-78 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.0616 ha hissəsi JN-68 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.1862 ha hissəsi Yevlax rayonu, Qaraoğlan bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst- üstə düşür. JN-71F saylı Şəhadətnamənin DWJ və yeni electron uçot xəritəsinə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-71F saylı Şəhadətnamənin elektron baza məlumatlarında yerləşmə vəziyyəti ilə iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavab. TEKUİS əsasən JN-71F saylı Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçiləri - 0.0786 ha hissədə JN-70 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, 0.0314 ha hissədə Yevlax rayonu, Qaraoğlan bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyi. N-71F saylı şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcudur. Sahəsi 120.95 kv. metr təşkil edir.”. Göründüyü kimi mübahisəli torpaq sahəsi “X8 X25”nin (TEKUİS) habelə, torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsinin (DVJ) məlumatlarında torpağın ölçüsündə, konfiqurasiyasında həmdə yerləşmə yerinə münasibətdə biri birinə zidd məlumatlar mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.5-ci bəndində müəyyən edilən hallar üzrə öz səlahiyyətləri çərçivəsində hərəkət etməli olduğu halda, iddiaçının müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmayan imtina vermişdir. İddiaçının mübahislə torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, qanuni ayırılmış torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların elektron bazada mövcudluğu (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) şəxsin mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Bununla yanaşı iş üzrə müəyyən edilir ki, iddiaçının iradəsindən asılı olmayaraq inzibati orqanın səhvi nəticəsində naturada və iddia etdiyi torpaq sahəsi TEKUİS-də mülkiyyətçiləri - 0.09 ha hissədə JN-78 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, 0.0616 ha hissədə JN-68 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, qalan 0.1862 ha hissədə Yevlax rayonu, Qaraoğlan bələdiyyəsidir. Həmin sahənin 0.09 ha hissəsi JN-78 F nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.0616 ha hissəsi JN-68 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.1862 ha hissəsi Yevlax rayonu, Qaraoğlan Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst- üstə düşür. Yuxarıda qeyd olunan normalrdan göründüyü kimi X8 X25nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUİS) torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların mövcudluğu iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.....Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “JN-71F saylı mülkiyyət şəhadətnaməsinə əsasən 0,11 ha Qaraoğlan kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən qalan 0,16 ha olan torpaq sahəsinə münasibətdə X26, X12 və X9 ilə birlikdə elektron bazada faktiki istifadəyə uyğun olaraq düzəliş olunaraq torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə olunmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X42 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-71F saylı mülkiyyət şəhadətnaməsinə əsasən 0,11 ha Qaraoğlan kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən qalan 0,16 ha olan torpaq sahəsinə münasibətdə X26, X12 və X9 ilə birlikdə elektron bazada faktiki istifadəyə uyğun olaraq düzəliş olunaraq torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar