Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-343/2021 09.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixli, **********01 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu, Cəyirli kəndində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2018-ci il tarixli, **********01 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu, Cəyirli kəndində yerləşən ona məxsus qeyri-yaşayışsahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəyirli kəndində 96 kv.m sahəsi olan qeyri-yaşayış binası inşa etdirmişdir. O, Cəyirli kənd İcra Nümayəndəliyindən icazə alaraq qeyri-yaşayış binasının çayxana kimi fəaliyyət göstərməsinə dair icazə almışdır. Bundan sonra 1997-ci ilin iyun ayında iddiaçıya məxsus qeyri-yaşayış binasına texniki pasport işlənib hazırlanmış və iddiaçıya verilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, inşa edilmiş qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********61 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materillarında vətəndaş tərəfindən təqdim edilmiş Şəki Rayonlararası TİB və MH Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxxx 1997-ci il tarixli texniki pasport barədə məlumat mövcud deyildir. Vətəndaş eyni iddia tələbi ilə 2018-ci ildə də Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, ərizəsini geri götürdüyündən X1 Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1480 saylı qərardadı ilə işə xitam verilmişdir. xx xxxx 2020-ci il tarixdə vətəndaş sözügedən qeyri-yaşayış binasının qeydiyyatı üçün ərazi idarəsinə müraciət etmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-nə kimi) inşa edilən qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim etmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixli, **********01 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu, Cəyirli kəndində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası özünün ərizəsinə əsasən geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-343/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-343/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver